Qartal (əməliyyat)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qartal Əməliyyatı
Tarix 29 avqust - 6 sentyabr 2008
Yeri Qusar rayonu
Nəticəsi

Azərbaycan qələbəsi:

- Dərbənd camaatının Azərbaycanda terrorçuluğu dayandırıdlı
Münaqişə tərəfləri

Azərbaycan:

Dərbənd camaatı:

  • - Qusarda silahlılar
İtkilər

1 ölü
1 yaralı

Qusarda: 3 ölü
Dağıstanda: 1 ölü (İlqar Mollaçiyev)

"Qartal" əməliyyatı — 29 avqust-6 sentyabr 2008-ci il tarixində Milli Təhlükəsizlik Nazirliyi tərəfindən Qusar rayonu ərazisində qanunsuz fəaliyyət göstərən ekstremist "Meşə Qardaşları" təşkilatına qarşı keçirilən əməliyyat[1]

Avqustun 25-də hüquq-mühafizə orqanlarına Mollaçiyevin başçılıq etdiyi 4 nəfərdən ibarət silahlı dəstənin qanunsuz yolla Azərbaycana keçdiyi barədə məlumat daxil oldu. Məlumatdan sonra Daxili Qoşunlar, Sərhəd Qoşunlarının bölmələri və MTN qanunsuz fəaliyyət göstərən "Meşə qardaşları" təşkilatının üzvlərinin zərərsizləşdirilməsi üçün birgə əməliyyat keçirdi. Sonradan onların Qusarın Həzrə kəndi və Avaran kəndləri yaxınlığında meşə massivində gizləndikləri məlum oldu. Əməliyyat zamanı Daxili Qoşunlarla dəstə üzvləri arasında silahlı insident baş verdi və Daxili Qoşunların əsgəri Əli Yolçuyev həlak oldu. Milli Təhlükəsizlik Nazirliyinin rəsmi məlumatına görə, Mollaçiyev və Samir Mehdiyev "Meşə qardaşları" adlı silahlı birləşmənin fəaliyyətini bərpa etməyi, respublikanın şimal rayonlarında qanunsuz hərbi birləşmələr yaratmağı və ümumən Azərbaycanda ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş terrorçuluq əməlləri törətməyi planlaşdırmışdılar. MTN tərəfindən bu cinayətkar niyyətlərin qabaqlanması üçün xüsusi əməliyyat hazırlanaraq həyata keçirilmiş və görülən təxirəsalınmaz tədbirlər nəticəsində 13 nəfər yaxalanaraq təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub və barələrində həbs-qətimkan tədbiri seçilmişdir. Əməliyyat zamanı terrorçu qruplaşmanın 3 üzvü – Telman Abdullayev (Həmzət), Ramil Əsədullayev və Gülşad Əlixanov zərərsizləşdirilmişdir. Rusiya Federal Təhlükəsizlik Xidmətinin Dağıstan bölməsinin əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat zamanı "Dağıstan əmiri" adlandıran, "Meşə qardaşları" terror təşkilatının lideri İlqar Mollaçiyev öldürülmüşdür.[2]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Azərbaycan xüsusi xidmət orqanlarının ən uğurlu ƏMƏLİYYATLARI". 2021-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-13.
  2. "Qartal əməliyyatı". 2021-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-13.