Sergey Beqlaryan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sergey Beqlaryan
Şəxsi məlumatlar
Doğum tarixi 8 avqust 1969(1969-08-08)
Vəfat tarixi 1996
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Təltifləri 1-ci dərəcəli "Hərb xaçı" ordeni (Qarabağ)

Sergey Andraniki Beqlaryan (erm. Սերգեյ Անդրանիկի Բեգլարյան; 8 avqust 19691996) — Ermənistan hərbçisi, Birinci Qarabağ müharibəsinin iştirakçısı, Xocalı soyqırımının təşkilatçılarından biri.

Sergey Andraniki Beqlaryan 8 avqust 1969-cu ildə anadan olmuşdur. 1986-cı ildə Xankəndi Kənd Təsərrüfatı Texnikumunu bitirmişdir. 1985–1987-ci illərdə İrəvanda hərbi təmayüllü xüsusi məktəbdə təhsil almışdır. 1987–1989-cu illərdə Şərqi Almaniyada yerləşən SSRİ hərbi hissəsində xidmət etmişdir. Şuşa Hərbi Polis İdarəsinin qərargah rəisi olmuşdur.[1]

Birinci Qarabağ müharibəsində iştirak etmişdir. O, Xocalı soyqırımının təşkilatçılarından biridir.[2] Xankəndi, Canhəsən, Şuşa, Laçın, Kəlbəcər, Ağdərə, Ağdam, Hadrut, Qubadlı, Füzuli, Horadiz və digər istiqamətlərdə gedən döyüşlərdə iştirak etmişdir. 1994-cü ildən komandir olmuşdur. 1996-cı ildə vəfat etmişdir.[1]

Ölümündən sonra DQR 1-ci dərəcəli "Döyüş xaçı" ordeni, "Şuşanın azad edilməsinə görə" medalı ilə təltif edilmişdir. Xankəndi memorial kompleksində dəfn olunmuşdur.[1]

  1. 1 2 3 վերցված է Ղարաբաղյան ազատագրական պատերազմ (1988–1994)
  2. "Niyə Xocalı qətliamı üçün 26 fevral seçildi?". Axar.Az. 27 fev 2023. 2023-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-03.