Nemezis əməliyyatı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Nemezis əməliyyatı
Yeri
Səbəbi erməni soyqırımı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Nemezis" əməliyyatıDaşnaksütyun partiyasının keçirdiyi terror aksiyası. Aksiyanın məqsədi erməni soyqırımınıBakıda 1918-ci ildə erməni əhalisinin qətlini təşkil etmiş şəxslərdən qisas alınması idi. Qətlə yetirilən şəxslərin arasında həm Osmanlı imperiyasının, həm də Azərbaycan Demokratik Respublikasının keçmiş rəhbərləri var idi. Əməliyyatın adı, qədim yunan intiqam ilahəsi "Nemezidanın" adından götürülmuşdür.

Əməliyyatın təşkili

[redaktə | mənbəni redaktə et]

Əməliyyatın keçirilməsi erməni ictimai-siyasi xadimi olan Şaan Natalinin təşəbbüsü ilə 1919-cu ilin oktyabrında, İrəvanda keçirilən Daşnaksütyun partiyasının IX qurultayında qərara alınmışdır.

Soyqırıma guya aidiyyəti olan insanların 650 nəfərlik bir siyahı tutulur, onların içərisindən 41 nəfər, "əsas günahkarlar" elan edilir. Əməliyyata rəhbərlik üçün xüsusi orqan yaradılır, bütün əməliyyat üçün o orqan məsul idi (orqanın rəhbəri Ermənistan Respublikasının ABŞ-dəki elçisi Armen Qaro idi) bununla yanaşı xüsusi fond da yaradılır (fondun rəhbəri – Şaan Satçaklyan). Operativ rəhpərlik və əməliyyatın maddi dəstəyi ilə Şaan NataliQriqor Merdjanov məşğul idi.

İnformasiyanın yığılmasında özünü türk tələbə kimi qələmə verən Qraç Papazyan aktiv iştirak edirdi, o mühacirətdə yaşayan "gənc türklərlə" yaxın əlaqələr qura bilmişdi. Qətlin törədilməsi üçün, 3–5 nəfərdən ibarət qrup yaradılırdı, bu qrup qətlə yetiriləcək şəxsi izləməklə məşğul olurdu, sonra qrupdan bir nəfər qətli törədirdi, əgər öldürmək istədikləri şəxsi cangüdənlər qoruyurdusa onda qətlə iki-üç nəfər gedirdi. Əməliyyatın iki əsas təşkilati mərkəzləri var idi. Bunlar "Çakatamart" (İstanbul) və "Droşak" (Boston) qəzetlərinin redaksiyaları idi.

Əməliyyatın gedişatında törədilmiş əsas cinayətlər

[redaktə | mənbəni redaktə et]
Tələt paşa
  • 19 iyun 1920-ci il Tiflis, Azərbaycan Demokratik Respublikasının keçmiş baş naziri Fətəli xan Xoyski qətlə yetirilir, keçmiş ədliyyə naziri Xəlil bəy Xasməmmədov isə yaralanır. Qətli erməni terrorçu Aram Yerkaryan törətmişdir, onunla birgə digər erməni Misak Kirakosyan da olmuşdur, aksiya nəticəsində Kirakosyan yaralanmışdır.
  • 19 iyul 1920-ci il Tiflis, Azərbaycan parlamentinin keçmiş sədr müavini Həsən bəy Ağayev qətlə yetirilir.
  • 15 mart 1921-ci il Berlin, Osmanlı imperiyasının keçmiş daxili işlər naziri və sədr-əzəm olmuş Tələt Paşa qətlə yetirilir. Tələt Paşanın adı terrorçuların qara siyahısında birinci gəlirdi. Tələt Paşanın qatili Soqomon Teyleryan Berlin məhkəməsi tərəfindən bəraət almış və azadlığa buraxılmışdı.
  • 5 dekabr 1921-ci il Roma, atla gəzinti zamanı Osmanlı imperiyasının keçmiş sədr-əzəmi Səid Hilmi Paşa qətlə yetirilmişdir. Qətli törədən Arşavir Şirakyanı həbs etmək mümkün olmur və o, İstanbula qayıdır. Bu qətlin təşkilatçıları arasında Ermənistanın Romadakı keçmiş səfiri Mikael Vartanyan və daha bir nəfər olur.
  • 17 aprel 1922-ci il Berlin, ailəvi gəzinti zamanı keçmiş Trabzon valisi Camal Əzim və "Təşkilati Məxsusə"nin yaradıcısı Bahəddin Şakir qətlə yetirilir, həmçinin Şakirin cangüdəni də qətlə yetirilir. Qətli Arşavir Şirakyan və Aram Yerkanyan törədir.
  • 19 iyul 1921-ci il İstanbul, Azərbaycanın keçmiş daxili işlər naziri Behbud xan Cavanşir qətlə yetirilir. Qatil Misak Torlakyanın işinə Britaniya hərbi tribunalı baxır, tribunal onu qətli törədməkdə günahkar bilir, lakin əlavə edir ki, Torlakyan qətli törədərkən "affekt" vəziyyətində olduğundan törətdiyi cinayətə görə məsuliyyət daşıya bilməz, onu Yunanıstana deportasiya edirlər. Qətlin digər iştirakçıları Edvard Fundukyan və Arutun Arutunyans idi.
  • 25 iyul 1922-ci il Tiflis, Osmanlı imperiyasının keçmiş hərbi dəniz qüvvələri naziri Camal paşa qətlə yetirilir. Qətli Petros Ter-Poqosyan və Artaşes Qevorqyan törədir, qətlin hazırlanmasında həmçinin Zare Melik-Şaxnazaryan və Stepan Tsaqikyan iştirak etmişdilər.
  • 31 may 1920-ci il Kürdəmird, Azərbaycan Demokratik Respublikasının Baş naziri Nəsib bəy Yusifbəyli qətlə yetirilir.

Satqınlıqda günahlandırılan ermənilərin qətli

[redaktə | mənbəni redaktə et]

1920-ci ildə İstanbulda terrorçuların türklərlə əməkdaşlıqda günahlandırdığı bir neçə ermənini qətlə yetirirlər. Mkrtıç Arutunyan, A. Şirakyanın sözlərinə görə o, "sadist və türk gizli polisininn siyasi şöbəsinin üzvü idi" Soqomon Teyliryan tərəfindən qətlə yetirilmişdir.

Vahe İsxan (Yesayan) 1915-ci ildə soyqırımı olunacaq erməni cinayətkarların siyahısının tərtibində iştrak etmişdir. Arşavir Şirakyan tərəfindən qətlə yetirilmişdir.

Hamayak Aramyants, Qınçaq partiyasının keçmiş üzvü, 1914-cü ildə erməni terrorçularının Tələt paşaya qarşı hazırladığı sui qəsd barədə polisə xəbər vermişdi. Arşak Yezdanyan tərəfindən qətlə yetirilmişdir.

Baş tutmamış cinayətlər

[redaktə | mənbəni redaktə et]

Terrorçuların hazırladığı ölüm siyahısında ilk adlardan biri Türkiyənin keçmiş hərbi naziri, Ənvər paşanın adı idi. İttihad və Tərəqqi cəmiyyətinin keçmiş baş katibi doktor Nazimin adı da o siyahıda ilk adlardan biri idi. Onlar da erməni terrorçuları tərəfindən izlənirdilər. Lakin terrorçular onları qətlə yetirə bilmədilər. Erməni zabit Hakob Melkumov tərəfindən öldürüldü.

Əməliyyat nəticəsində qətlə yetirilən insanlar

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]