Arşavir Qaramyan
Arşavir Qaramyan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 iyul 1965[1] (59 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Dağlıq Qarabağ Respublikası |
Təltifləri |
Arşavir Surenoviç Qaramyan (erm. Արշավիր Սուրենի Ղարամյան; 22 iyul 1965[1], Qarabulaq, DQMV) — Ermənistan dövlət xadimi,[2] general-leytenant,[2] Qondarma DQR-nin Təhlükəsizlik Şurasının katibi, "Arsax Qəhrəmanı" titulunun sahibi.[3]
Xocalı soyqırımını törədənlərdən biridir. 29 sentyabr 2023-cü ildə Azərbaycan hüquq-mühafizə xidməti tərəfindən saxlanılmışdır.[4]
Həyatı
[redaktə | mənbəni redaktə et]Arşavir Surenoviç Qaramyan 22 iyul 1965-ci ildə Xocalı rayonunun Qarabulaq kəndində anadan olmuşdur. 1984–1987-ci illərdə SSRİ Hərbi Dəniz Qüvvələrində (Sakit okean) xidmət etmişdir.[5][6] 1988–1989-cu illərdə tələbə hərəkatında fəal iştirak etmişdir.[7]
1989-cu ildə İrəvan İnstitutunun Mühasibat-iqtisad fakültəsinin qiyabi şöbəsinə keçmiş,[6] sonra Qarabulaq kəndinə qayıtmış və 1991-ci ilə qədər Qarabulaq kolxozunda baş iqtisadçı vəzifəsində çalışmışdır.[7]
Birinci Qarabağ müharibəsində fəal iştirak etmişdir.[5] 1990-cı ildə Qarabulaqda "Arşo" batalyonu kimi tanınan könüllü dəstə yaratmışdır. 8 nəfərlik bölmə əsasən ov tüfəngləri və əldəqayırma silahlarla silahlanmışdı. Vəzifəsi Amaras vadisində və Daşaltı kəndi yaxınlığında döyüş növbəsini yerinə yetirmək idi. 1991-ci ilin dekabrında dəstə Amaras monastırının yaxınlığındakı Divanalılar kəndinə hücumda iştirak etmişdir. Bundan sonra tədricən döyüşçülər toplamağa başlamışdır.[7]
1992-ci ilin yanvar–sentyabr aylarında Qarabulaq və ətraf kəndlərin ayrı-ayrı rotaları əsasında yaradılmış taqım komandiri, 1992–1996-cı illərdə isə müdafiə ordusunun Əsgəran müdafiə rayonunun 35-ci motoatıcı batalyonunun (MOA) komandiri olmuşdur. Arşavir Qaramyan 26 fevral 1992-ci ildə Xocalı soyqırımının iştirakçısı və təşkilatçılarından biri olmuşdur.[7]
Şuşaya hücumdan sonra Qaramyanın batalyonu Zarıslı kəndi yaxınlığında və Laçın istiqamətində əlverişli mövqelər tutmuşdur. 17 may tarixinə qədər Jirayr Səfilyanın dəstəsini və Daşaltı rotasını əvəz edən Qaramyanın bölməsi Zarıslının mövqelərində qalmışdır. Onlar həmin tarixdə Turşsu yaxınlığındakı "Teleqüllə" kimi tanınan yüksəkliyi ələ keçirmək və erməni qoşunlarının Laçına doğru daha da irəliləməsi üçün dəhliz açmaq üçün əməliyyat keçirmişdir.[7] Arşavir Qaramyan 1991–1994-cü illərdə Xocavənd, Şuşa, Laçın, Əsgəran, Ağdərə, Ağdam, Kəlbəcər və Füzuli rayonları uğrunda döyüşlərdə iştirak etmişdir.[5]
Arşavir Qaramyan 1996–1997-ci illərdə DQR Şuşa rayon icra başçısı vəzifəsində işləmişdir. 1997–1999-cu illərdə DQR Əsgəran müdafiə ordusunun komandiri, 1999–2000-ci illərdə DQR daxili işlər nazirinin müavini, 2000–2004-cü illərdə daxili işlər nazirinin birinci müavini vəzifələrində çalışmışdır. 2004–2007-ci illərdə DQR polis rəisinin birinci müavini, 1 oktyabr 2007-ci ildə DQR polis idarəsinin rəisi təyin edilmişdir.[7]
19 dekabr 2007-ci ildə DQR Milli Məclisinin qərarı ilə vəzifəsindən azad edilmiş, 26 dekabr 2013-cü ildə isə yenidən DQR-nin baş prokuroru vəzifəsinə təyin edilmişdir. 29 oktyabr 2014-cü ildə DQR Prezidenti Bako Sahakyanın fərmanı ilə DQR Milli Təhlükəsizlik Xidmətinin direktoru təyin olunmuşdur. 2018-ci ilin iyununda DQR Prezidentinin fərmanı ilə DQR Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin olunmuşdur. 26 iyun 2019-cu ildə DQR Prezidentinin fərmanı ilə DQR Təhlükəsizlik Şurasının katibi təyin edilmişdir.[7]
18 may 2020-ci ildə DQR Prezidenti Bako Sahakyan öz bəyanatına uyğun olaraq Arşavir Qaramyanın DQR Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalamışdır. 30 sentyabr 2020-ci il tarixində Azərbaycan mətbuatında İkinci Qarabağ müharibəsi zamanı Qaramyanın öldürülməsi ilə bağlı məlumatlar dərc olunmuşdur, lakin Qaramyan öz "Feysbuk" səhifəsində bunu təkzib etmişdi.[7]
29 sentyabr 2023-cü ildə Levon Mnatsakanyan ilə birlikdə Qarabağdan Ermənistana gedərkən Azərbaycan hüquq-mühafizə xidməti tərəfindən "Laçın" sərhəd-buraxılış məntəqəsində saxlanılmışdır.[4]
Mükafatları
[redaktə | mənbəni redaktə et]- "Artsax Qəhrəmanı"
- "Qızıl Qartal" ordeni[6]
- 1-ci və 2-ci dərəcəli "Hərbi xaç" medalı
- "Şuşinin azad edilməsinə görə" medalı
- "Marşal Baqramyan" medalı
- "Artsaxın igidlərinə analıq təşəkkürü" medalı
- "Drastamat Kanayan" medalı
- "ER Prokurorluğunun əməkdar işçisi" döş nişanı
- "Əməkdar təhlükəsizlik işçisi" döş nişanı
- "ER Prokurorluğunun əməkdar işçisi" döş nişanı
- "Təhlükəsizlik orqanlarının əməkdar işçisi" döş nişanı
Şəxsi həyatı
[redaktə | mənbəni redaktə et]Ailəlidir, 2 övladı var.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Ղարամյան Արշավիր Սուրենի // http://am.hayazg.info/index.php?curid=13664.
- ↑ 1 2 Hayazn, Tigran, 1951-. 1000 hayazgi generalner tsovakalner : kensagrakan hanragitaran. Ghazaryan, Garegin. Erevan: Heghinakayin hratarakutʻyun. 2009. ISBN 978-9939-53-105-2. OCLC 688562032.
- ↑ Հ.Մ. Այվազյան (գլխավոր խմբագիր-տնօրեն) և ուրիշներ. Ղարաբաղյան ազատագրական պատերազմ. 1988-1994: 1 հատորով. Երևան, 864 էջ։: Հայկական Հանրագիտարան. 2004.
- ↑ 1 2 "Xocalı qatili və keçmiş "müdafiə naziri" saxlanıldı". Axar.Az. 29 sen 2023.
- ↑ 1 2 3 "Ղարամյան Արշավիր Սուրենի — Hayazg". am.hayazg.info. 2021-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-15.
- ↑ 1 2 3 Հասրաթյան, Սենոր. “Ոսկե արծիվ” շքանշանի ասպետները. Երևան: Տիգրան Մեծ հրատարակչություն. 2015.
- ↑ 1 2 3 4 5 6 7 8 "Laçında saxlanılan Xocalı qatili Qaramyanın ŞOK DOSYESİ". musavat.com.
- 22 iyulda doğulanlar
- 1965-ci ildə doğulanlar
- Yaşayan insanlar
- SSRİ-də doğulanlar
- Ermənistan Dövlət İqtisad Universitetinin məzunları
- Artsax Qəhrəmanları
- 1-ci dərəcəli "Hərb xaçı" ordeni kavalerləri (Ermənistan)
- 2-ci dərəcəli "Hərb xaçı" ordeni kavalerləri (Ermənistan)
- Əlifba sırasına görə hərbi xadimlər
- Ermənistan hərbçiləri
- Xocalı soyqırımını törədənlər