Manvel Qriqoryan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Manvel Qriqoryan
erm. Մանվել Գրիգորյան
Şəxsi məlumatlar
Ləqəbi Tuşonka Manvel
Doğum tarixi 14 iyul 1956(1956-07-14)
Doğum yeri
Vəfat tarixi 19 noyabr 2020(2020-11-19) (64 yaşında)
Vətəndaşlığı  SSRİ Ermənistan
Həyat yoldaşı Nazik Amiryan
Uşağı 8
Atası Sektor Qriqoryan
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Dağlıq Qarabağ Respublikası
Qoşun növü Ermənistan Silahlı Qüvvələri
Xidmət illəri 1975–2018
Rütbəsi General-mayor
Vəzifəsi Ermənistan Milli Məclisinin deputatı
Ermənistan Müdafiə Nazirinin müavini
Döyüşlər Qarabağ müharibəsi
Təltifləri Artsax Qəhrəmanı
1-ci dərəcəli "Hərb xaçı" ordeni (Qarabağ)
"Hərb xaçı" ordeni (Ermənistan) 1-ci dərəcəli "Hərb xaçı" ordeni (Ermənistan) "Vartan Mamikonyan" ordeni "Marşal Baqramyan" medalı "Qüsursuz xidmətə görə" medalı (Ermənistan)

Manvel Sektori Qriqoryan[1][2] (erm. Մանվել Սեկտորի Գրիգորյան; ləqəbi: Tuşonka Manvel,[3] erm. Տուշոնկա Մանվել[4]; 14 iyul 1956, Körpəli, Üçkilsə rayonu19 noyabr 2020) — Ermənistan hərbçisi, siyasətçisi, general-leytenantı (2000), Yerkrapanın sədri (1999–2018), Qondarma Dağlıq Qarabağ Respublikası Ali Sovetinin deputatı (1992–1996), Ermənistan Milli Məclisinin deputatı (2012–2018), Qarabağ müharibəsi iştirakçısı, Xocalı soyqırımını törədənlərdən biri. O, 2018-ci ildə qeyri-qanuni yolla silah-sursata sahib olmaqla təqsirlənərək həbs edilmişdir.

Manvel Qriqoryan 14 iyul 1956-cı ildə Ermənistan SSR-nin Armavir mərzində yerləşən Körpəli kəndində anadan olmuşdur. O, 1975–1977-ci illərdə Qızıl Orduda xidmət göstərmişdir. O, 1993-cü ildə Xankəndi Pedaqoji İnstitutundan, 1998-ci ildə isə İrəvan Dövlət Universitetindən məzun olmuşdur. Manvel Xocalı soyqırımında iştirak etmişdir. 1993-cü ildə Manvel Ermənistan Respublikası Silahlı Qüvvələrinin 83-cü briqadasının komandiri təyin edilmişdir. O, komandirlik dövründə CəbrayılınFüzulinin işğalı zamanı azərbaycanlı vətəndaşların mülklərini yağmalamış, dinc sakinlərə işgəncə vermişdir.[5] 1996–2000-ci illərdə Manvel Ermənistan Respublikası Müdafiə Nazirliyinin birinci korpusunun komandiri təyin edilmiş və general-mayor adına layiq görülmüşdür. 2000-ci ildə Manvel Ermənistan Respublikası Müdafiə Nazirinin müavini təyin edilmişdir.

Manvel Qriqoryan 6 may 2012-ci ildə Ermənistan Respublikasının Milli Məclisinin deputatı seçilmişdir.[6][7] 2014-cü ilin noyabrında Azadlıq Radiosunun ermənidilli bürosuna verdiyi müsahibəsində Manvel Qriqoryan Qarabağ müharibəsindən yüzlərlə azərbaycanlı girovla geri qayıtdığını və hətta onları şəxsi evində işlətdiyini açıq şəkildə bəyan etmişdir. Bu etirafına görə Manvel azərbaycanlı və erməni hüquq müdafiəçiləri tərəfindən tənqid olunmuşdur.[8]

Qriqoryan 16 iyun 2018-ci ildə, Üçkilsədəki evində Milli Təhlükəsizlik Xidməti tərəfindən həbs edilmişdir. O, qeyri-qanuni şəkildə silah-sursata sahiblənmək və korrupsiya iddiaları ilə ittiham olunmuşdur.[9] Baş Nazir Nikol Paşinyan Manvelin Aprel döyüşləri zamanı məktəbli uşaqlar üçün nəzərdə tutulan ərzağı oğurladığını iddia etmişdir. Ermənistan Milli Təhlükəsizlik Xidməti Manvelin evindən RPG-7 kimi çoxlu silah-sursat və kiçik bir zoopark tapmışdır.[10]

18 iyun 2018-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Manvel Qriqoryanın Qarabağ müharibəsində etdiyi cinayətləri işıq üzünə çıxarmışdır.[11]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Evlidir, 8 uşağı var. Həyat yoldaşı Qarabağ müharibəsi iştirakçısı Nazik Amiryandır. Oğlu Karen Qriqoryan Üçkilsə şəhərinin keçmiş meri olmuşdur.

  • "Hərbi Xaç" medalı (1994)
  • "Qızıl Qartal" medalı (2000)
  • "Vazgen Sarkisyan" medalı (2002)
  • "Artsax Qəhrəmanı" (2000)
  1. "Ermənistanda "Qarabağ qəhrəmanı" general həbs olunub, Sarkisyanın partiyası məyusdur". BBC Azərbaycanca (az.). 18 iyun 2018. 2021-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 sentyabr 2021. Qarabağ müharibəsi iştirakçısı Manvel Qriqoryan ...
  2. Hüseynov, Nurlan. "Ermənistan seçkiləri - Paşinyanın davam edən mübarizəsi". Politicon.co (az.). Topçubaşov Mərkəzi. 24 may 2021. 28 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 sentyabr 2021. ... istefada olan general Manvel Qriqoryanın səs-küylü həbsi oldu
  3. Cəfərov, Elçin. "Azərbaycan Qarabağa nəzarəti genişləndirir və gücləndirir". Azərbaycan (az.) (4). 22 iyun 2018. səh. 1. 2021-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-14.
  4. "«Տուշոնկա մանվել». էջմիածինցիները ծաղրում են գեներալին (ֆոտո, վիդեո)". newspress.am. NewsPress.am. 17 iyun 2018. 2018-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2018.
  5. "Manvel Qriqoryan Xocalı soyqırımında iştirak edib". lent.az. 18 iyun 2018. 2019-08-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2018.
  6. "National Assembly of the Republic of Armenia | Official Web Site | parliament.am". www.parliament.am. 2013-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2018.
  7. "From Army General to Affluent MP: Manvel Grigoryan Hides Income, Doesn't Pay Taxes - Hetq - News, Articles, Investigations" (ingilis). 14 sentyabr 2014. 2018-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2018.
  8. "Qriqoryan Xocalı soyqırımının törədilməsində iştirak edib". ordu.az. 18 iyun 2018. 2019-08-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2018.
  9. "Etchmiadzin: Manvel Grigoryan and Artur Asatryan Arrested on Illegal Arms Charges". hetq.am. 16 iyun 2018. 2018-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2018.
  10. "Erməni generalın evindən çıxanlar hamını şoka saldı". sputnik.az. 16 iyun 2018. 2021-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2018.
  11. "Manvel Grigoryan participated in Khojaly genocide and other war crimes - Azerbaijani MFA". azvision.az. 18 iyun 2018. 2018-06-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2018.