Pavlik Manukyan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Pavlik Manukyan
Şəxsi məlumatlar
Doğum tarixi 3 mart 1964(1964-03-03) (60 yaş)
Doğum yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Döyüşlər

Pavel (Pavlik) Manukyan (3 mart 1964, Babakişi, Abaran rayonu) — Ermənistan hərbçisi və ictimai xadimi. O, Birinci Qarabağ müharibəsinin iştirakçısı, Xocalı soyqırımını törədənlərdən biri, Müəssislər Məclisinin üzvü, "Sasna tsrer" qrupunun üzvü olmuşdur.

3 mart 1964-cü ildə Ermənistan SSR-nin Abaran rayonunda yerləşən Babakişi kəndində anadan olmuşdur. 1985–1987-ci illərdə SSRİ Silahlı Qüvvələrində xidmət etmişdir. 1990-cı ildə "Daşnaksutyun" partiyasına üzv olmuşdur. O, çox keçməmiş, bu strukturu erməni xalqının düşməni hesab edərək oranı tərk etmişdir.[1] Birinci Qarabağ müharibəsində iştirak etmişdir, Xocalı soyqırımını törədənlərdən biri olmuşdur.[2]

Pavel Manukyan hakimiyyətin yeritdiyi siyasətlə razılaşmadığı üçün aldığı bütün hərbi medallardan imtina etmişdir.[3] 2018-ci ildə Ermənistanda inqilabdan sonra bütün mükafatları qəbul etmişdir.

  1. "Էջ:Ղարաբաղյան ազատագրական պատերազմ հանրագիտարան (Karabakh Liberation War encyclopedia).djvu/459 — Վիքիդարան".
  2. "Xocalı faciəsini kimlər törədib? – | Hafta.az". 2023-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-03.
  3. "Ազատամարտիկները հետ են հանձնում իրենց մեդալները. «Ժողովրդական հերոս լինելու համար մետաղ պետք չէ»:". 2019-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-29.