Vitni dağı
Vitni dağı | |
---|---|
ing. Mount Whitney | |
| |
Ümumi məlumatlar | |
Dağ sistemi | Syerra Nevada |
Dağ silsiləsi | Syerra-Nevada (ABŞ) |
Mütləq hündürlüyü | 4.421 m |
Nisbi hündürlüyü | 3.073 m |
İlk fəthi |
18 avqust 1873 Çarlz Beqole, Albert Conson və Con Lukas. |
Yerləşməsi | |
36°34′43″ şm. e. 118°17′31″ q. u.HGYO | |
Ölkə | ABŞ |
Əyalət | |
Rayon |
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Vitni dağı (ing. Mount Whitney) — ABŞ-nin Kaliforniya ştatının Tulare və İnyo qraflıqlarında yerləşən dağ. Vitni dağının hündürlüyü 4.421 m olub Alyaska xaricində ABŞ-nin ən hündür dağ zirvəsidir. Şimali Amerika qitəsinin ən alçaq yeri olan Ölüm Dərəsi Milli Parkındakı Badvater hövzəsi (-84 m) ilə şimal-qərbində yerləşən və ABŞ-nin ən hündür ikinci dağı olan Vitni dağı arasındakı məsafə 136,2 km-dir. Vitni dağının qərb yamacları Sekvoya Milli Parkının sərhədləri içərisindədir. Şərq yamacları isə İnyo qraflığı tərəfindən İnyo Milli Meşəsi adı ilə qorunur. Vitni dağına gedən Vitni Dağı Yürüyüş Zolağının uzunluğu 341 km-dir.
Coğrafiya
[redaktə | mənbəni redaktə et]Vitni dağı Syerra Nevada dağlarının bir zirvəsidir. Ən yaxınlıqda olan Lone Pin şəhərindən 3,5 km uzaqlığındadır.
Vitni dağında Alp iqlimi hakimdir. Dağda əsasən tundra bitkiləri yayılmışdır. Zirvənin yaxınlığında isə demək olar ki, bitki bitmir. Dağda ancaq müvəqqəti heyvan növləri (məsələn, kəpənəklər) yaşayır.
Hündürlüyü
[redaktə | mənbəni redaktə et]İllər boyunca Vitni dağının hündürlüyü dəyişmişdir. Zirvəyə qoyulmuş keçmiş hündürlük zirvəsinə görə hündürlük 14.496,811 ayaqdır. AB Geodesik Survey quruluşunun zirvəyə boz lövhə qoymuşdur. 1929-cu ildə aparılan ölçülərə görə isə dağın hündürlüyü 14.494 ayaq göstərilmiş və belə də qəbul olunmuşdur. Amma XX əsrdə texnologiya inkişaf etmiş, keçmiş hesablama nöqtələri dəqiqliklə ölçülmüş və ölçü standartı dəyişmişdir. 1988-ci ildə yeni standart qəbul edilmişdir. Yeni ölçümə görə Vitni dağının hündürlüyü 14.505 ayaq (yani 4421 m) olaraq qəbul edilmişdir.
Geologiya
[redaktə | mənbəni redaktə et]Vitni dağı qranitdən ibarətdir. Bu qranit Syerra Nevada dağlarının əmələ gəldiyi qranitlə eynidir. Təbaşir dövründə okean tavasının yer tavası ilə toqquşub altına girməsi nəticəsində Vitni dağı əmələ gəlmişdir. Son 2-10 milyon il ərzində Syerra Nevada dağlarının hündürlüyü artmış, eroziya nəticəsində üst təbəqə parçalanaraq qranit ortaya çıxmışdır.
Vitni dağının şərq yamacları qərb yamaclarından daha dikdir. Buna səbəb Syerra Nevada dağları geoloji lövhəsinin xüsusi şəkildə hərəkət etməsidir. Bu lövhə sanki qərbdə sabit olub şərqə meyil etməkdədir.
Qalereya
[redaktə | mənbəni redaktə et]-
Şərq yamacları
-
Smitsonian daxması.
-
Turistləri qorumaq üçün.