Qulkeviçski rayonu
Qulkeviçski rayonu | |||||
---|---|---|---|---|---|
|
|||||
45°21′00″ şm. e. 40°41′57″ ş. u.HGYO |
|||||
Ölkə | |||||
İnzibati mərkəz | Qulkeviçi[1] | ||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 1934 | ||||
Sahəsi |
|
||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəsmi sayt | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Qulkeviçski rayonu (rus. Гулькевичский район) — Rusiya Federasiyası, Krasnodar diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Qulkeviçi şəhəridir.
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Krasnodar diyarının şimal-şərq hissəsində yerləşən Qafqaz, Novokubanski, Kurqaninski, Tbilisi rayonları və Stavropol diyarı ilə həmsərhəddir. Kuban mənzərəsinin bir çox xüsusiyyətləri Qulkeviçski rayonunun təbiətində əks olunur: sonsuz çöllər, meşələr, təbii və süni su anbarları və Krasnodar diyarının əsas su yolu olan Kuban çayı. Rayondan Kuban çayının 142 km hissəsi keçir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Rayon 31 dekabr 1934-cü ildə Kropotkinsk rayonunun Azov-Qara dəniz diyarının tərkibində parçalanması nəticəsində qurulmuşdur. Əvvəlcə rayon 11 kənd şurasından ibarət idi: Ventsı-Zarya, Qulkeviçski, Maykopski, Nikolenski, Novomixaylovski, Novoukraynski, Olqinski, Otrado-Kuban, Sokolovski, Sonental, Tısyaç və Plemzavod.
13 sentyabr 1937-ci ildən bu rayon Krasnodar diyarının bir hissəsi olmuşdur.
22 avqust 1953-cü ildə, Qulkeviçski rayonuna ləğv edilmiş Temirqoyevski rayonunun 3 kənd məclisinə daxil olur: Novokrasnı, Puşkinski və Çıtryox Xutornı Soyuz.
1 fevral 1963-cü ildə rayon ləğv edilir, ərazisi Qafqaz rayonuna daxil olur. Mərkəzi Qulkeviçi şəhəri olur.
20 oktyabr 1980-ci ildə Qafqaz rayonunun bir hissəsindən Qulkeviçski rayonu bərpa edilir, mərkəz isə Qafkazskaya kəndi olur.
1993-cü ildə kənd sovetlərinin fəaliyyətinə son verilir; kənd idarələrinin əraziləri kənd dairələrinə çevrilir.
2005-ci ildə rayonda 15 inzibati vahid qurulur.
Əhali
[redaktə | mənbəni redaktə et]1 yanvar 2006-cı il tarixinə rayon əhalisi 100 806 nəfər təşkil etmişdir. Bunlardan 48,7 % şəhər sakinləri, 51,3 % isə kənd sakinləridir. Bütün əhali arasında kişilər 46,2 %, qadınlar 53,8 % təşkil edir. Ümumi əhalinin 60 275 (59,8 %) nəfəri əmək qabiliyyətli insanlar, 23,0 %-i pensiyaçılardır[4].
- Milli tərkib
Əsas milli qruplar: ruslar, ukraynalılar, gürcülər, kabardinlər, yunanlar (az bir qism), bolqarlar.
İnzibati-ətazi vahidləri
[redaktə | mənbəni redaktə et]Bryuxovetski rayonunda 3 şəhər və 12 kənd inzibati ərazi vahidliyi mövcuddur.
İqtisadiyyat
[redaktə | mənbəni redaktə et]İqtisadi xüsusiyyətləri baxımından sənaye-aqrar bölgəsidir, iqtisadi inkişaf səviyyəsi baxımından rayonda aparıcı yerlərdən birini tutur. Rayon ərazisində 14 iri və orta müəssisə iqtisadi fəaliyyət göstərir. Müəssisələr tərəfindən istehsal olunan əsas məhsul növləri: prefabrik dəmir-beton, divar materialları, polad metal konstruksiyalar, qeyri-metal tikinti materialları, heyvan yemi, dənəvər şəkər, un, çörək və çörək məhsulları.
Nəqliyyat
[redaktə | mənbəni redaktə et]Qulkeviçski rayonu yaxşı inkişaf etmiş avtomobil və dəmir yolu şəbəkəsinə malikdir. Rayon ərazisində 3 dəmir yolu stansiyası var.
Məşhur şəxsləri
[redaktə | mənbəni redaktə et]Mixail İqnateviç Belousov - snayper, 245 Alman zabit və əsgərini şəxsən məhv etmişdir.
Anton İvanoviç Qeraşçenko, - rus, sovet yazıçısı.
Viktor Vasilieviç Qorbatko, - Sovet kosmonavti.
Vasili Prokofiyeviç Savçenko - Böyük Vətən müharibəsi veteranı.
- ↑ 1 2 3 ОКТМО. 185/2016. Southern FD.
- ↑ 1 2 GEOnet Names Server. 2018.
- ↑ https://rosstat.gov.ru/compendium/document/13282 (rus.). Росстат, 2023.
- ↑ "Департамент здравоохранения Краснодарского края, Гулькевичский район". 2008-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-02-22.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Официальный сайт Гулькевичского района
- Гулькевичская районная организация Всероссийского общества инвалидов
- Муниципальное образование Гулькевичский район
- Гулькевичский район на портале исполнительных органов власти края
- Справочник почтовых индексов / кодов ОКАТО /налоговых инспекций ФНС / адресов
- Poçt indeksi: