Krımski rayonu
Krımski rayonu | |||||
---|---|---|---|---|---|
|
|||||
44°56′ şm. e. 38°00′ ş. u.HGYO |
|||||
Ölkə | |||||
İnzibati mərkəz | Krımsk[1] | ||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 2 iyun 1924 | ||||
Sahəsi |
|
||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | 86131 | ||||
Rəsmi sayt | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Krımski rayonu (rus. Крымский район) — Rusiya Federasiyası, Krasnodar diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Krımsk şəhəridir.
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Krımski rayonu Krasnodar diyarının cənub-qərb hissəsində yerləşir. Ümumi sahəsi 1,6 min km²-dir. Şimalda Slavyanski rayonu, qərbdə Anapski rayonu, şərqdə Abinsk rayonu ilə, cənubda Novorossiysk və Qelendjiklə həmsərhəddir.
Krım rayonunun ərazisi iki zonaya ayrılır: Prikubanskaya mailli düzənliyi və Böyük Qafqazın uc qisminin qərb hissəsindəki orta yüksək dağlar bölgəsi.
Tarix
[redaktə | mənbəni redaktə et]Rayon 2 iyun 1924-cü ildə Cənub-Şərq vilayəti Kuban dairəsinin bir hissəsi olaraq meydana gəlir. Buraya Kuban-Qara dəniz diyarının ləğv edilmiş Slavyan bölməsinin ərazisinin bir hissəsi daxil idi. Əvvəlcə rayona 28 kənd sovetlikləri daxil isi:Blaqodarnı, Verxneadaqumski, Verxnemeretukski, Volodarski, Qladkovski, Gorno-Veselı, Qreçeski, Drujnı, Kiyevski, Kotlyarevski, Krasnı, Krımski, Krımski-Slobodski, Leninski, Lesnoy, Melixovski, Moldavanski, Neberdayevski, Nijnemeretukski, Novoukrayinski, Pavlovski, Podqornı, Psebepski, Ruski, Sadovı və Çernomorski, Svobodnenski, Tixiy.
16 noyabr 1924-cü ildən rayon Şimali Qafqaz diyarının ərazisinə daxil edilir. 10 oktyabr 1925-ci ildə Krımski rayonu Çernomorski dairəsinə verilir. 27 fevral 1930-cu ildə Krımski rayonu ərazisinin bir hissəsindən və Kuban dairəsinin Abinski rayonunun mərkəzi Krımskaya kəndi olmaqla Yunan Milli rayonu qurulur. 16 fevral 1932-ci ildə ləğv edilmiş Abinski rayonunun ərazisi rayona daxil edilir. 10 yanvar 1934-cü ildən rayon Azov-Qara dəniz diyarına verilir. 31 dekabr 1934-cü ildə Abinski rayonu yenidən bərpa edilir. 10 avqust 1935-ci ildə Krımski rayonu ləğv edilir, ərazisi Qreçeski rayonunun bir hissəsi olur. 22 fevral 1938-ci ildə Qreçeski rayonu Krımski olaraq adlandırılır və rayon mərkəzi Krımsk kəndinə köçürülür. 16 aprel 1940-cı ildə Krım rayonun bir hissəsi mərkəzi Varenikovskaya kəndi olmaqla yeni qurulan Varenikovski rayonun bir hissəsi olur. 22 avqust 1953-cü ildə ləğv edilmiş Varenikovski rayonunun ərazisinin bir hissəsi rayona birləşdirilir. 11 fevral 1963-cü ildə Abinski və ləğv edilmiş Severski rayonlarının kənd sovetlikləri rayonun bir hissəsinə çevrilir. 1 fevral 1963-cü ildə Krımski Kənd rayonu qurulur[4]. 12 yanvar 1965-ci ildə Abinski rayonu, 30 dekabr 1966-cı ildə isə Severski rayonu yenidən bərpa edilir. 4 sentyabr 1981-ci ildə Krımsk şəhəri regional tabeli şəhərlər kateqoriyasına daxil edilir və mərkəz olaraq qalaraq rayon tərkibindən çıxır. 1993-cü ildə kənd sovetliklərinin fəaliyyətinə xitam verilir, kənd idarələrinin əraziləri kənd dairələrinə çevrilir. 2005-ci ildə Krımsk şəhəri də daxil olmaqla rayonda 11 bələdiyyə qurulur. 7 iyul 2012-ci ildə ərazidə dağıdıcı sel meydana gəlir. Nəticədə 130-dan çox insan ölür[5]. Ümumilikdə rayonda fəlakət zonasında 12 min nəfər, 4 mindən çox ev, 12 sosial obyekt (məktəb, uşaq bağçası, iki tibb anbarı[6]) zərər görür.
Əhali
[redaktə | mənbəni redaktə et]1 yanvar 2011-ci il tarixinə rayon əhalisi 132,3 min nəfər təşkil etmişdir. Bütün əhali arasında kişilər 46,7 %, qadınlar 53,3 % təşkil edir. Ümumi əhalinin 75617 (59,6 %) nəfəri əmək qabiliyyətli insanlar, 22,2 %-i pensiyaçılardır[7].
- Milli tərkib
Krım rayonunda yaşayan əhalinin tərkibi baxımından ən çoxmillətli bölgələrdən biridir - 67-dən çox millət, bunlar arasında: ukraynalılar, yunanlar, ermənilər, belaruslar, moldovanlar, bolqarlar, çuvaşlar, gürcülər. Əhalinin əsas hissəsini ruslar təşkil edir.
İnzibati-ətazi vahidləri
[redaktə | mənbəni redaktə et]Krımski rayonunda 1 şəhər və 10 kənd inzivati vahidliyinə 90 yaşayış məntəqəsi daxildir.
İqtisadiyyat
[redaktə | mənbəni redaktə et]2011-ci ilin birinci yarısında bütün iqtisadi fəaliyyət növləri üzrə müsbət dinamika müşahidə olunur. Böyük və orta müəssisələrin dövriyyəsi 6,4 milyard rubl təşkil etmiş və 2010-cu ilin eyni dövrü ilə müqayisədə 18,3% artım olmuşdur. Rayon iqtisadi fəal əhalisinin payı 35% -dir, bunun 80% -i faktiki olaraq iqtisadiyyatda, o cümlədən 40% -i kiçik və orta sahibkarlıqda işləyir. 2011-ci ilin birinci yarısında vergi daxilolmalarının ümumi həcmində kiçik və orta sahibkarlığın payı 20,6% təşkil etmişdir. Krımski rayonu üçün 2011-ci il birləşdirilmiş regional büdcə 1,675 milyon rubl məbləğində qəbul edildi ki, bu da keçən ilin səviyyəsinin 104% -i, o cümlədən vergi daxilolmaları - 1554.5 milyon rubl, vergi olmayan gəlirlər - 114.7 milyon rubl və ödənişsiz daxilolmalar - 5.8 milyon rubl.
Sənaye
[redaktə | mənbəni redaktə et]Troitskaya kəndindəki Rusiyadakı yeganə "yod zavodu" (lakin ümumiyyətlə ölkədə yod eyni vaxtda Novosibirsk, Tula, Yaroslavlın əczaçılıq müəssisələrində istehsal olunur) var.
Kənd təsərrüfatı
[redaktə | mənbəni redaktə et]Rayonda paxlalı bitkilər, tərəvəz, meyvə və giləmeyvə, üzüm, tütün əkilir. Kənd təsərrüfatına yararlı torpaq sahələri 92,4 min hektardır, bunlardan 60,9 min hektarı əkin sahələridir. Düyü 2000 hektardan çox ərazidə 5 ferma tərəfindən istehsal olunur. Burada 500-dən çox kənd təsərrüfatı müəssisə və təsərrüfatları var.
Südlük və ətlik heyvandarlıq, donuzçuluq, quşçuluq, arıçılıq, xəz təsərrüfatı vardır. Balıq təsərrüfatları belə qurulur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 ОКТМО. 185/2016. Southern FD.
- ↑ 1 2 GEOnet Names Server. 2018.
- ↑ https://rosstat.gov.ru/compendium/document/13282 (rus.). Росстат, 2023.
- ↑ "Указ Президиума ВС РСФСР от 01.02.1963". www.libussr.ru. 2018-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-25.
- ↑ "МВД: число жертв наводнения в Краснодарском крае превысило 140 человек". РИА Новости. 8 июля 2012 года. 2012-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-08.
- ↑ "Власти подсчитывают ущерб от катастрофического наводнения на Кубани". РИА Новости. 7 июля 2012 года. 2012-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-07.
- ↑ "Департамент здравоохранения Краснодарского края, Крымский район". 2008-01-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-10-02.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Официальный администрации Крымского района
- Муниципальное образование Крымский район
- Крымский район на портале исполнительных органов власти края Arxivləşdirilib 2022-01-21 at the Wayback Machine
- Справочник почтовых индексов / кодов ОКАТО /налоговых инспекций ФНС / адресов
- Инвестиционный портал муниципального образования Крымский район
- Poçt indeksi: