Dinski rayonu
Dinski rayonu | |||||
---|---|---|---|---|---|
|
|||||
45°10′59″ şm. e. 39°13′59″ ş. u.HGYO |
|||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 1934 | ||||
Sahəsi |
|
||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəsmi sayt | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Dinski rayonu (rus. Динской район) — Rusiya Federasiyası, Krasnodar diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Dinskaya kəndidir.
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Krasnodar diyarının mərkəzi hissəsində yerləşir. Ərazi Krasnodar şəhəri, Ust-Labinski, Korenovski, Timaşevski, Kalininski, Krasnoarmeyski rayonları və Kuban çayı boyunca Adıgey Respublikası ilə həmsərhəddir. Rayonun sahəsi 136 196 hektardır.
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]31 dekabr 1934-cü ildə Krasnodar və Korenovski rayonlarının bölünməsi nəticəsində Plastunovski rayonu Azov-Qara dəniz diyarının bir hissəsi olaraq meydana gəlir. Rayon mərkəzi Plastunovskaya kəndin olur. Əvvəlcə rayon 4 kənd şurasından ibarət idi: Dinski, Koçetinski, Krasnoselski və Plastunovski.
21 fevral 1935-ci ildə Plastunovski rayonunun mərkəzi Dinskaya kəndinə köçürülür.
20 dekabr 1935-ci ildə rayona ləğv edilmiş Krasnodar rayonunun 2 kənd məclisi daxil edildi: Vasyurinski və Starokorsunski.
13 sentyabr 1937-ci ildən etibarən rayon Krasnodar diyarının bir hissəsi olmuşdur.
22 avqust 1953-cü ildə ləğv edilmiş Paşkovski rayonunun Paşkovski yarımstansiyası Plastunovski rayonuna birləşdirilir.
26 may 1961-ci ildə Plastunovski rayonu Dinski adlandırılır.
1 fevral 1963-cü ildə Dinskaya kənd dairəsi qurulur[4].
11 fevral 1963-cü ildə ləğv edilmiş Novotitarovski rayonunun ərazisi Dinski rayonunun tərkibinə daxil olur.
1978-ci ildə Dinski rayonundan Elizavetinski Kənd Şurası Elizavetinskaya kəndi ilə birlikdə Krasnodar Şəhər Sovetinə verilir.
1993-cü ildə kənd sovetlərinin fəaliyyətinə son verilir. Kənd idarələrinin əraziləri kənd dairələrinə çevrilir.
2005-ci ildə rayonda 10 kənd inzibati ərazi vahidliyi qurulur.
Əhali
[redaktə | mənbəni redaktə et]1 yanvar 2006-cı il tarixinə rayon əhalisi 122 575 nəfər təşkil etmişdir. Bunların hamısı kənd sakinləridir. Bütün əhali arasında kişilər 46,5 %, qadınlar 53,5 % təşkil edir. Ümumi əhalinin 74162 (60,5 %) nəfəri əmək qabiliyyətli insanlar, 22,4 %-i pensiyaçılardır[5].
İnzibati-ərazi vahidləri
[redaktə | mənbəni redaktə et]Dinski rayonunda 10 kənd inzibati ərazi vahidliyi mövcuddur.
İqtisadiyyat
[redaktə | mənbəni redaktə et]Dinskaya kəndində kənd təsərrüfatı məhsullarının emalı ilə yanaşı bir sıra kənd təsərrüfatı müəssisələri fəaliyyət göstərir: şəkər, konservlər, "Yujnaya Zvezda" qənnadı fabriki, "Dinskaya" ət fabriki ("ЕстЪ" ticarət markası).
Məşhur şəxsləri
[redaktə | mənbəni redaktə et]Aleksey Petroviç Kompaniets (1916–1987) — Böyük Vətən müharibəsi iştirakçısı, Sovet İttifaqı Qəhrəmanı.
Nikolay İqnatoviç Kondratenko (1940–2013) — Krasnodar diyarının ilk qubernatoru.
- ↑ 1 2 ОКТМО. 185/2016. Southern FD.
- ↑ 1 2 GEOnet Names Server. 2018.
- ↑ https://rosstat.gov.ru/compendium/document/13282 (rus.). Росстат, 2023.
- ↑ "Указ Президиума ВС РСФСР от 1. fevral 1963". www.libussr.ru. 2018-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-25.
- ↑ "Департамент здравоохранения Краснодарского края, Динской район". 2008-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-02-22.