Kalininski rayonu
Kalininski rayonu | |||||
---|---|---|---|---|---|
|
|||||
45°29′23″ şm. e. 38°40′30″ ş. u.HGYO |
|||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 19 iyul 1924 | ||||
Sahəsi |
|
||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəsmi sayt | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Kalininski rayonu (rus. Калининский район) — Rusiya Federasiyası, Krasnodar diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Kalininskaya kəndidir.
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Krasnodar diyarının şimal-qərb hissəsində yerləşir. Rayonun şərqində Timaşevski rayonu, cənubunda — Dinski və Krasnoarmeyski rayonları, uzaq qərbində Slavyanski, şimalında — Primorsko-Axtarski rayonları yerləşir.
Rayonun sahəsi 151 605 ha-dır. Sərhədlərin ümumi uzunluğu 300 kilometrdir.
Relyef
[redaktə | mənbəni redaktə et]Rayon ərazisinin relyefi düzəndir, Kuban-Priazov ovalığı ilə məhdudlaşmışdır. Şərq və şimali-şərqdə şumlanmış qaratorpaq çölləri geniş ərazi tutur.
Əhali
[redaktə | mənbəni redaktə et]Əhalinin ümumi sayı — 50,370 nəf. O cümlədən: Kişilər — 23 674 nəf. Qadınlar — 26,696 nəf. 16 yaşından kiçik uşaqlar — 11 830 nəf. İşçilərin sayı — 16 964 nəf.
O cümlədən:
dövlət sektorunda — 3814
sənayedə — 244
aqrar-sənaye kompleksində və emal sənayesində — 9198
fermerlər — 352
nəqliyyat və rabitə sahəsində — 276
ticarət və xidmət sahələrində — 695
digər sahələrdə — 811
Krasnodar Bölgəsinin Səhiyyə İdarəsinin məlumatına görə, Kalininski rayonunda 1 yanvar 2006-cı il tarixinə insanların sayı 49 765 nəfər olmuşdur[4].
İnzibati-ətazi vahidləri
[redaktə | mənbəni redaktə et]Kalininski rayonunda 8 kənd inzivati vahidliyinə 27 yaşayış məntəqəsi daxildir:Angelinski, Andreevski, Boykoponura, Vasilevka, Qreki, Qreçanaya Balka, Qrevenskaya, Qrişkovskaya, Cumaylovka, Dolinovskaya, Juravlovka, Zarecenskaya, Kalininskaya, Lebedi, Malai, Masankovski, Maşenkovski, Mirnı, Moqukorovka, Novonikalayevka, Priqibski, Raşpıli, Redant, Roqaçyovski, Severnı, Starovelişkovskaya və Stepnoy.
İqtisadiyyat
[redaktə | mənbəni redaktə et]Kalininski rayonunun iqtisadiyyatının əsasını dinamik inkişaf edən aqrar-sənaye kompleksi (kənd təsərrüfatı, emal, qida və un s), balıqçılıq və balıqçılıq məhsulları təşkil edir. Ən inkişaf etmiş sahələr kənd təsərrüfatı və emal sənayesidir.
Bölgənin ən böyük müəssisələri:
"Kalininski pendir fabriki" ASC — Kalininskaya kəndi, Privokzalnaya küçəsi, 1;
"Kalininsk RPS Kooperativ Sənayesi Kombinatı" MMC — Kalininskaya. Sovetskaya küçəsi, 21;
Plemzavod Drujba ASC — Boykoponura xutoru, Lenin küçəsi, 2;
"Oktyabr" — Staroveliçkovskaya kəndi, Krasnaya küçəsi, 154;
"Sovetkaya Kuban" — Qrişkovskoe kəndi, Sovetskaya küçəsi, 62.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 ОКТМО. 185/2016. Southern FD.
- ↑ 1 2 GEOnet Names Server. 2018.
- ↑ https://rosstat.gov.ru/compendium/document/13282 (rus.). Росстат, 2023.
- ↑ "Департамент здравоохранения Краснодарского края, Калининский район". 2008-01-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-10-02.