Kuşyovski rayonu
Kuşyovski rayonu | |||||
---|---|---|---|---|---|
|
|||||
46°34′ şm. e. 39°38′ ş. u.HGYO |
|||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 2 iyun 1924 | ||||
Sahəsi |
|
||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəsmi sayt | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Kuşyovski rayonu (rus. Кущёвский район) — Rusiya Federasiyası, Krasnodar diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Kuşyovski kəndidir.
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Kuşyovski rayonu Azov-Kuban düzənliyinin şimal hissəsində yerləşir. Şimal və şərqdə Rostov vilayəti, qərbdə Starominski, cənubdan Krasnodar diyarının Leninqrad və Krılovski rayonları ilə həmsərhəddir.
Rayondan aşağıdakı çaylar axır: Eya, Kuqo-Eya, Mokraya Çuburka, Rossoş, Sosıka, Elbuzd, Kavalerka.
Rayonun ərazisi 237,2 min hektardır, bunun 215,4 min hektarı əkin sahələridir.
Tarix
[redaktə | mənbəni redaktə et]Rayon 2 iyun 1924-cü ildə Cənub-Şərq vilayətinin Donski rayonunun tərkibində yaradıldı. Buraya Kuban-Qara dəniz diyarının ləğv edilmiş Yeysk şöbəsinin ərazisinin bir hissəsi daxil idi. Əvvəlcə rayonun tərkibinə 17 kənd məclisi daxil idi: Alekseevski, Bolşekozinski, Qlebovski, Qudkovo-Limanovski, İvano-Slyusarevski, İlyinski, İrinovski, Kislyakovski, Krasnoselski, Kuqoeyiski, Kuşçevski, Mixailovski, Novoserqeyevski, Poltavçenski, Şkurinski 16 noyabr 1924-cü ildən rayon Şimali Qafqaz diyarının, 10 yanvar 1934-cü ildən Azov-Qara dəniz diyarının bir hissəsi idi. 13 sentyabr 1937-ci ildən Kuşyovski rayonu Krasnodar diyarının bir hissəsi olur. 22 avqust 1953-cü ildə ləğv edilmiş Şteynqartovski rayonu ərazisinin bir hissəsi rayona birləşdirilir. 1 fevral 1963-cü ildə Kuşyovski kənd rayonu qurulur[4]. 1993-cü ildə kənd sovetliklərinin fəaliyyətinə xitam verilir, kənd idarələrinin əraziləri kənd dairələrinə çevrilir. 2005-ci ildə rayonda 12 bələdiyyə qurulur.
Əhali
[redaktə | mənbəni redaktə et]1 yanvar 2006-ci il tarixinə rayon əhalisi 70 355 nəfər təşkil etmişdir. Bunun hamısı kənd əhalisidir. Bütün əhali arasında kişilər 46,5 %, qadınlar 53,5 % təşkil edir. Ümumi əhalinin 41372 (58,8 %) nəfəri əmək qabiliyyətli insanlar, 22,7 %-i pensiyaçılardır[5].
İnzibati-ətazi vahidləri
[redaktə | mənbəni redaktə et]Kuşyovski rayonunda 12 kənd inzivati vahidliyinə 74 yaşayış məntəqəsi daxildir.
İqtisadiyyat
[redaktə | mənbəni redaktə et]Kuşyovski rayonu ərazisində 1105 kiçik müəssisə və hüquqi şəxs olmadan 2119 sahibkar daxil olmaqla, hər cür mülkiyyət formasında olan 1659 müəssisə və təşkilat fəaliyyət göstərir.
İqtisadiyyatda işləyənlərin sayı 2008-ci ildə 31,4 min nəfər olmuş və yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin inkişafı hesabına 2004-cü ilə nisbətən 3,0 min nəfər artmışdır. Əhalinin əsas hissəsi kənd təsərrüfatında, ərzaq bazarında, emal sənayesində, inşaatda və kiçik biznesdə işləyir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 ОКТМО. 185/2016. Southern FD.
- ↑ 1 2 GEOnet Names Server. 2018.
- ↑ https://rosstat.gov.ru/compendium/document/13282 (rus.). Росстат, 2023.
- ↑ "Указ Президиума ВС РСФСР от 01.02.1963". www.libussr.ru. 2018-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-25.
- ↑ "Департамент здравоохранения Краснодарского края, Кущевский район". 2018-06-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-10-02.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Еженедельник Кущевская НАШЕ ВРЕМЯ Arxivləşdirilib 2016-05-29 at the Wayback Machine
- Кущевский район на портале исполнительных органов власти края Arxivləşdirilib 2013-09-14 at the Wayback Machine
- Муниципальное образование Кущёвский район
- Официальный сайт Кущевского района
- Информационный портал Кущевского района
- Инвестиционный портал Кущёвского района
- Неофициальный портал станицы Кущёвской
- Poçt indeksi: