Diafraqma (anatomiya)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Diafraqma
Latınca Diaphragma
Yunanca διάφραγμα
Patologiyası Diafraqma yırtığı, Diafraqma iflici
Sistem Əzələ
Arteriya lat. arteria pericardiacophrenica, arteriae intercostales, arteriae phrenicae inferiores
Vena yuxarı və aşağı diafraqma venaları
Sinir Diafraqma siniri, qabırğalararası sinir
Embrional septum transversum
MeSH Diaphragm
Dorlands/Elsevier 12293509
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Diafraqma (lat. diaphragma, yun. διάφραγμα arakəsmə mənasını verir) — tək əzələ olub, döş qəfəsini qarın boşluğundan ayırır. Tənəffüsün təmin edilməsində mühüm rola malik olan bu əzələvi arakəsmə ağciyərlərin gərilməsində mühüm rol oynayır. Onun hüdudları alt qabırğanın aşağı kənarı ilə məhdudlaşır. Eninəzolaqlı əzələ liflərindən təşkil olunmuş diafraqma qarın əzələ sisteminə aiddir. Dafraqmaya məməlilərdə və timsahlarda rast gəlinir. Dafraqma təkamül nəticəsində formalaşaraq tənəffüs sistemini daha da mükəmməlləşdirmişdir. Diafraqma qurluşca kümbəzəbənzər struktur olub, əzələ və fibroz toxumalardan təşkil olunmuşdur. Onun qübbələri yuxarı, döş qəfəsi boşluğuna baxır və bir növ onun döşəməsini təşkil edir. Kümbəzin aşağısı isə qarın boşluğunun damını təşkil etmiş olur. Diafraqmanın ortası vətərlərdən kənarları isə əzələ liflərindən təkil olunmuşdur. Adətən diafraqmanın sağ qübbəsi IV, sol qübbəsi isə V qabırğaarası sahə səviyyəsindədir. Nəfəsalma zamanı bu qübbələr 2–3 sm aşağıya enmiş olur. Diafraqma qabırğaarası sahələrdə sağ və sol dafraqma-qabırğaarası ciblərini—sinuslarını, öndə ortada isə divararalığı ilə birlikdə diafraqma-divararalığı cibini — sinusunu təşkil etmiş olur.

Dəliklərin adları Fəqərə səviyyəsi İzahı
Venoz dəliyi VIII Venoz dəliyi mərkəzi vətər hissəsindən keçir. Bu dəlikdən aşağı boş vena və sağ diafraqma sinirinin bir neçə şaxəsi keçir.
Qida borusu dəliyi X Qida borusu dəliyi diafraqmanın arxa hissəsində yerləşmişdir. Bu dəlikdən adından məlum olduğu kimi qida borusu və azan sinirinin ön şaxələri keçir.
Aorta dəliyi XII Aorta dəliyi diafraqmanın arxa hissəsində yerləşmişdir. Bu dəlikdən aorta və döş limfa axacağı keçir.
  • Tənəffüs funksiyası: diafraqmanın döş əzələləri ilə birlikdə hərəkəti nəticəsində nəfəs alma və nəfəs vermə aktları baş verir ki, nəticə etibarilə ağciyərlərə havanın daxil olması və ondan xaric olması təmin edilmiş olur.
  • Hemodinamik funksiyası: diafraqmanın döş əzələləri ilə birlikdə hərəkəti qarın boğluğunda təzyiqin artması və əksinə döş qəfəsində təzyiqin düşməsi aşağı boş vena ilə axan qanın ürəyin sağ qulaqcığına sovrulub tökülməsinə yardım etmiş olur.
  • Alimentar funksiyası: qidanın qida borusu ilə hərəkət etməsini təmin etməklə yanaşı onun mədədən geri qayıtmasını (reflüksü) əngəlləmiş olur.
  • İstinad funksiyası: qarın və döş qəfəsi orqanlarının bir birinə münasidətdə yerlərini nizamlayır. Diafraqma əzələsinin tonusu qarın orqanlarının döş qəfəsi boşluğuna soxulmasının qarşısını almış olur.