Səkinə Axundzadə
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Səkinə Axundzadə | |
---|---|
Səkinə Mirzə Heybət qızı Axundzadə | |
Doğum tarixi | 1865 |
Doğum yeri | |
Vəfat tarixi | 1927 |
Vəfat yeri | |
Vətəndaşlığı |
Rusiya imperiyası AXC SSRİ |
Fəaliyyəti | dramaturq, yazıçı, romançı, müəllimə |
Əsərlərinin dili | Azərbaycan dili |
Janr | dram |
Vikianbarda əlaqəli mediafayllar |
Səkinə xanım Mirzə Heybət qızı Axundzadə (1865, Quba – 1927, Quba) — ilk qadın dramaturq, yazıçı Mirzə Heybət Axundzadənin qızı. Səkinə xanım Azərbaycanın ilk qadın müəllimlərindəndir.
Həyatı
[redaktə | mənbəni redaktə et]Səkinə xanım 1865-ci ildə Qubada anadan olmuş və ibtidai təhsilini orada almışdır. Atası Mirzə Heybət "Fəda" təxəllüslü ilə şeirlər yazırdı və A. A. Bakıxanovun təşkil etdiyi "Gülüstan" ədəbi məclisinin üvzü idi. 1900-cü ildə ailəsi ilə birlikdə Bakıya köçən Səkinə xanım Hacı Zeynalabdin Tağıyevin Qızlar Məktəbində şəriət və ədəbiyyat dərslərini tədris etmişdir. Bakıda və Qubada xalqın maariflənməsi yolunda böyük işlər görmüş, qız məktəblərinin açılmasına, təhsil alan şagirdlərə müntəzəm olaraq maddi yardım göstərmişdi.
Yaradıcılığı
[redaktə | mənbəni redaktə et]Səkinə Mirzə Heybət qızı Axundzadə teatr həvəskarları ilə yaradıcılıq əlaqələri saxlamışdı. "Elmin bəhrəsi" pyesini və "Gəlin və qayınana" komediyasını yazıb. Milli folklorumuz əsasında "Əbülfəz və Rəna" hekayəsini qələmə almış, bu əsər əsasında isə eyniadlı opera librettosu işləmişdi. S. Axundzadə Türkiyə ədəbiyyatından da maraqlı əsərləri dilimizə çevirmişdi. Namiq Kamal yaradıcılığından hazırladığı "Bəxtsiz bala", "Zülmün səmərəsi" adlı dramları uzun illər Azərbaycan səhnəsində Hüseyn Ərəblinskinin, Abbas Mirzə Şərifzadənin iştirakı ilə tamaşaya qoyulmuşdu. Səkinə xanım Axundzadə məşhur fransız bəstəkarı Leo Delibin "Lakme" operası əsasında "Zülmün səmərəsi" adlı dram əsərini yazmışdı. Bu əsər ilk dəfə 1914-cü ildə Tiflisdə tamaşaya qoyularaq uğur qazanmışdı. Səkinə xanım Axundzadə məşhur fransız bəstəkarı Leo Delibin "Lakme" operası əsasında dram əsəri yazmışdı. Bu əsər "Nicat" truppasında, 1920-ci illərin əvvəllərində Milli Dram Teatrında müxtəlif səhnə quruluşunda tamaşaya qoyulmuşdu. 1927-ci ildə uzun sürən asma xəstəliyindən Bakıda dünyasını dəyişən Səkinə xanım Axundzadə Bibiheybətdə dəfn olunmuşdu.
Səkinə xanımın yazdığı əsərlər o dövrün repressiyalarından qorxan qardaşı İbrahim bəyin qızı Reyhan Topçubaşova tərəfindən yandırılmışdır. Həmin dövrdə Reyhan xanım Topçubaşova Azərbaycan Rəssamlar İttifaqı İdarə Heyətinin sədr müavini idi.
Teatr sənətində töhfələri
[redaktə | mənbəni redaktə et]Səkinə xanım Axundzadə "Elmin bəhrəsi", "Gəlin və qayınana", "Bəxtsiz bala", "Zülmün səmərəsi", "Haqq söz acı olar", "Şahzadə Əbülfəz" və bir çox pyeslərin müəllifidir. "Zülmün bəhrəsi"ni Hüseyn Ərəblinski 1914-cü ildə Tiflisdə, Abbas Mirzə Şərifzadə 1917-ci ildə və 1922-ci ildə Bakıda tamaşaya qoyublar. Əsas rollarda özləri və Kazım Ziya, İsmayıl Talıblı, Yeva Olenskaya, Yunis Nərimanov oynayıblar. "Bəxtsiz bala" da bu dəstələrin, digər əsərlər isə qız gimnaziyası tələbələrinin iştirakı ilə göstərilib.[1]
Əsərləri
[redaktə | mənbəni redaktə et]- "Elmin bəhrəsi" (1904)
- "Zülmün səmərəsi" ("Lakme"dən təbdil"
- "Gəlin və qayınana"
- "Şahzadə Əbülfəz və Rəna xanım" (1918)
- "Bəxtsiz bala"
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Üç əsrin yüz otuz ili. (Akademik Milli Dram Teatrı bu gün). Bakı, "QAPP-POLİQRAF" Korporasiyasi, 2003, 264 s." (PDF). 2018-12-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-09-18.