Nəriman Həsənzadə
Nəriman Həsənzadə | |
---|---|
Doğum tarixi | 18 fevral 1931 (93 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | yazıçı, şair, dramaturq, nasir, tərcüməçi, redaktor |
Mükafatları |
|
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Nəriman Əliməmməd oğlu Həsənzadə (18 fevral 1931, Poylu, Qazax rayonu) — şair, dramaturq, Azərbaycan Yazıçılar İttifaqının üzvü (1954), filologiya elmləri namizədi (1965), Azərbaycanın əməkdar incəsənət xadimi (1981), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990–1995), Mətbuat və İnformasiya nazirinin birinci müavini (1991–2001), Azərbaycanın xalq şairi (2005), Heydər Əliyev mükafatı laureatı (2017),[1] "İlin şairi" makafatı laureatı (2010), "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenli. 2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) müxbir üzvü, 2004-cü ildə isə akademiki seçilmişdir.
Həyatı
[redaktə | mənbəni redaktə et]Nəriman Həsənzadə 1931-ci il fevralın 18-də Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində anadan olub. Bir yaşında atasını (1932), iyirmi üç yaşında isə anasını itirib (1954). İbtidai və orta təhsilini öz doğma rayonlarında alıb. 1949-cu ildə H. Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universitetinin) filologiya fakültəsinə daxil olmuşdur. 1953-cü ildə həmin İnstitutu bitirmişdir. 1954–1956-cı illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. Azərbaycan Yazıçılar İttifaqı onu Moskvadakı İkiillik ədəbiyyat kursuna göndərir. Buranı bitirdikdən sonra Qorki adına Ədəbiyyat İnstitutuna daxil olur. Beş il burada təhsil alıb, Bakıya qayıdır. 1962–1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin "Azərbaycan Ədəbiyyatı tarixi" kafedrasının aspirantı olmuşdur. 1965-ci ildə "Azərbaycan-Ukrayna ədəbi əlaqələri" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. 1962-ci ildə Respublika Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor, sonralar "Uşaq və gənclər ədəbiyyatı nəşriyyatı"nda redaktor, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında şöbə müdiri, "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru (1976–1990) vəzifələrində işləmişdir. 1975-ci ildə Belarusiya SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı və medal ilə təltif olunmuşdur. SSRİ yazıçıları Ədəbiyyat Fondu Azərbaycan bölməsinin direktoru olmuşdur. 1991–2001-ci illərdə Mətbuat və İnformasiya nazirinin birinci müavini vəzifəsində çalışmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 221 saylı sərəncamı ilə Mətbuat və İnformasiya nazirini əvəz etmişdir. Azərbaycanın və Belarusun Fəxri fərmanları ilə təltif olunub. Hazırda Azərbaycan Milli Aviasiya Akademiyasının "Humanitar fənlər kafedrası"nın müdiri vəzifəsində çalışır, dosentdir. Milli Aviasiya Akademiyası Elmi Şurasının üzvüdür. Azərbaycan yazıçıları XI qurultayında katibliyin qərarı ilə Ədəbiyyat Fondu İdarə Heyətinin sədri təyin edilmişdir (2004). 2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) müxbir üzvü, 2004-cü ildə isə akademiki seçilmişdir. Müstəqil Azərbaycan Respublikasının "Şərəf" ordeni (2011)[2] ilə təltif olunmuş və 2002-ci ildə Fərdi prezident təqaüdünə layiq görülmüşdür.[3]
18 fevral 2021-ci ildə ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə "İstiqlal" ordeni ilə təltif edilib.[4]
Bir sıra Avropa və Şərq ölkələrində keçirilən elmi-ədəbi konfransların, poeziya simpoziumlarının, rəsmi dövlət səfərlərinin iştirakçısıdır. 1992-ci ildə Türkiyənin Böyük Millət Məclisində və Beynəlxalq konqresində xalq deputatı kimi nümayəndə heyəti adından çıxışlar etmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2005-ci ildə Azərbaycanın xalq şairi adına layiq görülmüşdür. Xalq şairi Nəriman Həsənzadənin xarici mətbuat səhifələrində "Vətənsiz" (Rumıniya, 2009) və "Nuru Paşa" (Türkiyənin 9 jurnalında) poemaları dərc edilmişdir.
"Kayseri poeziya günləri"ndən (Türkiyə, 2009) şair yüksək təəssüratlar və ödüllərlə qayıtmışdır. N. Həsənzadə ilin şairi elan olunmuş, ona "Uğur — 2009" diplomu verilmişdir. 2016-cı ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.[5][6]
Mədəniyyət Nazirliyinin təsis etdiyi "Nizami Gəncəvinin 880 illiyi (1141-2021)" xatirə nişanı ilə təltif edilib.[7] 2024-cü ildə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunmuşdur.[8]
2023-cü ilin iyun ayında gözündən əməliyyat olunub.[9]
Kitabları
[redaktə | mənbəni redaktə et]- Dostlar gözləyir məni. Bakı: Uşaqgəncnəşr, 1956
- Qız ürəyi. Bakı: Uşaqgəncnəşr, 1957
- Haradasan. Bakı: Uşaqgəncnəşr, 1959
- Qaraca Çobanın hekayəti. Bakı: 1960
- Sizdən ayrılmadım. Bakı: Uşaqgəncnəşr, 1961
- Könlüm şer istəyir. Bakı: Azərnəşr, 1964
- Yadına düşəcəyəm. Bakı: Azərnəşr, 1966
- Nəriman. Bakı: Azərnəşr, 1968
- Niyə demədiniz. Bakı: Gənclik, 1970
- Zümrüd quşu. Bakı: Gənclik, 1973
- Mənim gecəm-gündüzüm. Bakı: Gənclik, 1973
- Nabat xalanın çörəyi. Bakı: Gənclik, 1974
- Zümrüd quşu. Bakı: Gənclik, 1976
- Nəriman. Bakı: Yazıçı, 1978
- Sən bağışladın. Bakı: 1979
- Bir az möhlət istəyirəm ömürdən. Bakı: 1981
- Fikir eləmə. Bakı: Gənclik, 1982
- Kimin sualı var. Bakı: Gənclik, 1984
- Nabat xalanın çörəyi. Bakı: Gənclik, 1986
- Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1987
- Mənim nikahımı pozdu təbiət. Bakı: Yazıçı, 1989
- Bütün millətlərə. Bakı: Yazıçı, 1991
- Taleyin töhfəsi. Bakı: Gənclik, 1993
- Gəlimli-gedimli dünya. Bakı: Şərq-Qərb, 1995
- Pompeyin yürüşü. Bakı: "Azərbaycan ensiklopediyası", 1995
- Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2004
- Poylu beşiyim mənim. Bakı: 2007
- Nəriman. Bakı: 2009
- Seçilmiş əsərləri. Bakı: 2010
- Nuru Paşa. Bakı: 2010
Əsərləri
[redaktə | mənbəni redaktə et]Poemaları
[redaktə | mənbəni redaktə et]- Nəriman
- Zümrüd quşu
- Kimin sualı var?
- Atabəylər[10]
- Pompeyin Qafqaza yürüşü
- Midiya sarayı
- Bəyanət
- Həsrət
- Vətənsiz
- Heybədə gəzən şeir
- Şahid ol, günəş
- Rəsul Həmzətova məktub
- Şəhid atası Şərif qağaya məktub
- Qafqaz
- Cavid
- Qaçaq Kərəm
- Səfirə
- Xarıbülbül
- Nə qəribədir
- Azadlıq himni.
Povesti
[redaktə | mənbəni redaktə et]- Nabat xalanın çörəyi
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- Nəriman Həsənzadə (film, 2006)
- Qəmbər Hüseynli (film, 2007)
- Mən Hüseyn Arifəm… (film, 2010)
- Türkün ulusu. Xəlil Rza Ulutürk (film, 2015)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "N. Ə. Həsənzadəyə Heydər Əliyev Mükafatının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-10.
- ↑ "Nəriman Həsənzadə "Şərəf" ordeni ilə təltif edilib". 2013-05-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-04-19.
- ↑ "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 7 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 may 2019.
- ↑ "N.Ə.Həsənzadənin "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-18.
- ↑ TTV. "Cəfər Cabbarlı mükafatı - 2016 laureatları" (az.). Youtube.com. 24.05.2016. 2023-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-25.
- ↑ report.az. "Cəfər Cabbarlı mükafatı qaliblərə təqdim olunub - FOTO" (az.). Report.az. 24.05.2016. 2018-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-25.
- ↑ ""Kaspi"nin əməkdaşına mükafat verilib" (az.). www.kaspi.az. 2021-12-28. 2022-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-08.
- ↑ AzərTAc. "Деятелям культуры и искусства вручена юбилейная медаль «100-летие Гейдара Алиева (1923–2023)»" (Turoyo). AzərTAc. 07.05.2024. İstifadə tarixi: 2024-05-08.
- ↑ "Nəriman Həsənzadə əməliyyat olundu". 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-07.
- ↑ Afaq Qasımova. Yeniyetmələrin tarixi şəxsiyyətlərin nümunəsində tərbiyə edilməsi. Bakı: Nurlan, 2006. — səh. 142.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Rəsmi sayt Arxivləşdirilib 2020-01-30 at the Wayback Machine
- "Pompeyin Qafqaza yürüşü" italyan dilində
- 18 fevralda doğulanlar
- 1931-ci ildə doğulanlar
- Yaşayan uzunömürlülər
- Poyluda doğulanlar (qəsəbə, Ağstafa)
- Maksim Qorki adına Ədəbiyyat İnstitutunun məzunları
- Gəncə Dövlət Universitetinin məzunları
- Bakı Dövlət Universitetinin məzunları
- Azərbaycan Respublikasının xalq şairləri
- Azərbaycan SSR əməkdar incəsənət xadimləri
- "Şərəf" ordeni ilə təltif edilənlər
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- "İstiqlal" ordeni ilə təltif edilənlər
- "Heydər Əliyev" mükafatı laureatları
- "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilənlər
- "Şərəf nişanı" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə yazıçı və şairlər
- Azərbaycan şairləri
- Azərbaycanlı şairlər
- Azərbaycanın xalq şairləri
- Azərbaycan Yazıçılar Birliyinin üzvləri
- "Cəfər Cabbarlı" mükafatı laureatları
- Azərbaycan uzunömürlüləri
- Filologiya elmləri namizədləri
- Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları
- "Aşıq Ələsgər – 200" yubiley medalı ilə təltif edilənlər
- "Nizami Gəncəvinin 880 illiyi (1141-2021)" xatirə nişanı ilə təltif edilənlər