Psixologiya
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Psixologiya (q.yun. ψυχή — ruh, ruhi aləm; λόγος — bilik, öyrənmək, elm; köhnə Azərbaycandilli mənbələrdə ruhiyyat,[1] az.-əski. روحيات)[2] — canlı varlıqların psixikasını, psixi və ruhi fəaliyyətinin prosesini öyrənən elm. Psixologiya termini evristik baxımdan elmin predmetini dəqiq ifadə edir: psixologiya –psixika haqqında elmdir. Psixologiya elminin predmeti mürəkkəb və çoxcəhətlidir.
Psixologiya elmi həm də fəaliyyət və ünsiyyətin psixoloji problemlərini öyrənir. Psixika fəaliyyət və ünsiyyət prosesində müxtəlif formalarda təzahür edir. Psixologiya beyində obyektiv aləmin subyektiv surəti kimi əmələ gələn psixikanın faktları, qanunauyğunluqları və mexanizmləri haqqında elmdir.
Psixologiyaya tarixi baxış
[redaktə | vikimətni redaktə et]Psixologiya elmi qədim tarixə malikdir. Psixoloji anlayışlar sistem şəklində ilk dəfə olaraq Aristotelin (eramızdan əvvəl IV əsr) "Ruh haqqında" traktatında şərh olunmuşdur. Traktat psixologiya yox, "ruh haqqında" adlanır. Bu da təsadüfi deyildir. Uzun müddət (XIX əsrin sonlarına qədər) psixologiya elmi fəlsəfəyə aid fənn hesab olunub. Avropa ədəbiyyatında mental (latın sözü olub "psixi olan" deməkdir) fəlsəfə, ruhiyyat, pnevmatalogiya (pnevma – yunan sözü olub nəfəs, ruh deməkdir) adlandırılmışlar.
XVIII əsrin sonuna qədər psixologiya sözü nə ingilis, nə də fransız ədəbiyyatında işlənmişdir. Alman ədəbiyyatında isə psixologiya sözü ensiklopedist alim Xristian Volfun 1732-ci ildə "Emprik psixologiya" və 1734-cü ildə "Rasional psixologiya" kitabları nəşr olunandan sonra məlum olmuşdur.
Azərbaycanda psixologiya termini XIX əsrin sonu – XX əsrin əvvəllərində rus psixoloqları vasitəsilə işlənməyə başlanmışdır.
Psixika
[redaktə | vikimətni redaktə et]Qədimdən psixika haqqında iki təlim – materialist və idealist təlim vardır. Psixologiyanın bir elm kimi inkişafı əsasən materialist təlimin inkişafı ilə bağlı olmuşdur. Psixika obyektiv aləmin subyektiv inikasından ibarətdir. İnikas materiyanın ən ümumi xassəsidir. İnikas – maddi obyektlərin digər maddi obyektlərlə qarşılıqlı təsirdə olmaları nəticəsində özündə onların izini buraxmaq qabiliyyətidir. Bu zaman həmin obyektlərdən birində əmələ gələn dəyişikliklər digərinin təsiri ilə şərtlənir və sonuncunun strukturuna uyğun olur.
İvan Seçenov sübut etdi ki, psixika reflekor (latınca reflexus – əks olunan deməkdir) xarakter daşıyır.
Akademik İvan Pavlov reflektor nəzəriyyəni geniş eksperimental tədqiqatlar əsasında yeni faktlarla zənginləşdirdi. Onun ali sinir fəaliyyəti haqqındakı təlimi reflektor nəzəriyyənin inkişafında xüsusi mərhələ təşkil edir.
Psixika haqqında elmi təsəvvürlərin formalaşmasında təbiət elmləri mühüm rol oynamışdır. Müasir təsəvvürlərə görə psixi funksiyalar beyin sahələrinin birgə işi sayəsində həyata keçirilən funksional sistemlər (P. K. Anoxin) kimi fəaliyyət göstərir. Onun sistem təşkil edən mərkəzi amili işin nəticəsi və ya məqsədilə uzlaşırlar.
Psixi hadisələrin təsnifi
[redaktə | vikimətni redaktə et]Psixi hadisələri şərti olaraq üç böyük qrupa bölürlər:
- Psixi proseslər.
- Psixi hallar (və ya psixi halətlər, vəziyyətlər).
- Psixi xassələr (və ya xüsusiyyətlər).
Psixi proseslər psixologiya elminin əsas kateqoriyalarından biridir. İdrak proseslərinə (duyğu, qavrayış, diqqət, hafizə, təfəkkür, nitq və təxəyyül), iradi proseslərə və emosional proseslərə birlikdə psixi proseslər deyilir. Başqa sözlə, psixi proseslər özləri də üç yarımqrupa bölünür: idrak prosesləri, hissi proseslər, iradi proseslər.
Psixi hadisələrin ikinci qrupunu təşkil edən psixi hallar və ya vəziyyətlər da müxtəlifdir. Şən əhval, affektlər, ehtiraslar, dalğınlıq, inamsızlıq, şübhə və s. psixi hallara misal ola bilər.
Psixi xassələr də psixologiya elminin kateqoriyaları içərisində mühüm yer tutur. Temperament, xarakter və qabiliyyətlər əsas psixi xassələrdir. İnsanın onun üçün səciyyəvi olan keyfiyyətlərini (ağlın tənqidiliyi və ya müstəqilliyini), emosional xassələrini (tez özündən çıxma, emosionallıq) və s. də psixi xassələrə aid edirlər.
Psixi proseslər, hallar və xassələr bir-birilə üzvi surətdə əlaqəlidirlər. Onlardan biri adətən o birisinin əsasında əmələ gəlir. Psixi halətlər və ya vəziyyətlər ayrı-ayrı psixi proseslərin, məsələn, əhvallar, affektlər hisslərin, dalğınlıq diqqətin, iradənin, şübhə təfəkkürün təzahürü kimi özünü göstərir. Onlar isə möhkəmlənib bir adamı başqasından fərqləndirən psixi xassə kimi təzahür edə bilər.
"Proses", "hal" və "xassə" nə deməkdir? Nə üçün duyğuları, qavrayışı, diqqəti, hafizəni, təfəkkürü, nitqi və təxəyyülü, iradəni və hissləri psixi proses adlandırırlar, halbuki şübhəni və ya dalğınlığı psixi hallar, temperament, xarakter və ya qabiliyyətlərə psixi xassələr deyilir. Proses latın sözü olub hər hansı bir hadisənin başlanması, gedişi və inkişafı mərhələlərini əks etdirir. Bu baxımdan bütün psixi hadisələr – istər psixi xassələr, istərsə də psixi hal və xassələr prosessual xarakter daşıyır. Məsələnin belə qoyuluşuna ilk dəfə diqqəti rus alimi İ. M. Seçenov cəlb etmişdir.
Müasir psixologiyada proses sözü əslində geniş və dar mənada işlənir. Geniş mənada psixi olan proses kimi nəzərdən keçirilir, bütün psixi hadisələr eyni dərəcədə proses kimi təhlil edilir. Dar mənada isə psixi proses dedikdə duyğu, qavrayış, diqqət, hafizə, təfəkkür, nitq, təxəyyül, iradə və hisslər nəzərdə tutulur.
Psixi proses termini psixi faktın prosesuallığını, dinamikasını nəzərə çarpdırır. Psixi halət termini psixi faktın nisbi davamlılığını bildirir. Psixi xassə və ya psixi xüsusiyyət termini isə psixi faktın sabitliyini, onun şəxsiyyətin strukturunda möhkəmləndiyini və təkrar olunmasını ifadə edir. Psixi proseslər, psixi hallar və psixi xassələrin hamısına birlikdə psixika və ya psixi hadisələr deyilir.
Psixikanın əmələ gəlməsi materiyanın hərəkətinin bioloji formasının təşəkkülü ilə bağlıdır. Həyat təbiətin inkişafının keyfiyyətcə yeni mərhələsidir. Psixikanın yaranması və inkişafının öyrənilməsi təbiət elmlərinin, o cümlədən psixologiyanın qarşısında duran mürəkkəb, mühüm vəzifələrdən olmuşdur. Psixikanın filogenizdə inkişafı əksetdirmənin tropizm, instinktiv, həyatda qazanılan və intellektual davranış formalarında təzahür etmişdir. Elementar qıcıqlanma sadə, birhüceyrəli orqanizmlərdə özünü göstərir və onların mühüm təsirinə hərəkətlə cavab verirlər. Mühit canlı orqanizmə bioloji təsir göstərə bilir ki, bunun nəticəsində həmin orqanizmin protoplazmanın xassəsi dəyişir. Bioloji amillərə özünəməxsus cavab vermək üsulları tropizmlər və ya taksiklər adlanır. Tropizmlərin aşağıdakı növlərini fərqləndirirlər: fototropzim – canlı orqanizmin işığın təsiri ilə hərəkət etmə meyli; termotropizm – işığın təsiri ilə hərəkətetmə meyli; xemotropizm – müəyyən fiziki-kimyəvi mühiti seçmə meyli; topotropizm – mexaniki qıcıqlandırıcıların təsiri ilə hərəkət etmə meyli və s. Canlılarda psixikanın təşəkkül tapması onların mühitə uyğunlaşa bilməmələri ilə bağlı olan dəyişikliklərdən yaranır. Bir çox canlıların davranışı instiktiv davranışdır və təbii tələbatdan doğur. Mühitin müəyyən şəraitinə, təsirinə qarşı mürəkkəb anadangəlmə reaksiya forması instinktlər adlanır. İnstinktiv davranış müəyyən bir növün hamısı üçün xarakterik olan anadangəlmə davranışdır. Bir çox alimlər hesab edirlər ki, instinktlər dəyişməzdir və canlıların fərdi qaydada mühitə uyğunlaşması prosesində dəyişməz qalır. Ali heyvanlarda instinktiv davranış forması ilə yanaşı dəyişkən formalı davranış – vərdişlər və intellektual hərəkətlər də mövcuddur. Vərdişlər inkişafın ən aşağı pilləsində belə özünü göstərir, lakin açıq-aşkar ifadə olunan vərdişlər yalnız baş beyin qabığına malik olan heyvanlarda müşahidə edilir. Ali heyvanlarda davranışın ən yüksək səviyyəsi intellektual davranışdır. İntellektual davranışın əsasını ayrı-ayrı cisimlər arasındakı mürəkkəb münasibətləri əks etdirmək təşkil edir, lakin heyvanların intellektual və ya əqli davranışı təbii ki, insan ağlından fərqli keyfiyyətə malikdir.
Psixi hadisə: 1. proses (idrak (duyğu, qavrayış, hafizə, diqq., nitq, təfəkk, təxəy), emo. və iradi (qərar qəbul, çətinliklərin öh-dən gəlmə), 2. hal (dirçəliş,məyus,qorx,ümidsiz), 3. xassə (şəxsiyyətin istiqamət,temperament,xarak, qabiliy) B.M.Kedrov «elmlər üçbuc» - fəlsəfə, təbiət, humanitar. psixolinqvistika. təsnif 3 prins: 1. Konk. fəal. sahələrinə; 2. inkşfn psix. aspekt; 3. insanın cəmiy. münasibətinə. növ: pedoqoji, yaş, differen., genetik, sosi, hüq., tibb. [1]
Metod. B.Q.Ananyev 4: I: müqayisəli, uzunmüd.,kompleks təşkilati metd. II: elmi material, fakt, empirik.a. müşahidə, özünümüşahidə; b. Eksperimen.: təbii, lab.; psixodiaqnostik m.: test (müvəff, intelekt, kreat, şəxsiy, proyetiv), anket, sosiometriya, müsahibə.; c. praksimetrik (təhlil) m.: xronometriya, şag. iş. qiymət.; d. modelləşdirmə: riyazi, kibernetik; e. bioqrafik metodlar (sənəd təhlili) III: materilların işlənil. m.. a. kəmiy təhlili; b. keyfiy təhlili. IV: şərh m. adlanır. bu m. psixologiyanın müxtəlif sahələrində tətbiq olunur.
Duyğu: 3 qrup septor: ekstreo(5), intreo(d.üzv. səth.də selikli qişada), proprio (hərək d, müvazinət d.). təmas. asılı 2 kontakt, distant. ümumi cəhət: keyfiy. cəhəti, duy.intensivliyi, duy.davamlılığı, məkan lokallığıdır.
Hafizə: İ.P.Pavlov 4: yaddasax, yadasal, tanı, unut. növ: hərəkət, surət, emosional. tip: əyani-obrazlı, sözlü-mücər, aralıq h., görmə tipin,qarışıq tip: gör-eşit-hərəki
Qavrayış: əşyaviliyi, tamlığı, sabitliyi, mənalılığı, seçiciliyini. appersepsiya hadisəsi, q.obyektin mövcudluq form. görə: məkan, zaman, hərəkət. növ: ixtiyari, q.ixt
Diqqət: N.F.Dobrın: funk. seç, saxla, nəzarət. növ: q.-ixtiyari, ixt. və ixt.dən sonra(N.F.D). 5 xüsus: həcmi, paylan., mərkəzləş., davamlılığı və keçiril. d.yayıl.
Nitq: L.S.Vıqotski işarələri «psixoloji alət». 2 növ: dax və xar – şif (monoloji, dilo), yaz (qraffik kod, durğu,yazı form). növ: passif, fəal. n.xüsus: məzmunluluğu, anlaşıqlılığı, təsirliliyi, ifadəliliyi. funk: semantik, ümumiləşdirmə, kommunikativ. Verb.növ: eksteriorizasiya, interiorizasiya Eff.üns.faktor:x.[üns.şəraiti (rəsm,intim) şag.psx.xarak.(sos status, yaş cins xüs, psx ustanovka, motiv)] d.(müəl psx xarakteristikası:peda takt, empat,müşah, doğru,avtor. 4 zona: intim, şəxsi,form, ümum.
Təfəkkür: xüsus:ümumiləşmiş inika, vasitəli i., nitqlə əlaqədə olması, geniş əhatə. t.aydınlaşır:təhlil (analiz), tərkib (sintez),müqayisə,mücərrətləşdir,ümumiləşdir,konkretləşdir. növ: form: əyani-əməli(məfhum, hökm, əqli nət. - “induktiv, deduktiv, analog), əyani-obrazlı, mücərrəd-məntiqi, xarak: nəzəri, prak. genişlənmə: diskursiv,intuitiv, yeniliy: reproduktiv, produktiv.
Təxəyyül: passiv (niyyətli (xülya) və niy-siz) və fəal t: niy-li: bərpaedi,yaradıcı. xəyal
Temperament: sanqvinik, fleqmatik, xolerik, melanxolik. aktivlik, reaktivlik (plastiklik,rigidlik) emosionallıq (emo. oyanıqlıq, emo. gücü (emo. oyn. intensivliyi və modallığı), həyəcanlılıq.
Xarak.: başqalarına, özünə, əməyə, əşyalara. Kettelə görə x.: özünə, başqalarına,tapşırılan işə münasibət. . e.fromm (4) tip: mazoxist, sadist, konformist, tənha. K.Yung ekstravert və introvert. Hakim,itaət, normat,anarx, konform,sərbəs.
Qabiliy: keyf, kəmiyyət xarakteristika. ümumi və xüsusi q. İradə: dax (suby) və x. (oby.) maneələr İ.P.Pavlovun: insanın i. söz qıcıq-ları ilə bağlı. ixtiyaridir. Funk: təhriket; ləngit. 3 xassə: idrak, münasibət, hiss. 2 mərhlə: zehni, icra və ya əsas iradi. işlər: sadə, mürək. Qrup: 1. İlkin iradi (i) keyf: i. güc, təkidlilik. 2. Törəmə i keyf: qətiyyət, cəsar, özünü ələ al, inam. 3. Üçüncü i keyf:məsuliyyət, intizam, işgüzar, təşəbbüskar. + -
Hiss, emo.: psixoterapevtik funk: hiss və emosiyaların köməyilə gündəlik həyatında rastlaşdığı bioloji, psixoloji, sosial gərginliklərdən azad olur. Keyf: müsbət (stenik: tələbat ödə), mənfi (astenik). 2li münasibət, q-müəyyən bələdləşmə. Keçirilmə form: əhvallar, affektlər, stress, frustrasiya (maneə). 4 növ əxlaqi, intellek., estetik, praksis.
Şəxsiyyət: Az. «ş» ərəb «şəxs» konkr. şəxs, sima. Rus «ş» (liçnostğ) sözü də «liüo», «liçina» (üz, sifət). İng «ş» «personality» iki latın sözündən – «per» və «sona» «vasitəsilə danışır». İnsan, fərd, fərdiy, şəxsiy (ictimai fəallıq, motivlərin davamlı sist, şəxsi məna, münasibət, şəxsiy-ə çevril). Şəxsiy-in fərdiy-i (təkrarolunmaz): xarak, temperament, hiss, qabiliyyətlər daxildir.
Psixologiya elminin inkişaf mərhələləri
[redaktə | vikimətni redaktə et]Psixologiya elmi öz inkişafının müxtəlif mərhələlərində keçmişdir. Bunlar aşağıdakılardan ibarətdir:
Elməqədərki birinci mərhələ. Qədim dövrdən başlayaraq bizim eradan əvvəlki VII–VI əsrlərə qədərki dövrü əhatə edir. Bu dövrdə ruh (psixika)haqqında təsəvvürlər çoxsaylı mif və əfsanələrdə, nağıl və ilkin dini inamlarda, totemlərdə öz əksini tapmışdır.
İlkin elmi təsəvvürlər (ikinci mərhələ). Bu dövr eramızdan əvvəl VII–VI əsrlərdən başlayaraq XVIII əsrin sonuna qədər olan dövrü əhatə edir. Bu dövrdə psixologiya elmi fəlsəfənin tərkibində inkişaf etmişdir. İkinci mərhələnin başa çatması ilə bağlı olaraq psixoloji ədəbiyyatda fikir və mövqelər fərqlidir.
Psixologiyanın inkişafının mərhələlərə ayrılması digər elmlərdə olduğu kimi şərti xarakter daşıyır. Bəzən psixologiya elminin müstəqil elm sahəsi kimi yaranmasını V. Vundtun eksperimental psixologiya laboratoriyasının yaranması tarixindən götürmədiyi də təklif edənlər də var.
Psixologiya elminin inkişafının üçüncü mərhələsi: İlk dəfə Vilhelm Vundtun Almaniyanın Leypsiq şəhərində ilk eksperimental psixologiya laboratoriyasını yaratmaq ilə öz fəaliyyətinə başlayır. Eksperimental psixologiya laboratoriyasının yaranması ilə psixologiya müstəqil, obyektiv və eksperimental elm sahəsinə çevrildi, lakin V. Vundtun assosianist yanaşmanın əsasında qurduğu psixoloji model insanın ruhu aləmi, emosional haləti, şəxsiyyətin strukturu, yaradıcı fəallığı ilə bağlı yeni faktlar verə bilmədi.
XX əsrin II yarısında yeni psixologiya məktəbləri və istiqamətləri: humanist psixologiya, genetik psixologiya, koqnitiv psixologiya meydana çıxdı. Beləliklə, demək olar ki, XX əsrin 60-cı illərindən başlayaraq psixologiya elmi özünün yeni inkişaf mərhələsinə daxil oldu. Bu mərhələnin xarakterik xüsusiyyəti ondan ibarətdir ki, indi ayrılma, parçalanma yox, ayrı-ayrı məktəblərin, tədqiqat istiqamətlərinin birləşməsi prosesi gedir.
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 https://www.azleks.az/online-dictionary/ruhiyyat?s=my ruhiyyat 1. İnsanın psixikasından, psixi fəaliyyətinin proses və qanunauyğunluqlarından bəhs edən elm. 2. Bu elmin məzmununu təfsir edən fənn.
- ↑ http://web2.anl.az:81/read/page.php?bibid=142693&pno=18 Arxivləşdirilib 2023-05-08 at the Wayback Machine İctimai-iqtisadi istilahati-elmiyyə lüğəti [Mətn] /müqəddimə.Ə. Ə. Səidzadə, Bakı, 1922. (s.33)
Mənbə
[redaktə | vikimətni redaktə et]- PSİXOLOGİYANIN BİR ELM KİMİ XARAKTERİSTİKASI Arxivləşdirilib 2011-06-13 at the Wayback Machine
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Bayramov Ə. S. Əlizadə Ə. Ə. Psixologiya. Bakı-2003
- Seyidov S. İ. Həmzəyev M. Ə. Psixologiya. Bakı-2007
- Немов Р.С . Психология. М: 2001
- Маклаков С.Я. Общая психология. М: 2006
- Геппенрейтер Ю. Введение в психологии. М: 1996