Tətbiqi elmlər
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Texniki elmlər — Texnikanın özünü və ya onun inkişafı üçün mühüm əhəmiyyət kəsb edən hadisələri tədqiq edən elmlər məcmusu.
Texniki elmlərin inkişafına qədim dövr mühəndislərindən Arximed, Heron, Papp, Leonardo da Vinçi və başqaları böyük töhfə vermişlər. İlk texniki elmlərdən biri fizika və arxitektura elmləri daxilində öyrənilən mexanika elmi olmuşdur.
Sənayedə inqilabın baş verməsi ilə texnika və texnologiyanın akademik səviyyədə öyrənilməsinə tələbat yarandı. Texniki elmlərin tədrisi ilə məşğul olan belə təhsil müəssisələrindən biri 1794-cü ildə əsası qoyulan Qaspar Monjanın Politexnik məktəbi olmuşdur.
Bununla da kütləvi şəkildə mühəndis biliklərinə yiyələnmək dövrü başladı. Bu da XIX əsrdə elektrotexnikanın, XX əsrdə isə radiotexnikanın, kosmonavtikanın, robot texnikasının yaranması və inkişaf etdirilməsinə gətirib çıxarıblar.
Tətbiqi elmlər bir və ya bir neçə təbiət elmləri sahəsindəki elmi biliklərin praktikada yaşanan problemlərinin həllindəki istifadəsinə verilən addır.
Mühəndislik elmləri tətbiqi elmlərin ən yaxşı nümunələridir. Tətbiqi elmlər texnologiya üçün çox vacib bir sahədir. Tətbiqi elmlərin sənayedəki adı çox vaxt tədqiqat və inkişaf adlandırılır.