Meyoz bölünmə
Cinsiyyətli çoxalmada cinsiyyət hüceyrələri qametlər iştirak edir. Erkək qamet spermatogenez, dişi qamet Yumurtahüceyrə adlanır. Cinsiyyət orqanlarında erkəyin toxumluğunda və dişinin yumurtalığında qametlər yaranır. Yumurtahüceyrənin formalaşması Ovogenez, spermatazoidin formalaşması isə Spermatazoid adlanır.
Yetişmə başlayana qədər xromosomların diploid yığımı (2n) olur. Məsələn insanda ön cinsiyyət hüceyrələri yetişənə qədər 46 xromosom olur. Yetişdikdən sonra qametlərdə xromosomların sayı bölünür - haploid (n) olur.
Yetişmə zamanı cinsiyyət hüceyrələri bölünür. Bu proses Meyoz adlanır. Meyoz iki ardıcıl bölünmədən ibarətdir. Əvvəlcə ana hüceyrə bölünür və iki qız hüceyrə yaranır. Sonra bu iki hüceyrə bölünür və qametlər - spermatazoid və yumurtahüceyrə olaraq formalaşan 4 hüceyrə yaranır.
Həm birinci, həm də ikinci meyoz bölünməsi zamanı Mitozda olduğu kimi dörd mərhələ seçilir: Profaza, Metafaza, Anafaza və Telofaza. İnterfazada meyoz başlayana qədər xromosomların diploid yığımı vardır. Burada DNT ikiləşir. Hər xromosom iki xromotitdən ibarət olur.
I Profaza
[redaktə | mənbəni redaktə et]Birinci profazada homoloji xromosomlar bir-birinə yaxınlaşır, birləşir. Konyuqasiya və krossinqover baş verir - homoloji xromosomlar sahələrini dəyişirlər.
I Metafaza
[redaktə | mənbəni redaktə et]I metafazada xramosom cutleri huceyrənin mərkəzində ekvatorunda yerlesir
I Anafaza
[redaktə | mənbəni redaktə et]Mitozdan fərqli olaraq qütblərə xromotidlər deyil, iki xromotidli tam xromosomlar çəkilir. Bunun nəticəsi olaraq hüceyrənin qütblərinə hər homoloji cütdən yalnız bir xromosom çəkilir və bu səbəbdən birinci anafaza mərhələsində xromosomları sayı dəyişməz qalır.
I Telofaza
[redaktə | mənbəni redaktə et]Birinci telofazada ana hüceyrədən haploid xromosom yığımına malik iki qız hüceyrə yaranır. Meyozun birinci mərhələsində qız hüceyrələrdə xromosomların sayı iki dəfə azaldığından , buna reduksiyon bölünmə deyilir.
II Meyoz
[redaktə | mənbəni redaktə et]Qız hüceyrələrin yaranmasından sonra bölünmə davam edir. Hər hüceyrə yenidən bölünür, bölünmədən əvvəl interfaza gəlir, Vacibdir ki, bu zaman (II Meyozun interfazasında) DNT replikasiyası baş vermir (həmin dövrdə hər bir xromosom iki xromotiddən ibarət olur).
İkinci meyoz bölünmə prosesi mitozda olduğu kimi baş verir. Xüsusi ilə də xromosomların xrmotidləri bir-birindən ayrılır və II Telofazadan sonra müxtəlif hüceyrələrə düşür. Sonda, meyoz nəticəsində alınan dört hüceyrədə ana xrmosomlar diploid deyil, haploid sayda olur.
Əlavə olaraq
[redaktə | mənbəni redaktə et]Dişi cinsiyyət hüceyrəsinin meyozu nəticəsində yaranan dört hüceyrədən üçü nataman formalaçır. Dördüncü hüceyrə yumurtahüceyrə kimi formalaşır, hansı ki, bölünmədə iştirak edir.
Erkək cinsiyyət hüceyrəsinin meyozu nəticəsində yaranan dörd hüceyrədən dördü də spermatazoid kimi formalaşır, hamısı da həyat qabiliyyətlidir.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]Gürcüstan Respublikası 10-ci sinif biologiya dərsliyi, səh. 45-46 ("Sakartvelos Matsne" nəşriyyat, kod: 835)
Azərbaycan Respublikası 11-ci sinif biologiya dərsliyi, səh. 7,8-9 ("Bakınəşr", 2005)