Sex

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Sex (rus. цех, dolayı yolla pol. сесh sözündən, o da alm. zunft‎; mənası – "eyni sinifdən olan şəxslərin birliyi") — feodalizm cəmiyyətində şəhərlərdə iqtisadi cəhətdən müstəqil olan xırda istehsalçıların – sənətkarların peşə təşkilatları.

Sexlər XI–XII əsrlərdə Qərbi Avropa ölkələrindən Fransa, Almaniyaİngiltərədə (İtaliyada ola bilsin daha əvvəl) meydana gəlmiş, XIII–XIV əsrlərdə tam inkişaf etmişdir. Bu ölkələrin iri şəhərlərində müxtəlif ixtisaslı sənətkarlar sexlərdə birləşirdi (toxucular, çəkməcilər, yağçılar sexi və başqa sexlər əmələ gəlirdi). Şəhər əhalisinin digər təbəqələri də (məsəsələn, balıqçılar, musiqiçilər, həkimlər və b.) sexlər yaradırdılar. Sexlərin fəaliyyəti ilk növbədə şəhər sənətkarlarının istehsal mənafeyini güdürdü. Hər bir sexin əmək aləti təsvir olunmuş emblemi, sex möhürü, kassası olurdu. Sexlər şəhərdaxili sosial mübarizədə böyuk rol oynamışlar. Sexlər xırda sənət istehsalını müdafiə və mühafizə etməklə sənayenin inkişafını ləngidir, yeni kapitalist təsərrüfat formalarının inkişaf edib artmasına maneçilik törədirdi. Buna görə də inkişaf etmiş kapitalist münasibətlərinin bərqərar olması sex sistemini dağıtmışdır. XVIII əsrin sonu XIX əsrin əvvəllərində inkişaf etmiiş kapitalist ölkələrində sexlər qanunvericiliklə ləğv olunmuşdur.[1]

Azərbaycanda sənətkar birləşmələri hələ Sasanilər dövrundən mövcud olmuşdur. IX–XII əsrlərdə Gəncə, Şamaxı, Dərbənd və s. Azərbaycan şəhərlərində sənət sahələrinin xüsusi birləşmələri (sərrac, dabbaq, nəccar və s.) var idi. XIII–XVIII əsrlərdə sənətkar təşkilatları möhtərifə, ozan, əsnaf adlanırdı. XVII–XIX əsrlərdə sənətkarlar arasında dini-əxlaqi normalar xüsusi risalə və nizamnamələr (fütuvvətnamələr) əsasında təsbit edilirdi. Əsnaf daxilində inkişaf etmiş sosial iyerarxiya olmadığına görə sex inhisarı da mövcud deyildi. Ustalar istədiyi qədər şagird yetişdirə bilərdi. Ustalığa keçmə "qurşama" mərasimi ilə başa şatdırılırdı. Ustalığa keçənlər fərdi dükan-emalatxana acmaq ixtiyarına malik idi. Feodalların şəhərlərdə hakim olmaları əsnafların daxili özunuidarə hüququnu xeyli məhdudlaşdırırdı.[1]

  1. 1 2 Сехләр // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VIII ҹилд: ПрадоСпринт. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1984. С. 364.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Цехи / Е. Н. Кириллова // Большая российская энциклопедия : [в 35 т.] / гл. ред. Ю. С. Осипов. — М. : Большая российская энциклопедия, 2004—2017.