Mari El
Mari El | |
---|---|
Марий Эл Республик Мары Эл Республик | |
56°42′ şm. e. 47°52′ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Yoşkar-Ola |
Dövlət Başçısı | Aleksandr Yevstifeyev |
Dövlət Məclisinin sədri | Anatoli Smirnov |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 12 yanvar 1993 |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | Maricə və Rusca |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | RU-ME |
Telefon kodu | 836 |
Avtomobil nömrəsi | 12 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Mari El Respublikası (rus. Республика Марий Эл, mar. Марий Эл Республик, d.mari Мары Эл Республик) — Rusiya Federasiyası subyektlərindən biri. Mari xalqının keçmiş adı - Çirmiş xalqı. Volqa Federal Dairəsinə daxildir. 4 noyabr 1920-ci ildə Mariya muxtar vilayəti kimi yaradılmışdır. Respublika kimi 1936-cı ildən fəaliyyət göstərir. Dövlət dilləri mari dili və rus dilidir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Finn-uqor tayfaları qədim zamanlardan Rusiyanın müasir Avropa hissəsinin ərazisində məskunlaşmışlar. Mari El Respublikasının ərazisində e.ə. birinci minilliyə aid arxeoloji mənbələr qorunub saxlanılmışdır. IX əsrdən etibarən marilər şərqə doğru hərəkət edən və Rostov, Qaliç, Yaroslavl, Suzdal, Vladimir və 1221-ci ildə Nijni Novqorod şəhərlərini quran slavyan və slavyan-fin xalqları ilə təmasda oldular. Tədricən xristianlığı qəbul adən qərb mariləri slavyanlaşaraq assimilyasiya oldular, xristianlığı qəbul etmək istəməyənlər isə şərqə qaçdılar.
Coğrafiya
[redaktə | mənbəni redaktə et]Respublikanın ərazisi 23.2 min kvadrat kilometrdir *[1]. Torpaqlarının 57%-i meşələrlə örtülüdür. Respublikada 476 çay axır. Bu axar sular ümumiyyətlə noyabr-aprel ayları arasında donur. Həmçinin 200 göl var. Mari El Şərqi Avropa düzənliyinin şərqində, Volqa çayının orta axınında yerləşir. Respublikanın əksər hissəsi Volqanın sol sahilində yerləşir.
Faydalı qazıntıları torf, gil, tikinti daşı, əhəng daşı, şüşə və silikat qumları, mineral bulaqlardır.
İqlimi uzun sürən soyuq qış və isti yayı ilə mülayim kontinentaldır. Noyabr ən küləkli aydır. Qış, bir qayda olaraq, noyabr ayında başlayır. Mari El Respublikası qış idman növləri ilə məşğul olmaq üçün əla yerdir. Bahar ümumiyyətlə, sərin və quru keçir. Canavar, qonur ayı, tülkü, sığın, vaşaq, qunduz, köstəbək kimi heyvanlar burada yaşayır.
Əhali
[redaktə | mənbəni redaktə et]Rosstatın məlumatına görə, respublikanın əhalisi 680 397 nəfərdir (2019). Əhalinin sıxlığı 29,11 nəfər/km²-dir(2019). Şəhər əhalisi 66,34 %-dir (2018). Yoşkar-Ola və Voljsk şəhər əhalisi, eləcə də Yoşkar-Ola ətrafı və respublikanın qərbindəki bir sıra kəndlərdə ruslar üstünlük təşkil edir. Kənd yerlərində mari əhalisi üstünlük təşkil edir. Tatarlar əsasən Yoşkar-Ola, Voljsk şəhərlərində və Zveniqovski, Mari-Turek, Medvedevski, Morkin, Parangin rayonlarında kompakt şəkildə yaşayırlar. Respublikada tatarların üstünlük təşkil etdiyi 36 yaşayış məntəqəsi, tatar dilinin tədris edildiyi 19 məktəb var. Tatar mədəniyyəti cəmiyyəti, Respublika Tatar Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir. Tatar dilində qəzet nəşr olunur, televiziya şousu verilir[2].
1926 il [3] nəfər |
% | 1939 [4] nəfər |
% | 1959 il [5] nəfər |
% | 1979 il [6] чел. |
% | 1989 [7] nəfər |
% | 2002 il [8] nəfər |
% | 2010 [9][10] nəfər |
% | |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Cəmi | 482090 | 100,00 % | ▲ 579610 | 100,00 % | ▲ 647680 | 100,00 % | ▲ 704207 | 100,00 % | ▲ 749332 | 100,00 % | ▼ 727979 | 100,00 % | ▼ 696459 | 100,00 % |
Ruslar | 210016 | 43,56 % | ▲ 266951 | 46,06 % | ▲ 309514 | 47,79 % | ▲ 334561 | 47,51 % | ▲ 355973 | 47,51 % | ▼ 345513 | 47,46 % | ▼ 313947 | 45,08 % |
Marilər | 247979 | 51,44 % | ▲ 273332 | 47,16 % | ▲ 279450 | 43,15 % | ▲ 306627 | 43,54 % | ▲ 324349 | 43,29 % | ▼ 312178 | 42,88 % | ▼ 290863 | 41,76 % |
Tatarlar | 20219 | 4,19 % | ▲ 27149 | 4,68 % | ▲ 38821 | 5,99 % | ▲ 40917 | 5,81 % | ▲ 43850 | 5,85 % | ▼ 43377 | 5,96 % | ▼ 38357 | 5,51 % |
Çuvaşlar | 2184 | 0,45 % | ▲ 5504 | 0,95 % | ▲ 9065 | 1,40 % | ▼ 8087 | 1,15 % | ▲ 8993 | 1,20 % | ▼ 7418 | 1,02 % | ▼ 6025 | 0,87 % |
Ukraynalılar | 86 | 0,02 % | ▲ 1805 | 0,31 % | ▲ 2728 | 0,42 % | ▲ 4454 | 0,63 % | ▲ 5344 | 0,71 % | ▼ 5097 | 0,70 % | ▼ 3601 | 0,52 % |
Udmurtlar | 1205 | 0,25 % | ▲ 1421 | 0,25 % | ▲ 2481 | 0,38 % | ▼ 2455 | 0,35 % | ▲ 2457 | 0,33 % | ▼ 2166 | 0,30 % | ▼ 1932 | 0,28 % |
Ermənilər | 2 | 0,00 % | ▲ 52 | 0,01 % | ▲ 292 | 0,05 % | ▲ 652 | 0,09 % | ▼ 440 | 0,06 % | ▲ 1104 | 0,15 % | ▼ 1003 | 0,14 % |
Beloruslar | 49 | 0,01 % | ▲ 357 | 0,06 % | ▲ 750 | 0,12 % | ▲ 1249 | 0,18 % | ▲ 1404 | 0,19 % | ▲ 1406 | 0,19 % | ▼ 940 | 0,13 % |
Mordvalar | 42 | 0,01 % | ▲ 1618 | 0,28 % | ▼ 1613 | 0,25 % | ▲ 1686 | 0,24 % | ▲ 1749 | 0,23 % | ▼ 1255 | 0,17 % | ▼ 862 | 0,12 % |
Azərbaycanlılar | - | - | 22 | 0,00 % | ▲ 165 | 0,03 % | ▲ 224 | 0,03 % | ▲ 520 | 0,07 % | ▲ 1157 | 0,16 % | ▼ 844 | 0,12 % |
İqtisadiyyat
[redaktə | mənbəni redaktə et]Aparıcı sənaye sahələri — maşınqayırma və metal emalı (alət və cihazlar, avtomatlaşdırma vasitələri), meşə, ağac emalı və sellüloz-kağız, yüngül və yeyinti (ət və süd). Əsas sənaye mərkəzləri Yoşkar—Ola, Voljsk şəhərləridir. Kənd təsərrüfatının aparıcı sahəsi heyvandarlıqdır (südçülük və ət-südçülük, donuzçuluq, qoyunçuluq, quşçuluq, keçi yetişdirmə). Həmçinin taxıl (arpa, yulaf, çovdar, buğda) və yem bitkiləri, kətan, mayaotu, tərəvəz, kartof yetişdirilir.
Şəhərlər
[redaktə | mənbəni redaktə et]- Yoşkar-Ola : 256.719 nəfər (2002-ci il siyahıya almasına əsasən)[11]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "RussiaOutdoors - Путешествия по России". 2022-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-13.
- ↑ Tatar ensiklopedik lüğəti. — Kazan, 1999.
- ↑ "Демоскоп. Всесоюзная перепись населения 1926 года. Национальный состав населения по регионам России: Марийская автономная область". 2012-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-26.
- ↑ "Демоскоп. Всесоюзная перепись населения 1939 года. Национальный состав населения по регионам России: Марийская АССР". 2012-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-26.
- ↑ "Демоскоп. Всесоюзная перепись населения 1959 года. Национальный состав населения по регионам России: Марийская АССР". 2012-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-26.
- ↑ "Демоскоп. Всесоюзная перепись населения 1979 года. Национальный состав населения по регионам России: Марийская АССР". 2012-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-26.
- ↑ "Демоскоп. Всесоюзная перепись населения 1989 года. Национальный состав населения по регионам России: Марийская АССР". 2012-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-26.
- ↑ Всероссийская перепись населения 2002 года Arxivləşdirilib 2013-04-21 at the Wayback Machine: Население по национальности и владению русским языком по субъектам РФ Arxivləşdirilib 2006-11-04 at the Wayback Machine
- ↑ "Официальный сайт Всероссийской переписи населения 2010 года. Информационные материалы об окончательных итогах Всероссийской переписи населения 2010 года". 2017-08-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-06-26.
- ↑ "Всероссийская перепись населения 2010 года. Официальные итоги с расширенными перечнями по национальному составу населения и по регионам". 2021-12-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-06-26.
- ↑ "RussiaOutdoors - Путешествия по России". 2021-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-13.
Rusiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |