Küftəbozbaş

Vikipediya, azad ensiklopediya
(Küftə-bozbaş səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Küftəbozbaş

KüftəbozbaşAzərbaycanın milli yeməyi.

Hazırlanma qaydası

[redaktə | mənbəni redaktə et]

Küftəbozbaş üçün sümüklərdən bulyon bişirilir. Qoyun ətinin yumşaq hissəsi baş soğanla birlikdə ətçəkən maşından keçirilir. Qiyməyə düyü, istiot, duz qatılıb yaxşı qarışdırılır. Hər küftənin içərisinə 2-3 ədə yuyulmuş quru alça qoyulur. Noxud bulyonda bişdikdən sonra küftələr bulyona salınır və bişirilir. Həmçinin kartof və narın çərtilib qızardılmış soğan əlavə edilir. Xörəyin hazır olmasına 10-15 dəqiqə qalmış ona duz, istiot və zəfəran məhlulu əlavə edilib hazır vəziyyətə çatdırılır. Süfrəyə veriləndə üzərinə keşniş, yaxud quru nanə səpilir.