Badımcan dolması
Naviqasiyaya keç
Axtarışa keç
Badımcan dolması | |
---|---|
Aid olduğu milli mətbəxlər | |
Azərbaycan mətbəxi | |
Müəllif | Azərbaycanlılar |
Təfərrüatları | |
Tipi | Dolma |
Digər mətbəxlərdə | |
Digər mətbəxlərdə |
|
Badımcan dolması — Azərbaycanın milli mətbəxinə aid olan xörəkdir.
Lazım olan ərzaqlar
[redaktə | mənbəni redaktə et]- qoyun əti – 163 q,
- badımcan – 300 q,
- baş soğan – 20 q,
- ərinmiş yağ – 20 q,
- pomidor – 50 q,
- göyərti (reyhan, keşniş) – 15 q,
- darçın – 0,2 q,
- qatıq – 50 q,
- istiot −0,1 q, duz.
Hazırlanma qaydası
[redaktə | mənbəni redaktə et]Badımcanın saplağı ilə birlikdə ucu kəsilir, soyuq duzlu suya salınıb qaynayana kimi qızdırılır. 1–2 dəq. pörtülür. Uzununa kəsilib tumdan təmizlənir. Qoyun ətindən soğanla birlikdə qiymə hazırlanır, duz, istiot vurulur, arasıkəsilmədən qarışdırılaraq qızardılır. Qiyməyə doğranmış göyərti və darçın qatılıb qarışdırılır və badımcanlara doldurulur. Qiymə ilə doldurulmuş badımcanlar dayaz qazana yağılıb ətrafına pomidor dilimləri düzülür, az miqdar bulyon tökülüb öz buğunda bişirilir. Süfrəyə verildikdə üstünə öz sousundan tökülür. Ayrıca qabda darçınlı qatıq verilir.
Mənbə
[redaktə | mənbəni redaktə et]- http://www.mct.gov.az/?/az/metbex/2145/75
- http://1001dad.com/badimcan-dolmasi/ Arxivləşdirilib 2015-05-29 at the Wayback Machine