Kapron turşusu
Kapron turşusu | |
---|---|
Ümumi | |
Kimyəvi formulu | СH3(CH2)4СООН |
Molyar kütlə | 116,15 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 0,920 q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | -3,4 °S |
Qaynama nöqtəsi | 202-203 °S |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 142-62-1 |
PubChem | 8892 |
ChEBI | 30776 |
ChemSpider | 8552 |
Kapron turşusu (heksan turşusu) CH3(CH2)4СООН — birəsaslı doymuş karbon turşusudur. Kapron turşusunun duz və anionları kapronatlar adlanır.
İzomerləri
[redaktə | mənbəni redaktə et]Kapron turşusu ilə yanaşı, ümumi formulu С5Н11COOH olan 8 struktur izomeri də mövcuddur:
- 4-metilpentan turşusu СН3-СН(СН3)-СН2-СН2-COOH
- 3-metilpentan turşusu СН3-СН2-СН(СН3)-СН2-COOH
- 2 — metilpentan turşusu СН3-СН2-СН2-СН(СН3)-COOH
- 2-etilbutan turşusu СН3-СН2-СН(СН2-СН3)-COOH
- 3 — etilbutan turşusu СН3-СН(СН2-СН3)-СН2-COOH
- 3,3-dimetilbutan turşusu СН3-С(СН3)2-СН2-COOH
- 2,2 — dimetilbutan turşusu СН3-СН2-С(СН3)2-COOH
- 2,3 — dimetilbutan turşusu СН3-CH(СН3)-CH(СН3)-COOH
və 5 siniflərarası izomerlər:
- Kapron turşusunun metil efiri СН3-СН2-СН2-СН2-COOH-СН3
- Kapron turşusunun etil efiri СН3-СН2-СН2-COOH-СН2-СН3
- Kapron turşusunun propil efiri СН3-СН2-COOH-СН2-СН2-СН3
- Kapron turşusunun butil efiri СН3-COOH-СН2-СН2-СН2-СН3
- Kapron turşusunun pentil efiri COOH-СН2-СН2-СН2-СН2-СН3
Fiziki xassələri
[redaktə | mənbəni redaktə et]Kapron turşusu – xoşagəlməz iyli, rəngsiz, yağlı mayedir. Suda pis həll olur (9.68 q/l (20°С), 11.71 q/l (60°С). Metanol, etanol, efirdə yaxşı həll olur.
Kimyəvi xassələri
[redaktə | mənbəni redaktə et]Kimyəvi xassələrinə görə kapron turşusu doymuş alifatik karbon turşularının tipik nümayəndəsidir. Orta qüvvətli turşudur (pKa 4.88). Ondan duzlar və mürəkkəb efirlər, halogenanhidridlər və anhidridlər alınır. Kapron turşularının duz və efirləri heksanatlar adlanır. Bromla fosforun iştirakı ilə α-vəziyyətdə bromlaşır.
Alınması və təbiətdə yeri
[redaktə | mənbəni redaktə et]Təbiətdə müxtəlif heyvanların piylərində və babassu palmalarının tərkibində mövcuddur (0,2%). Ağacın tərkibində vardır Goupia glabra(=tomentosa); alına bilər: nitrildən — Н3С[СH2]4CN, normal heksanolun oksidləşməsindən, gənəgərcək yağının oksidləşməsindən; çürümüş pendirin iştirakı ilə şəkərin qıcqırmasından, streptokokların təsiri ilə fibrindən. 3.6–7.2% süd yağlarının tərkibinə daxildir.
Tətbiqi
[redaktə | mənbəni redaktə et]Mürəkkəb efirlərin alınmasında istifadə edilir. Aromatizator olaraq heksilfenolların alınmasında tətbiq edilir.
Təhlükəsizliyi
[redaktə | mənbəni redaktə et]Alışma temperaturu – 1020C, öz-özünə alışma temperaturu – 3800C. Partlayış həddi 1.3–9.3%. BBQ 5 mq/m³. ЛД50–3000 mq/kq
Mənbə
[redaktə | mənbəni redaktə et]- Капроновая кислота // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907.
- Химическая энциклопедия, Т2. Под ред. Кнунянца Л. И. — М.: Советская энциклопедия, 1990. — С.616