Şəlvəçay
Şəlvəçay | |
---|---|
Ölkə | Azərbaycan |
Keçdiyi ərazilər | Laçın rayonu, Azərbaycan |
Mənbəyi | Mıxtökən silsiləsi |
• Yüksəkliyi | 2580 m |
Mənsəbi | Həkəri çayı |
• Yüksəkliyi | 1700 m |
Uzunluğu | 42 km |
Hövzəsinin sahəsi | 582 km² |
Şəlvəçay — Azərbaycan Respublikasının Laçın rayonunun Şəlvə kəndinin ərazisində çay.[1]
Haqqında
[redaktə | mənbəni redaktə et]Şəlvəçay adını ərazisindən axdığı Şəlvə kəndindən almışdır[2].
Bol su ehtiyatlarına malik olan Şəlvə çayı Laçın rayonunun ərazisindən axır. Çay Minkənd çayı ilə birləşərək Həkəri çayını (uzunluğu 113 km) yaradır ki, bu çay da Araz çayına qovuşur[3].
Şəlvəçayın uzunluğu 42 km, hövzəsinin sahəsi 582 km²-dir, çay Mıxtökən silsiləsindən (2580 m hündürlükdən) başlanır. Hocazsu çayı ilə birləşərək Həkəri çayını əmələ gətirir. Axımı əsasən yeraltı (62%), qismən qar və yağış sulardan əmələ gəlir. İqlim şəraitindən asılı olaraq çayın suyunun həcmi fəsillər üzrə artıb azalır. Yaz və yay aylarının əvvəllərində qar suları və yağıntılar çayda daşqın əmələ gətirir. Daşqın dövründə (aprel-may aylarında) çayın illik axımı maksimum həddə çatır. Çayda ən az su sərfi qış aylarında müşahidə edilir.[4]. İllik orta su sərfi (Pircahan kəndi yaxınlığında) 9,0 kub.m/saniyə həcmindədir.
Suyu hidrokabonatlı-kalsiumlu olmaqla minerallaşmaya və daimi axara malikdir. Şəlvə çayın suyundan yaxınlığından keçdiyi bütün kəndlərin ərazisində bağ-bostan suvarma işlərində, eləcə də başqa sahələrdə (əsasən su dəyirmanları işlətməkdə) geniş istifadə edilirdi
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Şəlvəçay // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- ↑ Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. I cild, səh.296.
- ↑ Laçın yurdu№3 (6), 2012, Bakı, "Bəxtiyar-4" nəşriyyatı. 30-cu səh.
- ↑ ASE, X cild. Bakı, 1987. səh.505.