Bumçay
Bumçay | |
---|---|
azərb. Bumçay | |
Ölkə | Azərbaycan |
Rayon | |
Mənbəyi | Böyük Qafqaz silsiləsi |
• Yüksəkliyi | 3400 m |
Mənsəbi | Türyançay |
Uzunluğu | 51 km |
Su sərfi | 2,44 m³/san |
Su sistemi | Türyançay (çay)/Kür/Xəzər dənizi |
Su hövzəsi | Xəzər dənizi |
Hövzəsinin sahəsi | 450 km² |
Bumçay - Türyançayın sol qoludur. Qəbələ rayonu ərazisindən axır.
Ümumi məlumat
[redaktə | mənbəni redaktə et]Uzunluğu 51 km, hövzəsinin sahəsi 450 km2-dir.Başlanğıcını Böyük Qafqaz silsiləsinin cənub yamacından (3400 m) alır. Axımı yeraltı qar və yağış sularından əmələ gəlir. Yaz fəslində qar, payızda isə yağış suları çayda daşqınlar əmələ gətirir. Çayda ən çox axım may, ən az axım isə yanvar ayında olur. Orta illik su sərfi 2,44 m3/san-dir. Axımın 26%-i yazda, 38%-i yayda, 24%-i payızda, 12%-i isə qışda keçir. Bumçayın lillənməsi isə 500-4000 q/m3-dir. Suyu hidrokabonatlı-kalsiumlu olmaqla 150-300 mq/l minerallaşmaya malikdir.
Çayın aşağı hissəsindən suvarma işlərində geniş istifadə edilir.
Sel prosesi
[redaktə | mənbəni redaktə et]Azərbaycanın bir çox selli çaylarından biridir. Mənbəyi Bazardüzü dağının yamaclarından götürən bu çay geoloji baxımdan hövzəsi Təbaşir və Yura dövrünün cöküntülərinin yayılması ilə səciyyələnir. Bumçayda keçən sel axınları palcıqlı-daşlı olurlar.