Axıncaçay

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Axıncaçay
azərb. Axıncaçay
Ölkələr
Rayonlar
Şəhər
Mənbəyi Kiçik Qafqaz dağları
 • Yüksəkliyi 2268 m
Mənsəbi Kür çayı
Uzunluğu 76 km
Su sərfi 7,3 m³/san
Su sistemi Kür
Su hövzəsi Xəzər dənizi
Hövzəsinin sahəsi 1178 km²

Axıncaçay - Kürün sağ qoludur. Suyu Azərbaycanın Gədəbəy, TovuzErmənistanın Berd rayonu ərazilərindən axır. Uzunluğu 76 km, hövzəsinin sahəsi 1178 km²-dir. Mənbəyini Kiçik Qafqazın şimal-şərq hissəsindən, Gədəbəy rayonu ərazisindəki Başkənd aşırımı yaxınlığından (1950 m) alır. Ermənistan ərazisində çaya sol tərəfdən Zamanlı (uzunluğu 12 km), Mehrab (uzunluğu 28 km), Tovuz rayonu ərazisində isə sag tərəfdən Əsrik (uzunluğu 48 km) çaylarının suları qovuşur. Çay Tovuz rayonu ərazisində Tovuzçaya qovuşaraq və Kür çayına tökülür.

Çayın axımının 45%-i yağış, 25%-i qar, 30%-i isə yeraltı sulardan əmələ gəlir.

Axıncaçayın orta illik su sərfi 7,3 kub m/san-dir. Axımın 56%-i yazda, 25%-i yayda, 11%-i payızda, 8%-i isə qışda keçir. Orta illik asılı gətirmələr sərfi 0,3kq/san, lillənməsi isə 41 q/kub m-dir. Suyu hidrokabonatlı-kalsiumlu olmaqla 300-400 mq/l minerallaşmaya malikdir.

Ağdam kəndi yaxınlığında çayın yatağında Axıncaçay su anbarı yaradılmışdır və Tovuzçaya qovuşan hissədə isə Tovuzçay su anbarının tikintisi davam edir.