Cubleta

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Cubleta — Alban milli qadın geyimi. Cubleta alban qadınları tərəfindən geyilən dalğalı, zəng formalı xalq yubkasıdır.

19-cu əsrdə cubleta geyinmiş Grudeli Pyetro Marubinin şəkili

Cubleta 2022-ci ildə YUNESKO tərəfindən Təcili Qorunmağa Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir.[1][2]

Cubletanın qədim mənşəli olduğu güman edilir. Bu, Bosniyada, eyni zamanda Aralıq dənizi regionunun digər ərazilərində tapılmış və eramızdan əvvəl II minilliyə aid olan bəzi Neolit dövrünə aid fiqurların geyimlərinə bənzəyir və müvafiq olaraq qədim Aralıq dənizi sivilizasiyası ilə əlaqələndirir.[3][4]

Cubleta özünəməxsus forma, quruluş və bəzək sisteminə görə unikal paltar növüdür. Onu Şimali Albaniya, Kosovo, Şimali Makedoniya və Monteneqrodakı albanlar geyinirlər. Adətən iki qayışdan istifadə edərək çiyinlərə asılır. Alban ənənəvi milli geyiminin bir hissəsi olan bu geyim, 13-dən 17-yə qədər zolaqdan və 5 ədəd keçədən ibarətdir. Cubletanın sinə və ön hissəsi qara yundan toxunmuş önlukdən hazırlanır.[5] Arxa hissəsi zəng formasında olur.[6]

Adətən dar və geniş olmaqla iki növ cubletaya rast gəlmək olar. Bu geyimin hazırlanmasında bu gün yalnız iki rəngdən- ağ və qara rənglərindən istifadə olunur. Evli olmayan qadınlar ağ və evlilər üçün qara rəngli cubleta geyinirlər, lakin keçmişdə bir çox rəngdən istifadə olunurdu, bunu 17-ci əsr müəlliflərinin əsərlərində görmək olur. Qədimdə bu geyim haqqında deyilirdi ki, tovuz quşu lələkləri Kelmend qadınlarının geydiyi cubleta qədər rənbərəng deyil.[6] Son iki əsrdə rənglərin azalması, bu geyimin, bu gün yalnız ucqar dağlıq ərazilərdə istifadəsi ilə əlaqədar olduğu düşünülür.[6]

  1. "UNESCO - Xhubleta, skills, craftsmanship and forms of usage". ich.unesco.org (ingilis). 2022-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-13. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  2. "Xhubleta shqiptare, tashmë pasuri e gjithë njerëzimit, UNESCO e merr në mbrojtje bashkë me dijebërjen e saj! Margariti: Vendim unanim, copëz Shqipërie për botën - Shqiptarja.com". shqiptarja.com (alban). 2022-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-13. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  3. "Database of Cultural Heritage of Kosovo". 2019-09-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-24. (#redundant_parameters); (#redundant_parameters)
  4. Condra, Jill. Encyclopedia of National Dress: Traditional Clothing around the World [2 volumes]. 2013-04-09. ISBN 9780313376375. 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-05. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  5. Andromaqi Gjergji. Albanian Costumes Through the Centuries: Origin, Types, Evolution. Acad. of Sciences of Albania, Inst. of Folc Culture. 2004. səh. 153. ISBN 978-99943-614-4-1.
  6. 1 2 3 Selami Pulaha; Seit Mansaku; Andromaqi Gjergji. Shqiptarët dhe trojet e tyre. 8 Nëntori. 1982. 136–138.