TikTok

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
TikTok
Loqonun şəkli
Tipi Video paylaşma
Tərtibatçı ByteDance
Əməliyyat sistemi iOS, Android
İnterfeysin dili Arabic, Bengali, Burmese, Cambodian, Cebuano, Czech, Dutch, English, Filipino, French, German, Greek, Gujarati, Hindi, Hungarian, Indonesian, Italian, Japanese, Javanese, Kannada, Korean, Malay, Malayalam, Marathi, Oriya, Polish, Portuguese, Punjabi, Romanian, Russian, Simplified Chinese, Spanish, Swedish, Tamil, Telugu, Thai, Traditional Chinese, Turkish, Ukrainian, and Vietnamese
Yayımlanma tarixi sentyabr 2016 (8 il əvvəl) (2016-09). Released worldwide after merging with Musical.ly on 2 August 2018.
Sonuncu versiya 15.5.0 (31 March 2020)
Lisenziya Proprietary software with Terms of Use
Sayt tiktok.com
douyin.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

TikTok (çin. 抖音; Dǒuyīn) — Çinin ByteDance şirkətinə məxsus olan video paylaşma platforması.[1] TikTok İstifadəçilərinə müddəti 3 saniyədən 10 dəqiqəyə qədər olan videoları dərc etmək imkanı verir.[2]

TikTok istifadəyə verildiyi gündən dünyanın ən çox istifadə edilən veb-saytlarından birinə çevrilib.[3][4] 2020-ci ilin oktyabr ayına kimi bütün dünyada mobil cihazlara 2 milyard dəfədən çox endirilib.[5][6][7] Cloudflare, TikTok-un 2021-ci ilin ən çox istifadə olunan veb saytı olduğunu və Google-u geridə qoyduğunu bildirib.[8] Z nəsli TikTok istifadəçilərinin əhəmiyyətli bir hissəsini təşkil edir.[9]

TikTok buraxıldığı vaxtdan bəri məxfilik problemləri, asılılıq, dezinformasiya və qeyri-etik məzmuna görə tənqidlərlə üzləşib. Bəzi ölkələr milli təhlükəsizliklərini qorumaq üçün öz sərhədləri daxilində TikTok-un istifadəsini məhdudlaşdırmalı olub.[10]

Tarixi

Douyin 2016-cı ilin sentyabrında ByteDance şirkəti tərəfindən yaradılmışdır. Proqram ilk olaraq A.me adlanırdı, lakin həmin ilin dekabrında Douyin olaraq rebrendinq edildi.[11][12] Douyin cəmi 200 gündə hazırlanmışdır. İşə salındığı ilk ilində 100 milyon istifadəçi qazanmışdır. İstifadəyə verildiyi il hər gün tətbiqdə bir milyarddan çox videoya baxılırdı.[13][14]

TikTok və Douyin oxşar görünüş və xüsusiyyətlərə malik olsalar da, hər ikisi fərqli proqramlardır.[15][16][17] TikTok beynəlxalq səviyyədə mövcuddur, Douyin isə xüsusi olaraq Çindəki istifadəçilər üçün. Douyin-də videonu yükləyən şəxsin üzünə klikləməklə şəxsin daha çox videosunu tapmağa imkan verən xüsusiyyət var. Həmçinin Douyin-dən alış-veriş etmək, otel rezervasiyaları etmək və məkanlar haqqında rəylər yazmaq da mümkündür.[18]

TikTok

ByteDance Douyin-i qlobal miqyasda genişləndirməyi planlaşdırırdı. Şirkətin təsisçisi Zhang Yiming demişdi: “Çində dünya internet istifadəçilərinin cəmi 20%-i var. Digər şirkətlərdən geri qalmamaq üçün qlobal miqyasda genişlənmək bizim üçün çox vacibdir, biz qlobal miqyasda genişlənməli və digər 80%-ə çatmalıyıq.”[19]

ByteDance Douyin-in qlobal versiyası olan TikTok-u 2017-ci ilin sentyabrında istifadəyə verdi.[20] 2018-ci ilin yanvarın 23-də TikTok, Tailand və bir çox ölkədə ən çox endirilən pulsuz proqram olmuşdu.[21] TikTok təkcə ABŞ-də 130 milyondan artıq, dünya miqyasında isə 2 milyard dəfədən çox yüklənmişdi.[22][23]

ABŞ-də Jimmy Fallon və Tony Hawk da daxil olmaqla bir sıra məşhur TikTok-u 2018-ci ildə istifadə etməyə başlamışdı.[24][25] Sonralar Cennifer Lopez, Cessika Alba, Vill SmitCastin Biber kimi digər məşhurlar da TikTok-a qoşuldular.[26] 2019-cu ildə TikTok məzmun yaradıcılarına videolarında mallarını satmaq üçün linklər əlavə etməyə imkan verdi.[27][28]

Musical.ly ilə birləşməsi

border=none Əsas məqalə: Musical.ly

TikTok-un ana şirkəti ByteDance, 9 noyabr 2017-ci ildə Musical.ly adlı məşhur sosial media platformasını təxminən 1 milyard dollara satın aldı.[29][30] Musical.ly-ni əldə etməklə ByteDance, geniş istifadəçi bazasına və Qərb bazarında populyar olan proqrama çıxış əldə etdi.[31] Musical.ly gülməli videolarla dolu olan, daha çox uşaqlar və gənclər arasında məşhur olan 2014-cü ilin avqustunda buraxılmış Çin tətbiqi idi. TikTok 2018-ci ilin avqustunda musical.ly ilə birləşdirildi. Artıq bütün hesablar və məlumatlar TikTok adlı bir proqramda cəmlənmişdi.[32][33]

Hüquqi məsələlər

Tencent holdinqinə aid olan WeChat proqramı Douyin proqramıdan videolarını blok etdiyində ittiham olunub.[34][35] 2018-ci ilin aprelində Douyin Tencent holdinqini onun WeChat proqramıda yanlış məlumatının yayımında ittiham edərək, məhkəməyə verib və orda ondan 1 million renminbi və ictimai üzr istəməyə tələb etmişdi. Həmin ilin iyunuda, Tencent holdinqi Toutiao and Douyin şirkətlərini dəfələrlə xəbərləri ilə onu rüsvay etməkdə ittiham edib, onları Pekin məhkəməsinə verərək, 1 renminbi və ictimai üzr istəməyə tələb etmişdi.[36] Buna cavab olaraq, Toutiao Tencent holdinqini qarşı ədalətsiz rəqabətə görə məhkəməyə verib, ondan aldığı iqtisadi zərər üçün 90 million renminbi istədi.[37]

Bir sıra ölkə proqram ilə əlaqədar narahatlığını bildirib. İndoneziya,[38] Banqladeş,[39] Hindistan[40] və Pakistanda (2020-ci ilin oktyabrın 9-dan 19-a qədər)[41][42][43] ona rəsmi xəbərdarlıqlarını verib ya da proqramı ümumiyyətlə bloklayıblar. İkinci Qarabağ müharibəsi zamanı Ermənistan da onu qadağan edib.[44]

Hindistanda qadağalar

2019-cu ilin aprelin 3-də Mədrəs Ali Məhkəməsi proqramın "pornoqrafiyanı həvəsləndirdiyinə" və "yaraşmayan məzmununa" görə Hindistan hökumətindən onu bloklamağa xahiş edib. Proqramın nümayəndəsi onların yerli qanunlara riayət etdiyini bəyan edib.[40] Aprelin 17-də GoogleApple proqramı Google Play and the App Store platformalarıdan çıxarıb.[45] Məhkəmə bloklama ilə əlaqədar qərarına yenidən baxmağa imtina etdiyinə görə, şirkət bəyan edib ki, onun qaydalarına qarşı olan 6 milliondan çox video proqramdan silinib.[46]

ABŞ qadağanın imkanı

2019-cu ilin yanvarında Piterson Dünya İqtisadiyyat İnstitutu adlı araşdırma mərkəzi öz araşdırmasında proqramı qərbin milli marağlarına təhlükə olan "Huawei boyda problem" adlandırıb.[47] Orda qeyd olunur ki, ABŞ istifadəçilərin arasında populyar olan bu proqramın üzərində silahlı güvvələrin işçiləri işləyir və iddia olunur ki, onun istifadəçilərin yerləşməsi, şəkilləri və biometrik məlumatlarını sahib Çin şirkətinə ötürməyə qabiliyyəti var. Çin şirkətləri isə Çin internet təhlükəsizliyi haqqında qanuna əsasən Çin hökumətinə məlumat ötürməkdən imtina edə bilməz.[48]

2019-cu ilin dekabrın sonunda, ABŞ Hərbi Qüvvələri, hökumətin şübhələrinə görə öz hidmətçilərinə TikTok proqramını işlətməyə qadağan edib.[49] 2020-ci ilin iyulun 7-də ABŞ Dövlət Katibi Mayk Pompeo elan etmişdi ki, hökumət nəzərdə tutur ki, TikTok proqramını qadağan etmək olar.[50]

2020-ci ilin avqustun 6-da Prezident Donald Tramp imzaladığı sərəncamda yazılırdı ki, ByteDance şirkəti 45 gün ərzində TikTok proqramını satmasa, o bloklanmalı olacaq. Tramp həmçinin Tencent holdinqa aid olan WeChat proqramı haqqında oxşar sərəncamı imzalayıb.[51][52]

Sentyabrın 18-də TikTok Trampı məhkəməyə verib. Sentyabrın 23-də o, həmçinin ilkin icraatı tələb edərək, Tramp idarəçiliyinin qadağasını qarşısını almışdı.[53] Hakim Karl C. Nikols Trampın qadağasını, hansı ki sentyabrın 27-nin gecə yarısına tədbiq olunmalı idi ləğv etməyə qərar verib, halbuki həmin qərarına görə, noyabrın 12-nə planlaşdırılan Ticarət Departamenti tərəfindən müəyyən edilən məhdudiyyətlər saxlanılıb.[54]

İstinadlar

  1. Isaac, Mike. "U.S. Appeals Injunction Against TikTok Ban". The New York Times. 8 October 2020. ISSN 0362-4331. 7 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 October 2020.
  2. Kastrenakes, Jacob. "TikTok is rolling out longer videos to everyone". The Verge . 1 July 2021. 29 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 July 2021.
  3. Geyser, Werner. "50 TikTok Stats That Will Blow Your Mind [Updated 2020]". Influencer Marketing Hub. 11 January 2019. 4 June 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 May 2020.
  4. Sachwani, Anusha. "TikTok Downloads: Countries with Most User Base Revealed!". Brandsynario. 15 February 2019. 20 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 May 2020.
  5. Carman, Ashley. "TikTok reaches 2 billion downloads". The Verge. 29 April 2020. 29 July 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 October 2020.
  6. "2020年春季报告:抖音用户规模达5.18亿人次,女性用户占比57%" [2020 Spring Report: Douyin has 518 million users, 57% of whom are female] (çin). 22 April 2020. 22 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 August 2020.
  7. Shahzad, Asif; Ahmad, Jibran. "Pakistan to block social media app TikTok over 'indecency' complaint". Reuters. 11 March 2021. 12 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 March 2021.
  8. "TikTok surpasses Google as most popular website of the year, new data suggests". NBC News. 22 December 2021. 20 September 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 January 2022.
  9. Miltsov, Alex. "Researching TikTok: Themes, Methods, and Future Directions". The SAGE Handbook of Social Media Research Methods. 2022: 664–676. doi:10.4135/9781529782943.n46. ISBN 9781529720969. Even though TikTok is only a few years old, it has already been shaping the ways millions of people interact online and engage in artistic, cultural, social, and political activities.
  10. Maheshwari, Sapna; Holpuch, Amanda. "Why Countries Are Trying to Ban TikTok". The New York Times (ingilis). 2023-12-12. ISSN 0362-4331. 28 November 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-17.
  11. "The App That Launched a Thousand Memes | Sixth Tone". Sixth Tone. 20 February 2018. 23 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 February 2020.
  12. "Is Douyin the Right Social Video Platform for Luxury Brands? | Jing Daily". Jing Daily. 11 March 2018. 15 September 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 October 2018.
  13. Graziani, Thomas. "How Douyin became China's top short-video App in 500 days". WalktheChat. 30 July 2018. 29 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 January 2019.
  14. "8 Lessons from the rise of Douyin (Tik Tok) · TechNode". TechNode. 15 June 2018. 11 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 January 2019.
  15. "TikTok is owned by a Chinese company. So why doesn't it exist there?" (ingilis). CNN. 24 March 2023. 4 June 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 July 2023.
  16. Sitat səhvi: Yanlış <ref> teqi; citizenlab/tiktok-douyin adlı istinad üçün mətn göstərilməyib
  17. "Forget The Trade War. TikTok Is China's Most Important Export Right Now". BuzzFeed News. 16 May 2019. 24 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 May 2019.
  18. Niewenhuis, Lucas. "The difference between TikTok and Douyin". SupChina. 25 September 2019. 27 September 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 October 2020.
  19. "TikTok's Rise to Global Markets". hbsp.harvard.edu. 17 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 July 2023.
  20. "Tik Tok, a Global Music Video Platform and Social Network, Launches in Indonesia". 15 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 October 2018.
  21. "Tik Tok, Global Short Video Community launched in Thailand with the latest AI feature, GAGA Dance Machine The very first short video app with a new function based on AI technology". thailand.shafaqna.com. 10 March 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 March 2018.
  22. Carman, Ashley. "TikTok reaches 2 billion downloads". The Verge. 29 April 2020. 29 July 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 August 2020.
  23. Yurieff, Kaya. "TikTok is the latest social network sensation". CNN. 21 November 2018. 4 January 2019 tarixində arxivləşdirilib.
  24. Alexander, Julia. "TikTok surges past 6M downloads in the US as celebrities join the app". The Verge. 15 November 2018. 24 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 January 2019.
  25. Spangler, Todd. "TikTok App Nears 80 Million U.S. Downloads After Phasing Out Musical.ly, Lands Jimmy Fallon as Fan". Variety. 20 November 2018. 2 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 January 2019.
  26. "A-Rod & J.Lo, Reese Witherspoon and the Rest of the A-List Celebs You Should Be Following on TikTok". People. 28 May 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 May 2020.
  27. Yuan, Lin; Xia, Hao; Ye, Qiang. "The effect of advertising strategies on a short video platform: evidence from TikTok". Industrial Management & Data Systems (ingilis). 122 (8). 16 August 2022: 1956–1974. doi:10.1108/IMDS-12-2021-0754. ISSN 0263-5577. 26 March 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 December 2022.
  28. Yurieff, Kaya. "TikTok is the latest social network sensation". CNN. 21 November 2018. 4 January 2019 tarixində arxivləşdirilib.
  29. Lin, Liza; Winkler, Rolfe. "Social-Media App Musical.ly Is Acquired for as Much as $1 Billion". The Wall Street Journal. 9 November 2017. 1 April 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 May 2018.
  30. "Social video app Musical.ly acquired for up to $1 billion". Business Insider. 5 September 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 September 2018.
  31. Lee, Dami. "The popular Musical.ly app has been rebranded as TikTok". 2 August 2018. 30 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 October 2020.
  32. "Musical.ly Is Going Away: Users to Be Shifted to Bytedance's TikTok Video App". MSN. 28 March 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 August 2018.
  33. Kundu, Kishalaya. "Musical.ly App To Be Shut Down, Users Will Be Migrated to TikTok". Beebom. 2 August 2018. 5 October 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 April 2019.
  34. "Tencent and Toutiao come out swinging at each other" (ingilis). 11 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 October 2018.
  35. "Tencent sues Toutiao for alleged defamation, demands 1 yuan and apology". TODAYonline. 11 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 October 2018.
  36. Jiang, Sijia. "Tencent sues Toutiao for alleged defamation, demands 1 yuan and apology" (ingilis). Reuters. 1 June 2018. 11 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 October 2018.
  37. "Tencent and Toutiao sue each other in escalating legal battle". 11 October 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 October 2018.
  38. "Indonesia blocks 'pornographic' Tik Tok app". DW.COM. 7 May 2018. 2 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 March 2019.
  39. "Bangladesh 'anti-porn war' bans blogs and Google books". DW.COM. 25 February 2019. 2 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 March 2019.
  40. 1 2 "'It Encourages Pornography': Madras High Court Asks Government to Ban Video App TikTok". News18. 4 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 April 2019.
  41. "Arxivlənmiş surət". 2020-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-02.
  42. Kastrenakes, Jacob. "Pakistan bans TikTok for "immoral" and "indecent" videos". The Verge (ingilis). 2020-10-09. 2020-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-12.
  43. "Pakistan bans TikTok for allowing 'immoral and indecent' content". Android Police. 9 October 2020. 30 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 October 2020.
  44. "Tik Tok fails operating in Armenia". armenpress.am (ingilis). Armenpress. 30 September 2020. 1 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 September 2020.
  45. "Apple, Google Block TikTok in India After Court Order" (ingilis). NDTV. 17 April 2019. 17 April 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 April 2019.
  46. Chandrashekhar, Anandi. "TikTok no longer available on Google and Apple stores". The Economic Times. 17 April 2019. 6 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 April 2019.
  47. "The Growing Popularity of Chinese Social Media Outside China Poses New Risks in the West". PIIE. 11 January 2019. 12 February 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 March 2019.
  48. "Report warns of security concerns amid sudden..." Taiwan News. 2 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 March 2019.
  49. Matthew Cox. "Army Follows Pentagon Guidance, Bans Chinese-Owned TikTok App" (ingilis). Military.com. 2019-12-30. 2020-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-02.
  50. Kharpal, Arjun. "U.S. is 'looking at' banning TikTok and Chinese social media apps, Pompeo says". CNBC. 7 July 2020. 8 July 2020 tarixində arxivləşdirilib.
  51. Carvajal, Nikki. "Trump issues executive order banning TikTok from operating in 45 days if it's not sold by Chinese parent company". CNN. 10 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 August 2020.
  52. Sitat səhvi: Yanlış <ref> teqi; :11 adlı istinad üçün mətn göstərilməyib
  53. Isaac, Mike. "TikTok Files for Injunction to Stop Ban of App". New York Times. 23 September 2020. 22 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 September 2020.
  54. "U.S. Judge Halts Trump's TikTok Ban, Hours Before It Was Set To Start". NPR.org (ingilis). 30 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 September 2020.

Xarici keçidlər