Rusiyanın dövlət quruluşu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Rusiya Federasiyası
rus. Российская Федерация
Rusiya bayrağı
Bayraq
Rusiya gerbi
Gerb
Himn: Rusiya Dövlət Himni
Rəsmi dil Rus dili
Paytaxt Moskva
Prezident Vladimir Putin
Baş Nazir Dmitri Medvedyev
Ərazi
 - Ümumi
 - % Su
1-ci yer
17,075,400 km²
0.5%
Əhali
 - Ümumi
 - Əhali sıxlığı
8-ci yer
141,903,979[1]
8.4/km²
Müstəqillik günü 12 iyul 1990
Pul Rusiya Rublu (₽) (RUR)
Saat qurşağı UTC +2 – +12
Internet TLD .ru .su .рф
Telefon kodu +7

Rusiyanın dövlət quruluşu1993-cü ildə qəbul edilmiş Konstitusiyasına əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sisitemi.

Dövlət quruluşu

[redaktə | mənbəni redaktə et]

1993-cü ilin dekabrında qəbul edilmiş Konstitusiyaya əsasən Rusiya Federasiyası məhdud hakimiyyətli prezident idarə üsulunun bəzi elementlərini özündə əks etdirən dualist idarəetmə üsuluna malik federativ respublikadır.

Konstitusiyaya əsasən ölkədə prezidentin başçılıq etdiyi icraedici hakimiyyət, ikipalatalı qanunverici orqan - Federal Məclis və müstəqil məhkəmə sistemi mövcuddur.

İnzibati bölgüsü

[redaktə | mənbəni redaktə et]

İnzibati cəhətdən Rusiya Federasiyasının tərkibinə 21 respublika (Adıgey, Altay, Başqırdıstan, Buryatiya, Dağıstan, İnquşetiya, Kabarda-Balkariya, Kalmıkiya, Qaraçay-Çerkesiya, Kareliya, Komi, Mari El, Mordoviya, Saxa-Yakutiya, Şimali Osetiya-Alaniya, Tatarıstan, Tuva, Udmurtiya, Xakasiya, Çeçenistan, Çuvaşıstan), Yəhudi Muxtar Vilayəti, 9 diyar (Altay, Kamçatka, Xabarovsk, Krasnodar, Krasnoyarsk, Perm, Primorsk, Stavropol və Zabaykalye), 10 milli mahal, 46 vilayət, 2 federal əhəmiyyətli şəhərlər - MoskvaSankt-Peterburq daxildir.

  1. Adıgey Respublikası
  2. Altay Respublikası
  3. Başqırdıstan Respublikası
  4. Buryatiya Respublikası
  5. Dağıstan Respublikası
  6. İnquşetiya Respublikası
  7. Kabarda-Balkariya Respublikası
  8. Kalmıkiya Respublikası
  9. Qaraçay-Çerkesiya Respublikası
  10. Kareliya Respublikası
  11. Komi Respublikası
  12. Mari El Respublikası
  13. Mordoviya Respublikası
  14. Saxa (Yakutiya) Respublikası
  15. Şimalı Osetiya-Alaniya Respublikası
  16. Tatarıstan Respublikası
  17. Tuva Respublikası
  18. Udmurtiya Respublikası
  19. Xakasiya Respublikası
  20. Çeçenistan Respublikası
  21. Çuvaşıstan Respublikası
  22. Krım Respublikası

Dövlət başçısı

[redaktə | mənbəni redaktə et]

Rusiya Federasiyasının Prezidenti Konstitusiyaya 31 dekabr 2008-ci ildə edilmiş düzəlişə əsasən ümumxalq səsverməsi yolu ilə altı il müddətinə seçilir. Yaşı 35-dən az olmayan və on ildən artıq ölkədə yaşayan hər bir vətəndaş Rusiya Federasiyasının Prezidenti seçilə bilər. Eyni şəxs ardıcıl olaraq iki dəfədən artıq Prezident seçilə bilməz.

Dövlət başçısı və silahlı qüvvələrin ali baş komandanı sayılan Prezident Baş naziri və 30 üzvü olan Nazirlər Şurasını (Kabinet) seçmək və təyin etmək, qərar və sərəncamlar vermək, qanun layihələrinə veto qoymaq hüququna malikdir. Prezident Federal məclisə illik müraciətində ölkənin siyasi və iqtisadi inkişafı ilə bağlı hökumət proqramını bəyan edir.

Prezident müdafiə məsələləri ilə məşğul olan, habelə Milli bankın sədri, Baş prokuror və Ali Məhkəmənin üzvləri vəzifəsinə namizədləri təqdim edən Təhlükəsizlik Şurasını təyin edir və onun başında durur.

Rusiya Federasiyasının hazırkı, sayca 4-cü Prezidenti, 4 mart 2012-ci ildə keçirilmiş sonuncu Prezident seçkilərində 63.6% səs toplayaraq qalib gəlmiş Vladimir Vladimiroviç Putindir (7 may 2012-ci ildən etibarən V.Putin rəsmən vəzifəsinin icrasına başlamışdır).

Qanunvericilik hakimiyyəti

[redaktə | mənbəni redaktə et]

İkipalatalı Federasiya Şurası (166 yer), üzvlərinin bir hissəsi birmandatlı dairələrdən, digər hissəsi isə partiya siyahılarına əsasən 4 illik müddətə seçilən Dövlət Duması (450 deputat) tərəfindən həyata keçirilir. Seçicilər seçki dairəsindən keçən namizədlə yanaşı, həm də partiyaya səs verirlər. Ən aşağı yaş senzi - 21 yaş müəyyən edilən Dumanın deputatları seçildikləri andan hər-hansı ödənişli fəaliyyətlə məşğul ola və ya digər məsul hökumət vəzifələrini tuta bilməzlər.

Federasiya Şurasının tərkibinə hər regiondan və ya respublikadan təyin edilmiş iki nümayəndə daxildir. Federal Məclis və Prezident bir-birinə güclü təsir edə bilmir. Dövlət Duması - lehinə böyük əksəriyyətin səs verdiyi etimadsızlıq rəyi irəli sürməklə hökuməti buraxa bilər. Duma - Prezidentin hər-hansı məcburi qərar qəbul etməsinə qədər olan üç ay müddətində iki dəfə etimadsızlıq rəyi irəli sürmək hüququna malikdir. Prezident yeni hökumət yarada və ya Dumanı buraxaraq yeni seçkilər təyin edə bilər.

Yeni Baş nazirin və ya hökumətin təyin edilməsi üçün Dumanın mütləq razılığı olmalıdır. Bununla belə, Prezidentin təklif etdiyi namizədi Duma üç dəfə rədd etdiyi təqdirdə dövlət başçısı Dumanı buraxmaq və yeni seçkilər elan etmək hüququna malikdir.

Federal Məclis – hər iki palatanın səs verdiyi, Ali məhkəmənin və Konstitusiya Məhkəməsinin bu qərarla razılaşacağı təqdirdə Prezidentə impiçment irəli sürə bilər. Federal məclis həmçinin Dumanın qəbul etdiyi qanun layihəsinə veto qoya bilər. Prezident Dövlət Dumasını, formalaşdığı andan etibarən ilk 12 ay ərzində buraxmaq hüququna malik deyil.

1993-cü il Konstitusiyasına görə Rusiya Federasiyasının 21 Respublikası və 68 vilayət, məmləkət və mahalı bərabər və geniş muxtariyyətə malikdir. Vergi, müdafiə, xarici işlər, enerji təchizatı və sosial siyasətə aid məsələlər federal hökumətin ixtiyarında olsa da, digər sahələr: təhsil, səhiyyə, ictimai təhlükəsizlik, mədəniyyəttorpaqdan istifadə yerli hakimiyyət orqanlarının nəzarəti altına düşür. Respublikaların hər birinin konstitusiyası, seçkili hökuməti və büdcəsi vardır. Bu respublikalar regionda sosial-iqtisadi siyasətin istiqamətlərini müəyyənləşdirir, torpaqdan istifadə məsələlərinə nəzarət edir və dövlət büdcəsindən istifadə edilməsinə məsuliyyət daşıyırlar.

İcraedici hakimiyyət

[redaktə | mənbəni redaktə et]

Ölkədə icra hakimiyyəti mövcud Konstitusiyanın 114-cü maddəsinə əsasən Rusiya Federasiyası Hökuməti tərəfindən həyata keçirilir.

Dövlətin vahid maliyyə və pul siyasətinin həyata keçirilməsini təmin etmək, federal büdcəni hazırlayaraq Dövlət Dumasına təqdim və onun icrasına nəzarət etmək, mədəniyyət, elm, təhsil, səhiyyə, sosial təminat, ekologiya sahələrində dövlət siyasətini həyata keçirmək, ölkənin müdafiə və xarici siyasət strategiyasının, habelə Konstitusiya ilə müəyyən edilmiş digər funksiyaların yerinə yetirilməsini təmin etmək Rusiya Federasiyası Hökumətinin səlahiyyətlərinə daxildir.

Hökumətin qərarları ilə Rusiya Federasiyasının Konstitusiyası, federal qanunlar və Prezident fərmanları arasında ziddiyyət yarandıqda, bu qərarlar Rusiya Federasiyası Prezidenti tərəfindən ləğv edilə bilər.

Məhkəmə hakimiyyəti

[redaktə | mənbəni redaktə et]

Rusiya Federasiyasının xarici dövlətlərlə bağladığı müqavilələrə və ölkə qanunlarına riayət edilməsinə nəzarət, habelə ərazi mübahisələrinə baxılması 1991-ci ilin oktyabr ayında yaradılmış 19 hakimdən ibarət olan Konstitusiya Məhkəməsi, eləcə də Ali Məhkəmə və Ali Arbitraj Məhkəməsi tərəfindən həyata keçirilir. Hakimlər Prezidentin təqdimatı ilə Federasiya Şurası tərəfindən altı il müddətinə təyin olunurlar [2].

  1. "Rusiya Statistika Komitəsi : 1 yanvar 2009 – cu il tarixinə olan təxminə əsasən ölkə əhalisi 141.903.979 nəfərdir". 2011-06-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-23.
  2. "По Конституции РФ от 11.04.2014 функции Высшего Арбитражного суда РФ переданы Верховному суду РФ". 2014-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-23.