Qaspaço
Qaspaço | |
---|---|
Aid olduğu milli mətbəxlər | |
Mənşəyi | |
Tərkibi | |
Əsas | |
Təfərrüatları | |
Tipi | Soyuq şorba |
Digər mətbəxlərdə | |
Oxşar | Axoblanko, Salmorexo |
Qaspaço (isp. gazpacho) — İspan mətbəxinə aid, təzə tərəvəzdən püre halında bişirilən yüngül soyuq şorba, ilin isti fəsillərində hazırlanır və yeyilir. Tərkibində heyvan mənşəli ərzaq olmadığına görə vegetarian yeməklərdən hesab olunur[1].
Etimologiyası
[redaktə | mənbəni redaktə et]"Qaspaço" sözünün mənşəyi ilə əlaqədar bir neçə mülahizələr mövcuddur. V əsrə qədər Əndəlus ərəblərin, bədəvilərin və yəhudilərin evi hesab olunurdu. "Qaspaço" sözünün məhz bu dövrdə meydana çıxdığı ehtimal olunur. Digər bir mülahizəyə görə şorbanın adı bədəvi mənşəli "caspa" sözündən yaranıb, "qalıq, artıq qalanlar" deməkdir. Yəni qaspaço hazırlamaq üçün evdə artıq qalanlardan istifadə olunurdu. Başqa bir fərziyəyə görə isə bu ad yəhudi «gazaz» sözündən yaranıb, "tikələrə bölünmüş, doğranmış" deməkdir ki, bu da yeməyin hazırlanması prosesini əks etdirir.
Bəzən isə bu yeməyin adı düzgün olmayaraq "qaspaçço" şəklində yazılır. Yeməyin adında iki "ç" hərfinin işlədilməsi italyan dili üçün xarakterikdir, Portuqaliya dilində isə şorbanın adı "Qaspaşu" (gaspacho) şəklində ifadə olunur.
Tarixi
[redaktə | mənbəni redaktə et]Eramızın əvvəllərində Əndəlusda sadə adamlar suda sirkə, zeytun yağı, quru çörək, sarımsağı qarışdıraraq yemək hazırlayırdılar. Bu onların əsas yeməyi olduğundan tarla işləri zamanı onlar bir neçə nəfəri ("gazpachero") bu yeməyi hazırlamaq üçün ayırırdılar.
Qaspaçoya pomidor yalnız XIX əsrin əvvəllərindən əlavə olunmuşdur[2].
Vaxtilə yoxsulların yeməyi hesab olunan qaspaço bu gün artıq ciddi xarakter almış və çox məşhurlaşmışdır. İspaniyanın Sarsuela kral sarayında tarixdə ilk dəfə olaraq 2013-cü ilin iyununda kral və kraliça tərəfindən qəbul zamanı ənənvə olaraq taxta boşqablarda qaspaço şorbası verilmişdir.[3]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Oxford English Dictionary, 2nd. ed cites R. Ford Hand-bk. Travellers in Spain I. i. 69 (1845) "Gazpacho..is a cold vegetable soup composed of onions, garlic, cucumbers, pepinos, pimientas, all chopped up very small and mixed with crumbs of bread, and then put into a bowl of oil, vinegar, and fresh water."
- ↑ "Рецепт и история гаспачо". 2016-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-18.
- ↑ "Статья — «Испанский гаспачо»". 2014-07-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-18.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Гаспачо (Испанская окрошка) Arxivləşdirilib 2020-10-19 at the Wayback Machine // Панир.ру — сборник вегетарианских рецептов
- Гаспачо по-андалузски // povarenok.ru