Qatırquyruğu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qatırquyruğu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qatırquyruğu (lat. Equisetum) — bitkilər aləminin polypodiophyta şöbəsinin qıjılar sinfinin qatırquyruğu dəstəsinin qatırquyruğu fəsiləsinə aid bitki cinsi.

Bu cins 100 milyon il əvvəl Paleozoy erası meşələrində geniş yayılmışkən, bu gün aid olduğu Equisetidae yarımsinfinin yeganə həyatda qalan üzvüdür. Sözügedən erada, qatırquyruğuna yaxın bəzi bitkilərin 30 metr hündürlüyə çata bildiyi təxmin olunur.

Müasir dövrə kimi ancaq 25 növü təmsil edən bir fəsilə (qatırquyruğukimilər - Eguisetaceae) və bir cins (qatırquyruğu - Eguisetum) gəlib çatmışdır. Avstraliyada yalnız bir növ tarla qatırquyruğu (Eguisetum arvense) yayılmışdır. Növlərin əksəriyyəti Şimal yarımkürəsinin mülayim ərazilərinə uyğunlaşmışlar, ancaq qədim növlər Orta və Cənubi Amerikanın tropik və subtropik ərazilərində yayılmışdır. Çili, Peru, Ekvadorda yayılmış ağacşəkilli (E. xylochaete) növün hündürlüyü 3-3,5 m-ə, Peruda yayılmış növün (E. martii) hündürlüyü isə 5 m-ə çatır. Ən hündür qatırquyruğu - nəhəng qatırquyğudur (E. gigantea). Bu növ Çili, Peru, Meksika və Kubanın rütubətli tropik və subtropik meşələrində yayılmışdır. 10–12 m hündürlüyə, 2-3 sm diametrə malikdir. Buna görə də bu bitki ancaq qonşu ağaclardan dayaq kimi istifadə edərək böyüyə bilər. Qədim Avropa növlərindən həmişəyaşıl, 1 m hündürlüklü qışlayan qatırquyruğudur (E.hyemale).

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Presla Dulac

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Allostelites Börner
  • Hippochaete Milde