42°44′49″ şm. e. 17°31′51″ ş. u.HGYO

Mlet adası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mlet
xorv. Mljet
Mlet adasında Böyük göl
Mlet adasında Böyük göl
Ümumi məlumatlar
Sahəsi 100,41 km²
Uzunluğu
  • 37 km
Eni 3 km
Hündür nöqtəsi 514 m
Əhalisi 1.111 nəfər (2001-ci il)
Yerləşməsi
42°44′49″ şm. e. 17°31′51″ ş. u.HGYO
Ölkə  Xorvatiya
Akvatoriya
Mlet xəritədə
Mlet
Mlet
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mlet (xorv. Mljet, it. Meleda, lat. Melita) — Xorvatiyaya məxsus ada. Ada Adriatik dənizində, ölkənin cənubunda, dalmasiya sahillərində yerləşir. Ada haqqında ilk məlumat qədim yunan dənizçilərinin qeydlərində verilir. Sonralar adaya romalılar nəzarət etmişdir. 1333-cü ildə adanı bosniya monarxları Dubrovnik şəhərinə satmışdır. 1345-1808-ci illərdə ada Dubrovnik Respublikasına aid idi.

Adanın sahəsi — 100,41 km²-dir. Uzunluğu — 37 km, eni isə — 3 km-dir. Sahil xəttinin ümumi uzunluğu — 131,3 km-dir[1]. Mlet Adriatik dənizinin ən şərqdə və ən cənubda yerləşən böyük adasıdır. Meşə örtüyünün çoxluğuna görə Xorvatiya adaları içərisində ilk yerdədir. Adanın 72 % meşə ilə örtülüdür[2].

2001-ci ilin məlumatına görə adada 1111 nəfər əhali yaşayır. Etnik tərkibinə görə xorvatlar üstünlük təşkil edir — 99 %[3]. Adada böyük şəhər yoxdur. Gəmilər və yaxtalar kiçik Polaçe, Pomena və Sobra məntəqələrinə yan alır. Adanın qərb hissəsində Milet milli parkı yaradılıb. Milli parkın sahəsi təxminən 54 km²-dir[4][5]. Park 12 noyabr 1960-cı ildən fəaliyyət göstərir. Bu ərazidə bir neçə kiçik göl mövcuddur. Şərq hissə isə gözəl buxtaları və çimərlikləri ilə tanınır. Mlet adası Peleşaş yarımadasının cənubunda yerləşir. Adada aralıq dənizi iqlimi hakimdir. Yanvar ayının orta temperaturu 9 ° C, iyul ayının orta temperaturu isə 24 ° C-dir. Orta illik yağıntının miqdarı aşağı olub əsasən oktyabr-aprel aylarında düşür.

Yarımadadan Mlet adasını Mlet boğazı ayırır. DubrovnikTresteno şəhərlərindən adaya mütəzəm olaraq turist reysləri təşkil olunur.

  1. "Центральное бюро статистики Хорватии" (PDF). 2012-03-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2009-04-03.
  2. "Wayback Machine" (PDF). web.archive.org. 2011-07-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-20.
  3. "SAS Output". web.dzs.hr. 2022-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  4. Duplančić Leder, Tea; Ujević, Tin; Čala, Mendi. "Coastline lengths and areas of islands in the Croatian part of the Adriatic Sea determined from the topographic maps at the scale of 1 : 25 000" (PDF). Geoadria. Zadar. 9 (1). June 2004: 5–32. doi:10.15291/geoadria.127. 21 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 November 2019.
  5. Naklad Naprijet, The Croatian Adriatic Tourist Guide, pg. 338, Zagreb (1999), ISBN 953-178-097-8