Molibdatlar
Naviqasiyaya keç
Axtarışa keç
Molibdatlar — sulfat və volframat duzlarına analoji olan molibden turşusunun H2MoO4 duzları. Bunlar [MoO4]−2 [001] oxu üzrə yastılaşmış tetraedrlər əmələ gətirir. Bu pozulma nəticəsində və anionların nisbətən iri ölçülərinə görə molibdatlar ilə sulfatlar arasında izomorfizm müşahidə olunmur. Lakin izostruktur molibdatlar və volframatlar arasında (məsələn: şeyelit və vulfenit qrupları) qismən və ya tam əvəzolunma seriyaları qeyd edilir. Volframatlardan fərqli olaraq molibdatlar molibdenit yataqlarının oksidləşmə zonasının törəmə mineralları olub aşağı temperaturlu ekzogen proseslər zamanı əmələ gəlir.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.