Kürbuğa

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kürbuğa
Şəxsi məlumatlar
Doğum tarixi XI əsr
Vəfat tarixi 1102
Fəaliyyəti rəhbər, Atabəy
Dini islam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kürbuğa (ərəb. كربغا‎, türk. Kürboğa; ? - 1102) — Mosul atabəyliyinin hökmdarı, türk sərkərdə[1].

Böyük Səlcuqlu dövləti sərkərdələrindən olan Kürbuğa, Sultan Məlikşahın ölümündən sonra Tərkən xatunun kiçik yaşdakı oğlu Mahmudu taxta çıxara bilmək üçün onunla iş birliyi qurdu. Bağdaddan İsfahana gedərək vəliəhd şahzadə Börkiyaruqu həbs etdirdi. Ancaq Nizamülmülkə bağlı əsgərlər vəzirə aid silah ambarlarını yağmalayaraq Börkyaruqu qurtarıb Rey şəhərində sultan elan etdilər. Buna görə Tərkən xatun ilə iş birliyi quran Azərbaycan məliki İsmayıl ibn Alpsunqur Yakuti Börkyaruqu bərtərəf etmək üzərə hərəkətə keçdi. Tərkən xatun, Kürbuğa və digər bazı əmirləri böyük bir orduyla ona yardıma göndərdi. Kürbuğa, Kərəcdə meydana gələn savaşda İsmayıll ibn Alpsunqurun bir qisim qüvvələrini sövq və idarə etdi. Məğlub olan İsmayıl İsfahana qaçdı. Sultan Börkyaruq isə Bağdada getdi və sultanlığı Xəlifə Muktədi-Biəmrillah tərəfindən təsdiq edilib 14 məhərrəm 487-ci (3 fevral 1094-cü) ildə adına xütbə oxundu. Bu olaydan sonra Börkyaruqun səflərinə qatılan Kürbuğa, Sultan Börkyaruqun ona qarşı gələn əmisi Tutuş ibn Alparslan üzərinə göndərdiyi iki vali Qasimüddövlə Ağsunqur və Bozana yardımçı olaraq göndərildi. Ancaq Tutuş bu iki valini yaxalayıb edam etdirdi, Kürbuğanı da əsir aldı. Kürbuğanın qaynatası Əmir Ünəri səflərinə çəkmək amacıyla həyatını bağışlayıb qardaşı Altuntaş ilə birlikdə öncə Hələb, ardından Hümsdə həbs etdi. Tutuşun ölümündən (səfər 488 / fevral 1095) sonra oğlu Rizvan, Sultan Börkyaruqun istəyinə görə Kürbuğanı sərbəst buraxdı. Bundan sonra Kürbuğa qardaşı Altuntaş ilə birlikdə Harran üzərinə yürüyüb şəhəri ələ keçirdi[2]. Bu sırada Nusaybin hakimi Məhəmməd ibn Şərəfüddövlə Müslim, Tutuş tərəfindən Mosula yerləşdirilmiş olan qardaşı Əliyə qarşı Kürbuğadan yardım istədi. Kürbuğa, Məhəmməd ilə anlaşmasına baxmayaraq Nusaybini ələ keçirincə onu öldürdü. Ardından Əli ibn Şərəfüddövlə Müslimin hakimiyətində olan Mosul üzərinə yürüdü; uzun sürən bir mühasirədən sonra Əli təslim oldu (zilqadə 489 / noyabr 1096). Kürbuğa, Mosulda şəhərin əyan-əşrəfinin mallarını müsadirə etməyə qalxışan qardaşı Altuntaşı öldürmək məcburyyətində qaldı. Kürbuğa beləcə 489-cu (1096-cı) ildə Mosulun hakimi oldu və Sultan Börkyaruqa bağlı olaraq şəhəri idarə etməyə başladı. Qısa bir müddət sonra Rəhbəyi də ələ keçirdi. Bu arada Tutuşun öldürdüyü vali Qasimüddövlə Ağsunqurun kiçik yaşdakı oğlu İmadəddin Zəngini yanına gətirtərək yetişməsiylə şəxsən məşgul oldu.

491-ci (1098-ci) ildə Anadolunu keçərək Antakiya önünə gəlib şəhəri mühasirə etmiş olan xaçlılara qarşı vali Yağısıyan, Sultan Börkyaruqdan yardım istəyincə Börkyaruq Mosul hakimi Kürbuğanı ona yardıma göndərdi. Kürbuğa, Mosul və əl-Cəzirə qüvvələrinin başında dərhal hərəkətə keçdi. Anna Komnene, sultanın Kürbuğanın idarəsində tam təşkilatlı müəzzəm bir ordunu Antakiya üzərinə yolladığını qeyd edir[3]. Əbül-Fərəcə görə[4] bu ordunun sayı 100.000 nəfəri keçmişdi. Kürbuğa, Antakiyaya getmədən öncə yolu üzərində olan və 3 rəbiülaxir 491-ci (10 mart 1098-ci) ildə xaçlıların əlinə keçmiş olan Urfanı mühasirə etdi. Xaçlı qrafı Baudouin də Boulogne tərəfindən müdafiə edilən və sağlam davarlara sahib olan Urfanı alamadığı kimi burada 4-25 may 1098-ci il tarixləri arasında[5] keçirdiyi üç həftəlik zaman itkisi, xaçlıların mühasirə altında tutduqları Antakiyanı bu müddət içində bir hiyləylə ələ keçirmələrinə fürsət verdi. Kürbuğa 25 mayda Urfanı mühasirədən vaz keçdi. Mərcidəbidə Dəməşq məliki Dukak, Atabəy Tuğtəgin, Hüms hakimi Cənahüddövlə Hüseyn, Sincar hakimi Arslantaş və Artuklu bəyi Sökmənin də ona qatılmasıyla Səlcuqlu ordusu Antakiya istiqamətində hərəkətə keçdi. Kürbuğa, Antakiyaya gəldiyində xaçlıların bir neçə gün öncə erməni dönməsi Firuz adlı bir döyüşçünün yardımıyla divarlardan içəri girdiklərini öyrəndi və şəhəri qurtarmaq üçün çox gec qaldığını anladı. Şəhər divarları önündə aparılan ilk savaşı qazandı, ancaq divarları aşa bilmədi[6]. . Bunun üzərinə hələ vali Yağısıyanın oğlu Şəmsüddövlənin idarəsində olan iç qaladan şəhərə sızmayı planladı, qalanin müdafiəsində güvənli adamı Əhməd ibn Mərvanı göndərdi. Kürbuğanın planından xəbərdar olan Xaçlı rəisləri, iç qalanı şəhər istehkamlarından ayırmaq üzrə bir divar hörüb buradan şəhərə girişi önləməyə müvəffəq oldular. Kürbuğa bu dəfə şəhərin içindəki xaçlıları ac buraxaraq təslimə məcbur etmək istədi. Xaçlılar gerçəkdən də pərişan durumda idilər. Fürsət tapıb Antakiyadan qaçanlar, şəhərin limanı olan Süvəydiyəyə (Samandağ) gedərək yurdlarına dönmək üzrə buradan gəmilərə atlayır, bir qismi də Anadoluya qaçırdı. Xaçlılara yardım üçün yola çıxıb Akşəhərə (Filomelion) qədər irəliləmiş olan Bizans imperatoru Aleksios Komnen, burada rast gəldiyi qaçaqlardan Antakiyanın Kürbuğa tərəfindən mühasirə edildiyini və bu zamana qədər onun əlinə keçmiş olması lazım gəldiyini öyrəndi. Bu xəbər üzərinə edəcək bir şey qalmadığı düşüncəsiylə İstanbula geri dönməyi lazım bildi.

Bir yandan Antakiya mühasirə etməsi sırasında ona qatılmış olan Dəməşq məliyi Dukak, atabəy Tuğtəgin, Hüms hakimi Cənahüddövlə, Sincar hakimi Arslantaş və Artuklu bəyi Sökmən onlara yaxşı davranmaması üzündən birər-birər Kürbuğanın yanından ayrıldılar. Bu üzdən qüvvəsi yaxşıca zəifləyən Kürbuğa 28 iyun 1098-ci ildə xaçlılara qarşı apardığı savaşı uduzdu və geri çəkilməkdən başqa çarə tapa bilmədi. Bir müddət Hələbdə qaldıqdan sonra Məlik Rizvanın yardımıyla Mosula döndü. Antakiyanın iç qalası də xaçlılara təslim edildi. Beləcə birlik və bərabərliyin önəmini qavraya bilməyən türklər aclıq və yoxsulluq içində qıvranan xaçlılara yenik düşdülər. Xaçlılar əldə etdikləri bu bacarıqla Antakiya şəhərinə hakim olduqları kimi özlərinə Qüds yolunu da açmış oldular[7].

Kürbuğa, bu olaydan sonra Sultan Börkyaruq ilə qardaşı Məhəmməd Təpər arasındaki taxt mübarizələrinə qarışdı. 492-ci (1099-cu) ildə Bağdad şihnəsi Cövhərayin, Cəzirə-i İbn Ömər hakimi Çökürmüş, Kinkinər hakimi Sürxab ibn Bədr və digər bazı əmirlərlə birlikdə Məhəmməd Təpərın tərəfində yer aldı. Ancaq Məhəmməd Təpərdən gözlədiyi ilgini görə bilməyincə təkrar Börkyaruqun yanına döndü. Börkyaruq ilə Məhəmməd Təpər arasında Həmədan yaxınındaki Səfidrudda aparılan savaşda (4 rəcəb 493 / 15 may 1100) Börkyaruqun ordusunun sol qanadına başçılıq edən Kürbuğa, ehtimalən İnal adlı bir Türkmən əmirinin hakimiyətindəki Amid üzərinə yürüyüb şəhəri mühasira etdi. Yenilmək üzərə olduğu bir anda İmadüddin Zəngini atasının məmlüklərinə göstərib onların dəstəyini aldı. Fəqət şəhəri ələ keçirəməyəcəyini anlayınca mühasirəyə son verib şəhər önlərindən ayrıldı. Bu sırada əsir aldığı Artuklu bəyi Sökməni Mardində həbs etdi (494/1101). Artuklu bəyinin xanımının istəyinə görə nəvəsi Yakutini sərbəst buraxdı. Kürbuğa, ertəsi il Sultan Börkyaruq tərəfindən 10.000 süvariylə birlikdə, Azərbaycanda üsyan edən Mövdud ibn İsmayılın üzərinə göndərildi. Bölgənin böyük bir qisminı ələ keçirən Kürbuğa, Xoy şəhərinə yaxılaşarkən xəstələnincə səfərə davam edə bilmədi. 15 zilqadə 495-ci (31 avqust 1102-ci) ildə vəfat etdi və Xoy şəhərində toprağa verildi. Yanında olan güvənli adamı Sunqurcaya Mosulun idarəsinin verilməsini vəsiyət etdi. Ancaq Sunqurca öldürülüncə Mosulun idarəsi Kürbuğanın Hasankeyfdəki (Hısnıkeyfa) naibi Türkmən əmiri Musanın əlinə keçdi. İdarəsindəki digər şəhər və qalalar də çeşidli əmirlər arasında bölüşüldü.

  1. Bradbury, Jim. "The Routledge Companion to Medieval Warfare". Routledge, 2004. page 55 Arxivləşdirilib 2016-08-28 at the Wayback Machine
  2. İbrahim Kafəsoğlu, “Kür-Boğa”, İA, VI, 1084-1086
  3. Anna Comnène, Alexiade, III, 28
  4. Əbül-Fərəc, Tarix, II, 340.
  5. Dəmirkənt, Urfa Xaçlı Kontluğu, s. 41-44
  6. "Лучицкая C. Идея обращения иноверцев в хрониках первого крестового похода". 2020-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-19.
  7. K. V. Zetterstéen, “Kurbuķa”, EI² (İng.), V, 437.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]