Həsənqala (Xaçmaz)
Həsənqala | |
---|---|
41°34′50″ şm. e. 48°41′27″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Xaçmaz rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 2715 |
Həsənqala — Azərbaycan Respublikası Xaçmaz rayonu inzibati ərazi vahidində kənd.
Tarixi
[redaktə | mənbəni redaktə et]Kənd Samur-Dəvəçi ovalığındadır. Yaşayış məntəqəsi Qusar rayonunun Həsənqala kəndindən köçmüş ailələrin məskunlaşması nəticəsində yarandığı üçün belə adlandırılmışdır.[1]
Həsənqala kəndindəki qədim yaşayış məskəni ilk dəfə 1977-ci ildə aşkarlanıb. 2023-cü ildə Həsənqala kəndi ərazisində yerləşən “Həsənqala” təpəsində aparılan arxeoloji qazıntılar zamanı qiymətli tarixi maddi mədəniyyət nümunələri tapılıb. Aparılan qazıntı işləri zamanı erkən tunc dövrünə aid insan skeleti tapılıb. Maraqlı fakt odur ki, tapılan skeletin ayaq barmaqları olmayıb. Onun eramızdan əvvəl III minilliyə aid olduğu ehtimal olunur. Bundan əlavə arxeoloji qazıntılar zamanı ərazidən eramızdan əvvəl III minilliyə aid bəzəkli saxsı, sümükdən biz, döyüş daş baltası da aşkarlanıb.[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Bakı: Şərq-Qərb, 2007, səh.427
- ↑ Vəli Turan. "Xaçmazda e.ə III minilliyə aid insan skeleti tapılıb" (az.). APA.az. 18.09.2023. İstifadə tarixi: 2023-09-18.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et] Xaçmaz rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |