41°36′17″ şm. e. 48°44′46″ ş. u.HGYO

Bostançı (Xaçmaz)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bostançı
41°36′17″ şm. e. 48°44′46″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 18 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Bostançı xəritədə
Bostançı
Bostançı

BostançıAzərbaycan Respublikasının Xaçmaz rayonunun Dədəli inzibati ərazi vahidində kənd[1]. Bostançı bələdiyyəsinin mərkəzidir[1].

Kənd Samur-Dəvəçi ovalığındadır[1].

Oykonimi etnotoponim hesab edən tədqiqatçıların fikrincə, toponim bostan (qırğızlarda və özbəklərdə boston) tayfa adından və -"çı" mənsubiyyət şəkilçisindən düzəlib[1]. Bostançı oykoniminin bu kənddə yaşayan əhalinin qədim məşğuliyyəti (tərəvəz yetişdirmə) ilə də bağlı olması da ehtimal olunur[1].Kəndin adı bəzi mənbələrdə Osmanlı imperiyasını idarə edən sultanların saray işlərini idarə edən bostançıbaşı ailəsinin Azərbaycana köçməsi ilə əlaqələndirilir.

Ermənistanda da Bostançı Xaraba, Gürcüstanda Bostançı, Özbəkistanda Bostanlık, Bustan, Tacikistanda Bustankala toponimləri qeydə alınmışdır[1].

Kənddə tam orta məktəb, kitabxana, tibb məntəqəsi, mədəniyyət klubu vardır. Kəndin mərkəzində məscid yerləşir[1].

  1. 1 2 3 4 5 6 7 "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh. 147.