Bayoba
Bayoba | |
---|---|
41°25′41″ şm. e. 48°42′22″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Xaçmaz rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Bayoba — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Yergüc inzibati ərazi vahidində kənd.
Adının mənası
[redaktə | mənbəni redaktə et]Yerli əhalinin verdiyi məlumata görə, obanın əsasını əslən Quba rayonunun Cek kəndindən olan Bay adlı bir şəxs qoymuşdur. Oykonim bay və oba komponentlərindən ibarət olub, "bəy kəndi" və ya "bəy obası" deməkdir[1].
Bayoba kəndi Xaçmaz rayonun Quba rayonuna yaxın ərazisində yerləşir. Bu kəndin hər tərəfi müxtəlif meyvə bağları ilə əhatə olunmuş füsünkar bir ərazidir. Bayoba kəndi adını 18 əsrin sonlarında yaşamış Bay adlı adamın adıyla bağlıdır. Deyilənlərə görə Bay və onun ailəsi bu kəndə ilk məskən saldıqları üçün kəndin adı Bayoba qalıb. Kiçik bir kəndir təxmini əhali sayı 500-600 nəfər və ev sayı isə təxmini 110-120-dir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Kəndin yerləşdiyi ərazi əvvəllər Quba rayonunun Cek kəndinə aid qışlaq yeri olmuşdur. Bu ərazidə kəndin yaranması XIX əsrin ortalarına təsadüf edir. Həmin vaxt ceklilərin bir hissəsi bu əraziyə köçmüşdür Nəticədə də qışlaq kəndə çevrilmişdir.
Coğrafiyası və iqlimi
[redaktə | mənbəni redaktə et]Samur-Dəvəçi ovalığındadır[1].
Əhalisi
[redaktə | mənbəni redaktə et]Kəndin əhalisinin etnik tərkibini Şahdağ xalqlarından biri olan ceklilər təşkil edir.
Təhsil
[redaktə | mənbəni redaktə et]Kənddə Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olmuş Əlvan Fətəliyev adına ümumi orta məktəb fəaliyyət göstərir[2]. Məktəbdə təxmini 120-yə yaxın şagird təhsil alır.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 AMEA. Nəsimi adına Dilçilik İnstitutu. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Arxivləşdirilib 2016-03-11 at the Wayback Machine Bakı, "Şərq-Qərb", 2007, səh. 119
- ↑ Azərbaycanda şaxtalı hava məktəblilərin də yolunu bağlayıb - VİDEO Arxivləşdirilib 2023-07-02 at the Wayback Machine (az.)
Xaçmaz rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |