58°07′00″ şm. e. 23°58′00″ ş. u.HGYO

Kihnu adası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kihnu adası
est. Kihnu
Ümumi məlumatlar
Sahəsi 16,4 km²
Hündür nöqtəsi 8 m
Əhalisi 516 nəfər (2013-cü il)
Yerləşməsi
58°07′00″ şm. e. 23°58′00″ ş. u.HGYO
Ölkə  Estoniya
Akvatoriya
Kihnu adası xəritədə
Kihnu adası
Kihnu adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kihnu (est. Kihnu) — Baltik dənizində yerləşən ada. Kihnunun sahəsi 16,4 km² təşkil edir. Estoniyanın ərazisinə daxildir.

Kihnu adası Riqa körfəzinə[1] daxil olan iri adalardan biridir. Estoniyanın isə sahəsinə görə yeddinci adasıdır. İnzibati cəhətdən isə Pyarnu qəzasının Kihnu rayonu ərazisinə daxildir.

Adada dəniz və konntinental mülayim iqlim hakimdir.

  • Orta illik temperatur — 6,8 °C
  • Küləyin orta günlük sürəti — 5,7 m/s
  • Havanın mütləq rütubəti — 83 %
Kihnu adası
Adanın sahili

Kihnu adası ərazisində ilk insan yayış məntəqəsi üç min il öncəyə aiddir. Ada haqqında ilk yazılı məlumat isə 1386-cı ilə aiddir. Ada insanları əsasən SaaremaaMuhu adalarından, Lyaen qəzasından gəlmişlər. Sonrakı illərdə İsveçlilər və Litvalılar üstünlük təşkil etmişlər.

2013-cü il siyahıya alınmasına görə adanın əhalisinin sayı 516 nəfər[2] təşkil etmişdir. Ada əhalisi əsasən estonlardır. Adada dörd yaşayış məntəqəsi vardır: Lemsi, Linakyola, Rootsikyola və Syaare.

Adanın əsas təsarrüfat sahələri: BalıqçılıqYeyinti sənayesi.

Ada ilə Pyarnu şəhəri arasında bərə və hava nəqliyyatı fəaliyyət göstərir. Qışda isə körfəzin donması ilə materiklə avtomobil əlaqəsi təmin edilir.

UNESCO Ümumdünya irsi 7 noyabr 2003-cü ildə adanı insanlıq üçün mühüm mədəniyyət obyekti elan etmişdir.

  1. C.Michael Hogan. 2011. Gulf of Riga. Encyclopedia of Earth. Eds. P.Saundry & C.J.Cleveland. National Council for Science and the Environment. Washington DC.]
  2. "Estoniyanın əhalisi". 2016-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-01.