Kibrit

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kibrit
Yanan kibrit
İlk kibrit qutularından biri
Kibritin alışması

Kibrit — açıq od almaq üçün ucunda yanan başlıq olan tez alışan xırda çubuq.

Yanma temperaturu

[redaktə | mənbəni redaktə et]

Kibrit yanan zaman odun temperaturu 750-850 °C, bu zaman 300 °C — yanan çubuğun temperaturu, 800 — 1000 °C isə odun temperaturudur.

Kibrit alışma reaksiyası

[redaktə | mənbəni redaktə et]

Qırmızı fosfordan kibrit istehsalında istifadə olunur. Belə ki, onun narın əzilmiş şüşə və yapışqanla qarışığını kibrit qutusunun yanına çəkirlər. Tərkibi kalium-xlorat (Bertolle duzu) KClO3 və kükürddən ibarət olan kibrit başlığı qutunun yanına sürtüldükdə alovlanma baş verir.

  • 6P + 5KClO3 → 5KCl + 3P2O5

Düzəltmə tarixi

[redaktə | mənbəni redaktə et]

Dünyada ilk kibriti 1826-ci ildə ingilis kimyaçı və əczaçı Con Uoker düzəldib. O, 1826-ci ildə çubuq ilə kimyəvi qatıçığı qarışdırırdı. Çubuğun üzərində qatışıqdan bir damcı qurumuşdu. Uoker onu təmizləmək üçün yerə sürtəndə çubuq alovlandı. Beləliklə kibritin tarixçəsi başladı. Lakin, Con Uoker ixtirasını patenetləşdirmədi.Samuel Cons adlı bir şəxs Con Uokerin ixtirasını görüb onları "Lüsifercik" adı ilə satmağa başladı. Pis iyə və qığılcımlara baxmayaraq o, tonlarla kibrit satırdı. 1885-ci ildə İsveç kimyaçısı İohan Edvard Landstrom ilk dəfə fosforu qırmızı fosforla əvəzləyərək kibriti təhlükəsizləşdirdi. 1889-cü ildə Coçua Pyusi kibrit qutusunu ixtira etdi, lakin yandırılan hissə daxildə idi. O, patenti Diamond Match Kompaniyasına verdi. Bu dəfə kompaniya yandırılan hissəni çölə qoymuşdu. 1910-cu ildə kompaniya sağlamlığa zərər verməyən kibritin patentini aldı. İcadın əhəmiyyəti o qədər çox idi ki, ABŞ prezidenti Uilyam Taft insanlar önündə kompaniyadan müəllif hüquqlarından əl çəkməyi xahiş etmişdi. Şirkət bunla razılaşaraq 28 yanvar 1911-ci ildə müəllif hüquqlarından əl çəkdi.

Sonra qutuların üzərinə etiketlər yapışdırılmağa başlandı və yeni kolleksiya növü - Filumeniya düzəltdi.

Təhlükəsiz kibrit

[redaktə | mənbəni redaktə et]

Kibrit istehsalında ağ fosfor təhlükəsi,etibarlı kibritin istehsalının yaranması üçün zəmin yaratdı. Kibrit istehsalındakı əsas yenilik kibritin uc hissəsində qırmızı fosfordan istifadə olunması idi. Bu fikir 1844-cü ildə İsveçli Qustav Erik Paş(1788–1862) tərəfindən irəli sürülmüş, İohan Edvard Landstrom(1815-1888) tərəfindən təkmilləşdirilmişdir.