Con Uoker

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Con Uoker
ing. John Ernest Walker
Doğum tarixi 7 yanvar 1941(1941-01-07)[1][2] (83 yaş)
Doğum yeri
Fəaliyyəti molekulyar bioloq, kimyaçı, universitet müəllimi[d]
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Con Uoker (7 yanvar 1941[1][2], Halifaks[d], Qərbi Yorkşir[d]) — ingilis kimyaçısı, kimya üzrə Nobel mükafatı laureatı, Kembricdəki Tibbi Tədqiqatlar Şurasının Dann İnsan Qidalanma Birliyinin direktoru.

Bioqrafiyası və elmi işi

[redaktə | mənbəni redaktə et]

Con Uoker Halifksda anadan olub və uşaqlığını kənddə keçirib. 1964-cü ildə Oksford Universitetinin Müqəddəs Yekaterina Kollecini bitirmiş və 1969-cu ildə həmin universitetdə peptid antibiotikləri mövzusunda dissertasiya işi etmişdir.

Bundan sonra C.Uoker xaricdə işləmişdir: ABŞ-da Madisondakı Viskonsin Universitetində (1969-1971 il), Fransada Give-sur-Yvette və Pasteur İnstitutunda (1971-1974 il). Daha sonra C.Uoker İngiltərəyə qayıtdı və burada İngiltərənin ən mühüm tədqiqat mərkəzlərindən biri olan Tibbi Tədqiqatlar Şurasının Molekulyar Biologiya Laboratoriyasında işləməyə başladı. 1978-ci ildə o, mitoxondrial membran zülallarını (əsasən ATP sintaza) öyrənməyə başladı. Uoker hüceyrədə ATP sintezinin enzimatik təbiətini kəşf etdi. 1997-ci ildə Uoker Pol Boyerlə birlikdə bu kəşfə görə kimya üzrə Nobel mükafatını aldı.

İctimai fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2016-cı ildə o, Greenpeace, Birləşmiş Millətlər Təşkilatı və bütün dünya hökumətlərini geni dəyişdirilmiş orqanizmlərə (GMO) qarşı mübarizəni dayandırmağa çağıran məktub imzaladı [4][5][6].

  1. 1 2 Sir John Walker // Encyclopædia Britannica (ing.).
  2. 1 2 John E. Walker // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 NNDB (ing.). 2002.
  4. 107 Nobel laureates sign letter blasting Greenpeace over GMOs. Дата обращения: 30 июня 2016. Архивировано 29 июня 2016 года.
  5. Laureates Letter Supporting Precision Agriculture (GMOs). Дата обращения: 30 июня 2016. Архивировано 7 июля 2016 года.
  6. Список нобелевских лауреатов подписавших письмо. Дата обращения: 30 июня 2016. Архивировано 2 сентября 2017 года.
  7. "Arxivlənmiş surət". 2023-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-14. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)