Adi kasnı
Adi kasnı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Adi kasnı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Adi kasnı (lat. Cichorium intybus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin kasnı cinsinə aid bitki növü.
Qısa morfoloji təsviri
[redaktə | mənbəni redaktə et]Çoxillik bitkidir. Gövdəsi dikduran, hündürlüyü 20-125 sm, aşağı hissədə tüklü, şırımlı, açıq budaqlıdır. Bəzi bölgələrdə çırtlıq (çırtdıq) adlandırılan bu bitkinin aşağı yarpaqları uzunsov-lansetvari, oyüqlu, lələkvarı bölümlü, hər iki tərəfdən nahamar-tüklüdür. Gövdəyanı yarpaqları seyrək, oturaq, gövdəni bürüyən, yuxarı yarpaqlar xırda, bütöv, lansetvari, ucubizdir. Səbətləri 10 mm yaxın uzunluqda, gövdə yarpaqların qoltuğunda tək-tək və ya dəstəşəklində yerləşir. Çiçəkləri mavi rəngdə, sarğıdan 2-3 dəfə uzundur. Toxumcaları 2-3 mm uzunluqda, tərsyumurtavari, açıq rəngdən qara rəngə kimi; kəkili çox qısa nazik pərdələrdən ibarətdir.
Yayılması
[redaktə | mənbəni redaktə et]Böyük Qafqazın bütün rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışır. Kolluqlarda, əkinlərdə, bağlarda, bostanlarda (alaq kimi) və yol kənarlarında bitir.
Sinonimləri
[redaktə | mənbəni redaktə et]Homotipik sinonimləri
[redaktə | mənbəni redaktə et]- Cichorium rigidum Salisb.
- Cichorium sylvestre Lam.
Yarımnövləri
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 813.