Ankerit

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ankerit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
CaFe²⁺(CO₃)₂
Strunz təsnifatı Vb/A.03a[1]
Xüsusiyyətləri
Zolaq rəngi
Sıxlıq 3 q/sm³
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ankerit – karbonatlar qrupuna aid mineral. Avstriya mineraloqu M. Ankerin (17711843) şərəfinə adlandırılmışdır. Tərkibi dolomit kimi ikiqat duz tiplidir – Ca(Fe2+,Mg)[CO3]2. Sinqoniyası triqonaldır. Kristalları romboedrik, aqreqatları, əsasən, dənəlidir. Rəngi , boz sarımtıl, qonurudur. Şüşə parıltısı var. Sərtliyi – 3,5–4, sıxlığı – 2930–3100 kq/m³. Maqneziumdəmirlə zəngin süxurlara hidrotermal məhlulların təsirindən əmələ gəlir. Aşınma nəticəsində qonuru rəng aldığı üçün ankeritə qonur şpat da deyilir. Kimyatikinti sənayesində işlədilir.[2]

  1. Strunz K. H., Tennyson C. Mineralogische Tabellen : Eine Klassifizierung der Mineralien auf kristallchemischer Grundlage, mit einer Einfuhrung in die Kristallchemie. 8 Leypsiq: Akademische Verlagsgesellschaft, 1982.
  2. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 505 – 506. ISBN 978-9952-441-02-4.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]