Pirolüzit
Pirolüzit | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Formul (təkrarlanan vahid) |
MnO₂ |
Strunz təsnifatı | IV/D.03a[1] |
Xüsusiyyətləri | |
Kristalloqrafik sinqoniya | tetraqonal[d][2] |
Vikianbarda əlaqəli mediafayllar |
Pirolüzit — tetraqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn.
Növ müxtəliflikləri
[redaktə | mənbəni redaktə et]Polianit – mineralın aydınkristallik növ müxtəlifliyi.
Xassələri
[redaktə | mənbəni redaktə et]Rəng – çox vaxt göyümtül çalarlı poladı-bozdan qarayadək, polianitin–dəmiri-boz; Mineralın cizgisinin rəngi – qara, tutqun; Parıltı – yarımmetal parıltısından metal parıltısınadək, donuq; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 4,7-5,2; Sərtlik – mineralın aqreqat halından asılıdır: kristallarda – 6-6,5; aqreqatlarda 2-dək azalır; Kövrəkdir; Ayrılma – {110} üzrə mükəmməl; Bölünmə – qeyri-hamar, tikanlı; Başqa xassələr – yarımkeçiricilik xassələrli ilə səciyyələnir; Morfologiya – kristallar: vertikal cizgili, sütunvari, iynəvari; İkiləşmə: nadirdir; Mineral aqreqatları: dənəvər, gizlikristallik, torpaq- və hisvari (duda), qarışıq lifli kütlələr; böyrək - və salxımvari əmələgəlmələr – «qara şüşə kəllə», radial-şüalı oolitlər, konkresiyalar, təbəqəvari dendritlər, qabıq və qaysaqlar, jelvaklar, həmçinin druzalar və fırçalar (polianit), manqanit, rodoxrozit, dolomit və b. üzrə psevdomorfozalar.
Mənşəyi və yayılması
[redaktə | mənbəni redaktə et]Pirolüzit əsasən ekzogen mənşəlidir. Onun ən böyük yataqları hövzələrin sahilyanı zonalarında yerləşən çökmə-dəniz əmələgəlmələri ilə təmsil olunmuşdur. Pirolüzit manqanla zənginləşmiş süxurların aşınma qabığının və manqan filizi yataqlarının oksidləşmə zonalarının xarakterik mineralıdır (manqan papağı). Sualtı püskürmələrlə onun eksqalyasion - çökmə əmələgəlmələri əlaqədardır. Bəzən hidrotermal yolla əmələ gəlir. Birlikdə rast gəldiyi minerallar: maqnetit, psilomelan, braunit, qausmannit, ramsdellit, hötit, hidrohötit, lepidokrokit, kvars, kalsit. Mineralın tapıldığı yerlər: Balaqxat, Naqpur, Banda (Hindistan); Qrut-Aylend adası (Avstraliya); Qana; Çiatura (Gürcüstan); Nikopol (Ukrayna); Prşibram (Çexiya); Zigerland, İlmenau, Erenşok, Elqesburq (Almaniya); Layfayett (Braziliya) və b. Azərbaycanda manqan filizi obyektləri Molla-Cəlil və Elvor yataqları (Göy-Göl rayonu) və Şahbuz (Biçənək), Ordubad (Kvanus), Qazax (Daşsalahlı), Şəmkir, Kəlbəcər rayonlarında yerləşən bir sıra kiçik filiz təzahürləri ilə təmsil olunmuşdur.
Tətbiqi
[redaktə | mənbəni redaktə et]Mühüm manqan filizidir; quru eliktrik batareyalarının istehsalında, kimya, şüşə, dəri emalı sənayesində, təbabətdə və başqa sahələrdə geniş istifadə edilir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.