İqqdrasil
İqqdrasil (Qədim skandinav dilində Yggdrasill) — Qədim Skandinaviya mifologiyasında 9 dünyanı bir yerdə tutan nəhəng mifoloji ağac. İqqdrasil 9 dünyanı əhatə edir və ilan Yormunqandr tərəfindən qorunur. İqqdrasil bütün mədəniyyətlərə məlum kosmik ox yaxud universal dünya ağacının bir çox variantından biridir. O, bir çox məxluqun evidir. Bunlardan ən çox bilinənlər; ağacın köklərində yuva salan ilan yaxud əjdaha "Nidhogg", ağacın başında yaşayan xoruz Qullinkambi (qızıl pipik), onlar arasında xəbər aparan dələ Ratatosk, dörd küləyi təmsil edən erkək marallar — Dáinn, Dvalinn, Duneyrr və Duraþrór və adsız qartaldır. Skandinav əfsanəsinə görə tanrı Odin Run əlifbasını əldə etmək üçün doqquz gecə özünü ağacdan başı-aşağı asmışdır. Ağacın köklərinin altından bulaq, Mimir, qaynayır. Odin müdriklik qazanmaq üçün Mimirə bir gözünü qurban vermişdir. 13-cü əsrdə bir araya toplanmış poetik Edda və 13-cü əsrdə Snorri Sturluson tərəfindən qələmə alınmış, nəsr şəklində olan Eddaya istinadən İqqdrasil nəhəng göyrüş ağacıdır. İqqdrasilin budaqları cənnətə qədər uzanır. Raqnarök günü gəldiyi zaman alov nəhəngi Surtr tərəfindən yandırılacaq.
Etimologiya
[redaktə | mənbəni redaktə et]Ümumu qəbul edilmiş mənası "Odinin atı", "dar ağacı"dır. Çünki drasill at, Ygg(r) Odinin bir neçə adından biridir. Poetik Eddada Hávamál şeirində Odinin özünü ağacdan asaraq qurban verdiyi təsvir olunub, buna görə də bu ağac "Odinin dar ağacı" mənasına gələ bilər. Buna baxmayaraq, akademik varianta görə İqqdrasil elə ağacın öz adıdır. F. Detterin təqdim etdiyi üçüncü varianta görə isə İqqdrasil Yggr ("qorxu, terror" deməkdir, lakin bu sözün tanrı Odinin adına əsaslanmır) sözündəndir və buna görə də "qorxu ağacı, dar ağacı" mənasına gəlir. Dördüncü versiya isə F. R. Şröder tərəfindən irəli sürülür, Şröderə görə İqqdrasil "qaraçöhrə dirəyi" deməkdir – *igwja (qaraçöhrə ağacı) sözündən gələn yggia, *dher (dəstək) sözündən gələn drasill (dəstək).
Poetik Edda
[redaktə | mənbəni redaktə et]Poetik Eddada üç şeirdə Völuspá, Hávamál və Grímnismálda ağacın adı çəkilir. Völuspada, 19-cu bənddə völva deyir:
Qədim skandinav dilində.
- Ask veitk standa, heitir Yggdrasill
- Hár baðmr, ausinn hvíta auri;
- þaðan koma döggvar þærs í dala falla;
- Stendr æ of grænn Urðar brunni.
Azərbaycan dilində.
- Mən bilirəm göyrüş ağacı orada dayanır.
- İqqdrasildir onun adı.
- Parıldayan gil torpaqla yuyulan hündür ağac,
- Vadilərə damlayan şəbnəmlər oradan gəlir.
- "Urðr"un bulağında həmişə yaşıl olaraq qalır.