San-Marino

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
San Marino
it. Repubblica di San Marino
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
lat. Libertas
Himn: 
San Marino himni
"Respublikanın İstiqlal Marşı"
Rəsmi dilləri
Paytaxt San Marino
İdarəetmə forması Unitar respublika
Kapitan-qəyyum Francesca Civerchia
Kapitan-qəyyum Dalibor Riccardi
Sahəsi Dünyada 227-ci
 • Ümumi 61.2 km² km²
 • Su sahəsi (%) 0
Əhalisi
 • Əhali 33.000 nəfər
 • Siyahıyaalma 520 nəf.
 • Ümumi 1.855.382.833 $[1]
Valyuta avro
İnternet domeni .sm
ISO kodu SM
BOK kodu SMR
Telefon kodu +378
Saat qurşaqları
  • Mərkəzi Avropa vaxtı[d]
Nəqliyyatın yönü sağ[d][2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

San Marino (it. San Marino) və ya rəsmi adı ilə San Marino Respublikası (it. Repubblica di San Marino) — Cənubi Avropada anklav mikrodövlət. San-Marino dörd tərəfdən İtaliya ilə əhatə olunmuşdur. Paytaxtı San Marino, ən böyük şəhəri Doqana, ümumi sahəsi 61.2 kvadrat kilometr, əhalisinin sayı 33.000 (2018) nəfərdir. Dövlət quruluşu parlamentli respublika, dövlət dili italyan dili, pul vahidi avrodur. Burada əsasən kimya sənayesi, xammal, şərab növləri, maşınqayırma və s. inkişaf etmişdir.

San Marino ordusu dünyanın ən kiçik ordularından biridir və cəmi 225 əsgəri vardır. Ordunun vəzifəsi sərhədlərin patrul keşiyini çəkmək, hökumət binalarını qorumaq, cinayətkarları tutmaqda polisə kömək etmək və ölkəni müdafiə etməkdir. San Marinonun 700 nəfər şəxsi heyəti olan polisi vardır.

border=none Əsas məqalə: San Marino tarixi

San Marino Qalası dünyanın ən köhnə ölkələrindən biri olan və ən köhnə respublikası olan San Marino, 3 sentyabr 301-ci ildə Roma İmperatoru Diokletianın Xristianlara qarşı tətbiq etdiyi işgəncədən qaçan Xristian bir daş ustası Müqəddəs Marinus və ətrafına toplananlar tərəfindən qurulmuşdur.

1503-cü ildə bir müddət Cesare Borgia tərəfindən işğal edildi. 1631-ci ildə Papalıq tərəfindən müstəqilliyi tanınmışdır. 1739-cu ildə Papa XII Klementin ordusu tərəfindən işğal edildi. 1797-ci ildə Napoleonun işğalından kapitan-qəyyumlardan biri olan Antonio Onofri sayəsində qurtulmuşdu. 1815-ci ildə Vyana konqresi, San Marinonu bir dövlət olaraq tanımaya davam etdi. San Marino Cüzeppe Qaribaldinin birləşmə hərəkatına da qoşulmamışdı. Abraham Linkoln San Marinonun fəxri vətəndaşı titulu daşıyırdı.[3]

1915-ci ildə İtaliya-Avstriya döyüşündə San Marino bitərəf olduğu üçün İtaliya tərəfindən telefon xətləri kəsilmişdi. San Marino, 1923dən 1943ə qədər San Marino Faşist Partiyası (PSK) hakimiyyəti altında idi. Səhvən 17 sentyabr 1940 tarixində İngiltərəyə müharibə elan edilməsi xəbərinə baxmayaraq, İkinci Dünya müharibəsi vaxtı San Marino bitərəf qaldı.[4] İtaliyada Benito Mussolininin devrilməsindən sonra, yeni hökumət müharibədə tərəfsizliyini elan etdi. Buna baxmayaraq Britaniya hava qüvvələri tərəfindən 26 iyun 1944-cü ildə bombalandı. Ən az 35 vətəndaş əməliyyatda öldürüldü. Müttəfiq qüvvətlər Qot xəttinə geri çəkilərkən, San Marino minlərlə mühaciri qəbul etdi. Sentyabr ayı, 1944-cü ildə, San Marino Nasist Almaniyası tərəfindən işğal edildi, lakin San Marino döyüşündə məğlubiyyətə uğradıldı. 1945–1957-ci illərdə San Marino dünyadakı ilk demokratik seçilmiş kommunist hökumətə sahib oldu.[5] 1988-ci ildə Avropa Şurasının, 1992-ci ildə BMTnin üzvü olmuşdur.

San-Marino xəritəsi

San Marino, İtaliya torpaqları içərisindəki Emiliya RomanyaMarke regionları arasında olan bir anklavdır. Adriatik Dənizi sahilindən 10 kilometr qərbdə yerləşir, ölkənin tək qonşusu İtaliyadır. Paytaxtı Monte Titano üzərindəki San Marino şəhəridir. Ölkə, Avropada VatikanMonakodan sonra ən kiçik ölkədir. San Marino dağlıq ölkədir.

Ölkədə İtaliya yarımadasında effektiv olan Aralıq dənizi iqliminə sahibdir. İlıq yayları, sərin qışları olur.

1600-cü ildə hazırlanmış San-Marino konstitusiyası

San Marino çox partiyalı, demokratiya ilə idarə olunan bir demokratik respublikadır. Dövlət başçısı iki nəfərdən ibarət kapitan-qəyyumlardır. Bu kapitanlar hər 6 ayda bir baş tutan seçkilərlə yenilənir. Kapitan seçkiləri Böyük Şurada reallaşır. Böyük Şuranın 60 üzvü 5 il üçün sərbəst seçkilərlə iş başına gəlməkdədir. İdarəedici qüvvə hökumətdir. Məhkəmə sistemi müstəqildir. Ölkə Avropanın ən köhnə konstitusiyası olan 1600 tarixli bir konstitusiyaya malikdir. İcra vəzifəsini iki kapitan yerinə yetirir. Bu sistem 1243-cü ildə formalaşıb. Dünyada ən çox qadın dövlət başçısı görmüş ölkədir.

San-Marino İnzibati bölmələri
border=none Əsas məqalə: San-Marino şəhərləri
San Marino şəhər istisna olmaqla 8 bələdiyyədən ibarətdir: Akkuaviva, Borqo-Macore, Kezanuova, Domanyano, Faetano, Fiorentino, Montecardino, Serravalle.

Ölkə 61.2 km² olmağına baxmayaraq 290 kilometrlik bir quru yolu şəbəkəsi var və bunun böyük qisimini şoselər meydana gətirər. San Marinonun nömrələrdə istifadə etdiyi kod "RSM"dir. Ölkəyə giriş çıxışların böyük qisimi quru yolu ilə edilsə də ölkədə Federico Fellini Beynəlxalq Havalımanı adında bir havalımanı da vardır və bir çox Avropa ölkəsinin böyük şəhərlərindən San Marinoya birbaşa reyslər vardır. Ölkənin dənizə sahili olmadığı üçün limanı da yoxdur.

San Marino Ordusu milli mərasimdə Monte Titano üzərində olan San Marinonun Üç Qülləsi ölkənin işarələrindən biri olub həm ölkə bayrağı həm də gerbində var. Bu qüllələrdə istehsal olunan şokolad və keks olduqca məşhurdur.

İtaliya ilə birgə San Marinoda ən məşhur idman futboldur. Ölkədəki futbol klubları San Marino Futbol Federasiyasında birləşib. Təxminən on beş komanda San Marino liqasında yarışır. San Marino Calcio adında bir klub da İtaliya Futbol Federasiyasına bağlı olaraq Seria C2 liqasında oynamaqdadır. San Marino Milli Futbol Komandası ilk qeyri-rəsmi oyununu 1986-cı ildə Kanada Olimpiada Komandası ilə oynamış və 1–0 məğlub olmuşdur. İlk rəsmi oyununu 14 noyabr 1990 tarixində Avropa Futbol Çempionatı üçün İsveçrə ilə oynayan San Marino bu oyunda 4–0 məğlub olmuşdur. Ölkədə ikinci əhəmiyyətli idman olan Formula 1, dünya tərəfindən məşhur San Marino Qranprisində keçirilir.

San Marino mətbəxi İtalyan mətbəxi ilə qüvvətli bir bənzərlik daşıyır. Xüsusilə arasında olduğu Emilia-Romanya və Marke bölgələrinin mətbəxinə bənzəyən San Marino mətbəxinin ən xüsusi yeməyi San Marinonun Üç Qülləsində hazırlanan şokoladlı kekslərdir. Həmçinin ölkədə kiçik bir şərab sənayesi vardır.

Ölkə son illərdə turizmdə böyük inkişaf yolu keçmişdir. San Marino Avropa Birliyinə üzv olmamasına baxmayaraq pul vahidi olaraq Avronu istifadə edir. Avrodan əvvəl İtalyan lireti və San Marino liretini istifadə edən ölkə Avronun Avropa Birliyinin rəsmi pul vahidi olması və bu səbəblə İtalyan liretinin dövriyyədən yığışdırlması nəticəsində İtaliya ilə birlikdə Avroya keçmişdir. Ölkənin ümumdaxili istehsalın əhəmiyyətli payı — 50% ilə turizmə düşür. 2009-cu ildə 2 milyon nəfər ölkəni ziyarət etmişdi.[6] San Marinonu hər il 3 milyondan çox insan ziyarət etməkdədir. Geri qalan hissəsi isə bankçılıq, elektronik və dulusçuluq kimi iqtisadi fəaliyyətlərə aiddir. San Marino əhalininin əhəmiyyətli bir hissəsi əkinçiliklə məşğul olmaqdadır. Ölkə kənd təsərrüfatı sektorunda ən çox pendir və şərab istehsal edir. San Marinonun çap etdirdiyi pullar və markalar kolleksiyaçılar tərəfindən rəğbət görür. Ölkə Kiçik Avropa Məktub Birliyinə üzvdür.

Hər il milyonlarla insanın ziyarət etdiyi San Marino bir düzənliyin ortasında yüksələn böyük bir qayanın üzərinə qurulmuşdur. Orta əsrlərdən qalma bürcləri, San Françesko kilsəsi, Müqəddəs Marinonun müqəddəs əşyalarının sərgiləndiyi muzey və hökumət evi San Marinonun görülməyə dəyər yerlərindən sayılır.

Təxminən 32.500 nəfərlik ölkə əhalisinin 4800-ü xaricidir və onların çoxu İtaliya vətəndaşıdır. Təxminən 12.000 nəfər San Marinolu da xaricdə, xüsusilə də İtaliyada yaşayır. San Marinoda danışılan dil İtalyancanın Romanyol ləhcəsidir. Xalqın çoxu Roma Katolik Kilsəsinə bağlıdır. Çox az yəhudi var.[7] 2011-ci ilə görə dini bölgü:[8]

Din Faizlə
Katolik 97,2%
Protestant 1,1%
Digər (xristian) 0,7%
Yəhudi 0,1%
Digər 0,1%
Dinsiz 0,7%
Cavablandırmayan 0,1%
  1. https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD. Dünya Bankı.
  2. http://chartsbin.com/view/edr.
  3. "San Marino Arxivləşdirilib 2011-11-08 at the Wayback Machine". United States Diplomatic History. U. S. Department of State
  4. "GALES SCATTER NAZI CHANNEL FLEETS; ITALIANS THRUST DEEPER INTO EGYPT (9/18/40) Arxivləşdirilib 2013-02-24 at the Wayback Machine" — Nyu York Tayms
  5. Alan James Mayne (1 January 1999). From Politics Past to Politics Future: An Integrated Analysis of Current and Emergent Paradigms Arxivləşdirilib 2022-05-10 at the Wayback Machine. Greenwood Publishing Group. səh. 59
  6. "Turismo: San Marino fa i conti con la recessione economica, l'Italia guarda con fiducia al 2010" Arxivləşdirilib 2011-05-11 at the Wayback Machine (İtalyanca). San Marino RTV.
  7. Sheib, Ariel. "Virtual Jewish history tour: San Marino Arxivləşdirilib 2011-05-10 at the Wayback Machine". jewishvirtuallibrary.org.
  8. "CIA Factbook - San Marino". 2010-07-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-04.