[go: up one dir, main page]



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Axmaq yüksək vəzifədə olanda hamı onunla dahi kimi rəftar edir. Klod Adrian Helvetsi
  • Ağılsız ər ilə istədiyi kimi rəftar etməyi ağıllı ərə qulaq asmaqdan üstün tutan qadınlar yolda görən və yolu bilənin ardınca getməkdənsə öz ardınca koru aparmağa üstünlük verir. Plutarx
  • Az danışmağı, susmağı, soruşanda cavab verməyi, böyüklərə qulaq asmağı öyrətmək, nalaiq sözlər, söyüşlər, yersiz kəlmələr işlətdikdə utandırmaq, gözəl, zərif, xoş kəlamlardan istifadə etdikdə tərifləmək, buna adət etməyə hüsn-rəğbət oyatmaq lazımdır. O, müəlliminə, yaşca özündən böyük olanlara hörmət və xidmət etməyi bilməlidir. Böyük adamların övladları belə davranış qaydalarına daha çox möhtacdır. Onun müəllimi ağıllı, vicdanlı, əxlaq normalarına, uşaq ruhiyyəsinə bələd, şirin danışmaqda, insaflı rəftarda, vüqarlı, zəhmli davranışda, pak və təmizlikdə məşhur, şahların xasiyyətindən, adət və ənənələrindən, eyş-işrətlərindən, məclis və söhbətlərindən bixəbər, camaatın hər təbəqəsi ilə danışmağı bacaran, rəzil və alçaq adamlardan qaçmalıdır. Böyük adamların yaxşı tərbiyə görmüş, gözəl adətlər qazanmış uşaqları ilə bir məktəbdə oxumalıdır ki, darıxmasın, onlardan öyrənsin, başqa şagidlərə qibtə hissi ilə yanaşsın, onlarla bəhs-bəhsə girsin, elmə həvəsi artsın. Nəsirəddin Tusi
  • Belə fikir var ki, xristian dininə bağlı olmasaq, hamımız üçün pis olar. Mənə elə gəlir ki, buna sadiq qalan insanlar çox pis insanlar olublar. Siz bu maraqlı həqiqəti görürsünüz ki, hər hansı bir dövrdə din nə qədər güclüdoqmatik inanc nə qədər dərin olsa, qəddarlıq da bir o qədər çox olmuş, vəziyyət də bir o qədər pis olmuşdur. İnsanlar həqiqətən xristian dininə bütün tamlığı ilə inandıqları zaman, bütün işgəncələri ilə birlikdə inkvizisiya var idi; cadugər kimi yandırılan milyonlarla bədbəxt qadın var idi; din adı altında hər cür insana qarşı hər cür qəddarlıq edilirdi. Siz dünyaya nəzər saldıqda görürsünüz ki, insani hisslərdə hər bir irəliləyiş, cinayət qanununda hər bir təkmilləşmə, müharibənin azaldılması istiqamətində atılan hər addım, rəngli irqlərə qarşı daha yaxşı rəftar istiqamətində atılan hər addım və ya köləliyin yumşaldılması, dünyada mövcud olan mənəvi tərəqqi, dünyanın mütəşəkkil kilsələri tərəfindən davamlı olaraq qarşı çıxdı. Mən tamamilə qəsdən deyirəm ki, öz kilsələrində təşkil olunmuş xristian dini dünyada mənəvi tərəqqinin əsas düşməni olub və indi də belədir. Bir fakt götür. Bu, xoşagəlməz fakt deyil, lakin kilsələr insanı xoşagəlməz faktları qeyd etməyə məcbur edir. Fərz edək ki, bu gün yaşadığımız dünyada təcrübəsiz bir qız sifilisli kişi ilə evlidir; bu halda Katolik Kilsəsi deyir: “Bu, ayrılmaz bir müqəddəslikdir. Bekarlığa dözməli və ya birlikdə qalmalısınız. Birlikdə qalsanız, sifilitik uşaqların doğulmasının qarşısını almaq üçün kontraseptivlərdən istifadə etməməlisiniz." Bu yalnız bir nümunədir. Hazırda kilsənin əxlaq adlandırmaq üçün seçdiyi şeydə israrla hər cür insanlara layiq olmayan və lazımsız əzablar verməsinin bir çox yolu var. Bildiyimiz kimi, o, böyük ölçüdə dünyada əzab-əziyyəti azaldan bütün istiqamətlərdə hələ də irəliləyiş və təkmilləşmənin əleyhdarıdır, çünki o, əxlaq kimi müəyyən dar davranış qaydalarını qeyd etməyi seçmişdir. insan xoşbəxtliyi ilə heç bir əlaqəsi yoxdur; və siz deyəndə ki, bu və ya digər şeylər etmək lazımdır, çünki bu, insan xoşbəxtliyinə səbəb olacaq, bunun heç bir əlaqəsi olmadığını düşünürlər. “İnsan xoşbəxtliyinin əxlaqla nə əlaqəsi var? Əxlaqın məqsədi insanları xoşbəxt etmək deyil". Bertran Rassel
  • Birinci Dünya Müharibəsində almanlarla işləmişik. Razılaşdığımız vaxtlar da olub, mübahisələrimiz də olub. Dəfələrlə almanlar bizdən şikayət ediblər. Almanlarla münasibətlərimizin özəlliyini göstərmək üçün qeyd etmək istərdim ki, bizim türk-alman ittifaqında işlədiyimiz almanların Almaniya imperiyasının xeyrinə müəyyən planları var idi. Xüsusilə Suriya və Ərəbistanda xüsusi siyasət yeridirdilər. Üzümüzə açıq dediklərinə görə, ermənilərin rəftarından çox incikdirlər. Almanların ərəblərə qarşı siyasəti tamam başqa idi. Onlara xüsusi münasibət göstərirdilər və əgər onlar həqiqətən müharibədə, yəni almanların istədiyi dərəcədə qəti qələbə qazansaydılar, onlardan qurtulmaq asan olmayacaqdı. Onların Türkiyəyə getmək üçün gəlmədikləri aydın idi. İsmət İnönü
  • Boynunda oturan sərxoş adamın rəftarından azğınlaşmış fil qarşısına çıxan hər şeyə hücum edir. Bilik məşəlindən məhrum olan hökmdar da uzaqgörən olmayan nazirlərin məsləhətlərinə qulaq asmaqla, tələsik hərəkət etmiş olur. Lazımı təhsil almış hökmdar öz dövlətində qayda-qanuna riayət edilməsinə çalışacaqdır. Çanakya
  • Böyük insanların böyüklüyü onların adi insanlarla rəftarından bəlli olur. Tomas Karleyl
  • Bu həyat aldığın nəfəs qədər qısadır. Bu can sənə verilmiş bir əmanətdir. Onunla əmanətə layiq kimi rəftar elə. Ömər Xəyyam
  • Cəsarət təhlükənin üstünə getmək deyil, onunla mülayim rəftar etməkdir. Ernest Heminquey
  • Dövlətin gücünü təmin edən ən yaxşı zabitləri, tədrisçiləri himayə et. Onlarla nəzakətlə rəftar et və şərəf ver. Bir fəzilətli adamdan bəhs edildiyini öyrəndinsə, onunla səmimi bir şəkildə söhbətə və əlaqəyə gir, ona mülk ver və onu himayə et. Ərdəm, alim və təhsilli insanların sayı onda artacaq. I Osman
  • Dünya bir şeydir ki, həmişə dövran edir və insan bu tövr dünyanın gərdişinə görə gərək, habelə öz rəftarını da dəyişsin ki, məsəldir deyərlər: “Zəmanə sənə saz olmasa sən zəmanəyə saz olginən”. Pəs olmaz ki, dünyada həmişə bir qayda ilə rəftar olsun. Bizim zəmanə dəyişilməyi, əlbəttə hər anlayan kəsə məlumdur və bu tövr zəmanənin dəyişilməsi bizim ilə deyil. Həmçinin, biz qadir deyilik ki, zəmanəni dəyişilməkdən saxlayaq. O kəslər ki, həmişə etibar edib bizim sözlərimizə əməl edirlər, zəmanə dəyişildiyinə görə gün-gündən tərəqqi edib irəli gedirlər… Həsən bəy Zərdabi
  • Əgər siz gününüzə kofeinsiz başlayırsınızsa, həmişə şən olursunuzsa, ağrılara, nasazlıqlara məhəl qoymursunuzsa, öz problemlərinizlə insanları narahat etmirsinizsə, şikayət etmirsinizsə, hər gün eyni yeməyi yeyirsinizsə və buna görə minnətdarsınızsa, sevdiyiniz insanın sizə baxmağa vaxtı olmayanda onu başa düşürsünüzsə, sizin heç bir günahınız olmadığı halda sevdiyiniz insanın ittihamlarını qulaqardına vura bilirsinizsə, tənqidi sakit qəbul edə bilirsinizsə, kasıb dostunuzla, zəngin dostunuzla eyni cür rəftar edirsinizsə, yalandan və aldatmadan uzaq dura bilirsinizsə, stresslə dərmansız mübarizə apara bilirsinizsə, özünüzü içkisiz yaxşı hiss edirsinizsə, dərmansız yuxuya gedə bilirsinizsə, səmimi olaraq dəri rənginə, dini inanclara, cinsi oriyentasiyaya və siyasətə qarşı qərəziniz olmadığını söyləyirsinizsə, deməli siz itinizin inkişaf səviyyəsinə çatmışınız. Uinston Çörçill
  • Heyvanlara qarşı amansız olan, insanlarla rəftarında da sərt olur. İnsanın ürəyini heyvanlarla rəftarı ilə qiymətləndirə bilərik. İmmanuel Kant
  • Həyatın öhdəsindən gəlmək üçün bir inanca ya da dinə bağlanmaları lazım olduğunu düşünən insanlar məncə qorxaqlıq edirlər; eyni rəftarı başqa bir mövzuda göstərsələr bu alçaldıcı bir vəziyyət olardı. Lakin mövzu din olduqda bu heyranlıqla qarşılanır, amma mən hansı mövzuda olursa olsun qorxaqlığa heyranlıq duymuram. Bertran Rassel
  • Xoş rəftar ağlın yarısıdır. Əli
  • İman əhlinin üzündə təbəssüm, qəlbində hüzn vardır. Onun könlü hər şeydən geniş, nəfsi hər şeydən azdır. Təkəbbürə nifrət edər, şöhrətə düşməndir, qəm-qüssəsi çox, düşüncəsi isə dərindir. Çox zaman susar; vaxtı yoxdur. Çox şükr edər, çox səbrlidir. Daim düşüncəlidir; ehtiyacı olanı görərkən öz ehtiyacını belə unudar. Xasiyyəti gözəl, rəftarı xoş və yumyaşaqdır. Şərəf və din baxımından sərtdir, xasiyyət baxımından qul kimidir. Həzrəti Əli
  • İnsan cəmiyyətdə yalnız hər kəsə yaxşılıq etmək, abadlıq işi görmək, xalqla yaxşı rəftar etməklə yüksəlir. Məhəmməd Tağı Sidqi
  • İnsanın azadlığı, özünə edilənlərə qarşı etdiyi rəftarda gizlidir. Jan Pol Sartr
  • İnsanlara olduqları kimi rəftar etsək, onları daha pis edərik. Əgər onları olmaları lazım olduğu kimi ələ alsaq, ola biləcəkləri qədər yaxşı edərik. Yohann Volfqanq Göte
  • İnsanları ya əzizləmək, ya da onları məhv etmək lazımdır, zira insanlar yüngül zərərə görə intiqam ala bilərlər, amma ağır zərərə görə intiqam almağa gücləri qalmaz; bundan da belə nəticə çıxar: bir insana ediləcək pislik elə ölçüdə olmalıdır ki, onun özünə gəlib intiqam alacağından qorxmağa yer qalmasın. Hökmdar (Makiavelli)
  • İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin. Çünki Qanun və Peyğəmbərlərin söylədiyi də elə budur.[1] İsa
  • İnsanlarla düzgün rəftar, uğurun ən başlıca üsuludur. Teodor Ruzvelt
  • İnsanlarla elə rəftar edin ki,düşməniniz belə ölümünüzə ağlasın. Əli
  • İnsanlarla rəftar etmək bacarığı bir məhsuldur – necə ki qəhvə və ya şəkəri bazardan almaq mümkündür, eləcə də bu məhsulu orda ala bilərsən … və mən belə bir bacarığa görə dünyadakı hər şeydən daha çox pul ödəməyə hazıram. Devid Rokfeller
  • Kobud və sərt rəftar bütün qapıları üstümüzə bağlayır. Samuel Smayls
  • Mən pulu ənənəvi yoldan qazandım: çox varlı qohumum ölmədən öncə onunla yaxşı rəftar etdim. Malkolm Forbs
  • Nəzakət və xoş rəftar o qədər nadir hala çevrilib ki, bəziləri bunu görəndə sevgi zənn edir. Riçard Gere

İstinadlar

redaktə
  1. Matta 7:12