[go: up one dir, main page]

VikiLiks (ing. WikiLeaks) — dövlət, korporasiya və ya dinə məxsus olan sızdırılmış məxfi məlumat və sənədləri dərc edən beynəlxalq media təşkilatı və sosial internet layihə. Sayt kriptoqrafiyanın (şifrləmə) hərbi məqsədlər üçün istifadə edilən alqoritmlər vasitəsilə məlumatı sızdıranın kimliyini və yerini maksimal dərəcədə məxfi saxlayır. Saytın hostu İsveçdə yerləşən "yüksək dərəcədə etibarlı, məxfi və heç bir sual soruşmayan" PRQ İnternet provayderidir. Bununla yanaşı, VikiLiks öz serverlərini heç bir spesifik yerdə mənzilləmir.[2]

WikiLeaks
WikiLeaks
Loqonun şəkli
URL wikileaks.org
Tipi Beynəlxalq təşkilat
Dilləri ingilis dili
Müəllif (lər) Culian Assanc
Açılma tarixi 4 oktyabr 2006
Alexa reytinqi
  • 16.899 (20 noyabr 2017)[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Senzura

redaktə

VikiLiksi internetdən yığışdırmaq üçün edilmiş bütün cəhdlərin boşa çıxmasına baxmayaraq, sayt ÇinAvstraliyada müəyyən dərəcədə senzuraya məruz qalmışdır. Belə ki, Çində əsas axtarış sistemləri, BaiduYahoo! da daxil olmaqla, VikiLiksə olan bütün keçidləri qadağan etmişlər. Avstraliyada isə 16 mart 2009-cu ildə VikiLiksə linki olan bütün sayt URL-larının qara siyahısı hazırlanmışdır. Senzura tətbiq olunduğu halda, Avstraliyadan bu saytlara giriş mümkün olmayacaq.

Saytın rəhbəri Culian Assanc müsahibələrində dəfələrlə bildirmişdir ki, ABŞ hakimiyyəti onu cəzalandırmağa hazırlaşır. Bir neçə ay müddətinə saytda "Sığorta" adlı xüsusi məxfi fayl yerləşdirilmişdi. Bu faylı internetdən silmək mümkün olsa da, onu açmaq üçün xüsusi kod lazımdır. Ehtimal olunur ki, bu faylda yerləşdirilən kompromatlar ABŞ hakimiyyətini daha çox narahat edir və Assanca qarşı sui-qəsd olacağı halda oradakı məlumatlar yayımlanacaq.

Bu saytda Azərbaycana və birbaşa Azərbaycan hökumətinə aid sənədlər də dərc olunub. Azərbaycan Prezidentinin Mətbuat Xidməti isə bu materialları Azərbaycanın qonşu dövlətlərlə münasibətlərini korlamaq, ölkə başçıları arasında inamsızlıq və etimadsızlıq yaratmaq məqsədi daşıyan açıq təxribat adlandırmışdır.[3]

Xarici keçidlər

redaktə

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. https://web.archive.org/web/20171120174314/https://www.alexa.com/siteinfo/https://wikileaks.org/.
  2. Goodin, Dan. "Wikileaks judge gets Pirate Bay treatment". The Register. 21 February 2008. 17 October 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 October 2009.
  3. "Azərbaycan Prezidentinin Mətbuat Xidməti "Wikileaks" saytındakı məlumatlara münasibət bildirdi". 2010-12-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-12-01.

Xarici keçidlər

redaktə