[go: up one dir, main page]

UyğurlarGöytürk imperiyası dağıldıqdan sonra Qultuq Bilgə Kül xaqan 744-cü ildə Uyğur xaqanlığının əsası qoymuşdur. Çin Xalq Respublikasında yaşayan türk xalqı, dilləri Altay dilləri ailəsinin Türk dili qrupuna aiddir və islam dininə sitayiş edirlər. 842-ci ildə Qırğız tayfalarının üsyanı nəticəsində süqut etmişdir.[mənbə göstərin]

Uyğurlar
Ümumi sayı
28.000.000
Yaşadığı ərazilər
Çin ÇXR 23.000.000 (2010)[1][2]
Səudiyyə Ərəbistanı Səudiyyə Ərəbistanı 800 000 (2012)[3]
Özbəkistan Özbəkistan 600 000 (2012)[4]
Qazaxıstan Qazaxıstan 400 000-650 000 (2000)[5]
ABŞ ABŞ 450 000 (2010)[6]
Türkiyə Türkiyə 300 000 (1995)[7]
Hindistan Hindistan 350 000 (2010)[8]
Qırğızıstan Qırğızıstan 98 000 (2001)[9]
Dili

Uyğur dili

Dini

İslam (əsasən sünnisufi)

Mənşəyi
Türk
Qohum xalqlar

Özbəklər

Çin mənbələrində müxtəlif şəkillərdə (hoei-ho, vei-ho və s.) rastlaşan uyğur adının mənası 974-cü ilə aid Çincə bir əsərdə "şahin sürətilə dolaşan və hücum edən" kimi göstərilib. Amma türk tarixçilər bunun doğru olmadığını, uyğur adının uy (əqrəba, müttəfiq) və gur ifadələrinin birləşməsindən yarandığını deyirlər. Bu baxımdan tarixdə ortaya çıxan "on uyğur" adının "on müttəfiq" mənasında işlədilməsi ehtimalına üstünlük verilir. Bəzi mənbələrdə isə uyğur kəlməsi təqib edən, izləyən kimi göstərilir.

 
Uyğur Xaqanlığı

Doğu (şərqi) Türküstan dedikdə Rusiya Federasiyasından sonra Türk Dünyasının assimilyasiyaya məruz qalmış bir parçası, eli, obası başa düşülür. Çin əsarəti altında olan türk ərazilərində yaşayan türk boylarından ən çoxsaylıları uyğur, qazax, qırğız, salar türkləri, sarı uyğurlar və tatarlar sayılır. Çinin 52 əsas etnosdan təşkil edilməsi dövlətin Konstitusiyasında əks olunub.

ÇXR-də türk xalqları Şərqi Türküstan — Uyğur muxtar rayonunda və Qansu əyalətində yaşayırlar. SUMR-da başlıca olaraq uyğurlar, qazaxlar, qırğızlar, sarı uyğurlar və tatarlar məskunlaşıblar. Uyğur muxtar rayonunda qazaxlara məxsus muxtar vilayət, qırğızlara məxsus muxtar qəza da mövcuddur. Eləcə də Uyğur muxtar bölgəsində xalxa-monqollara məxsus muxtar vilayət və qəza, dunqallara məxsus muxtar qəza da var. Qansu əyalətində isə Salar türklərinə məxsus və tibetlilərlə birgə 3 muxtar qəza mövcuddur. Çində türk xalqları digər bölgələrdə, xüsusilə Daxili Monqolustan muxtar bölgəsi və Tibet Muxtar Bölgəsində də ən qədim dövrlərdən indiyədək yaşamaqdadırlar. .[10]

Qalereya

redaktə

Çində

redaktə
Çin-də rəsmi siyahıya almalarda Uyğurların sayı[13]
Siyahıya alma tarixi Uyğurların sayı
1953 3,640,125[14]
1964 3,996,311
1982 5,986,869[15]
1990 7,214,431[16][17]
2000 8,399,393[17][18]

Özbəkistanda

redaktə

Özbəkistandakı Uyğur Mədəniyyət Mərkəzinin iddiasına əsasən 2004[19]-cü ilə olan qeyri-rəsmi təxminə görə bu ölkədə 200,000[19] nəfər uyğur yaşadığı ehtimal olunur.[20]

Monqolustanda

redaktə

Əfqanıstanda

redaktə

Əsasən Əfqanıstanın Bədəxşan vilayətində (vilayət əhalisini əsasən özbəklərtaciklər, az sayda qırğızlar və uyğurlar təşkil edir) məskunlşamışdırlar. Sayları təxminən 3,000[21] nəfərdir.

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. 中华人民共和国国家统计局: 2-1 全国各民族分年龄、性别的人口 Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine
  2. The World Uyghur Congress :Brief History of East Turkestan Arxivləşdirilib 2014-08-19 at the Wayback Machine
  3. Агентство Республики Казахстан по статистике: Численность населения Республики Казахстан по отдельным этносам на 1 января 2012 года Arxivləşdirilib 2013-06-03 at the Wayback Machine
  4. Национальный статистический комитет Кыргызской Республики: 5.01.00.03 Национальный состав населения Arxivləşdirilib 2013-11-13 at the Wayback Machine
  5. Etnic Atlas of Uzbekistan (2000 census) Arxivləşdirilib 2009-10-07 at the Wayback Machine yoxlanılıb : 24.08.2010
  6. Портал "Всероссийская перепись населения 2010 года" - Окончательные итоги Всероссийской переписи населения 2010 года :Национальный состав населения Российской Федерации Arxivləşdirilib 2013-12-04 at the Wayback Machine
  7. "Итоги всеобщей переписи населения Туркменистана по национальному составу в 1995 году. — Ashgabad.net". 2016-03-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 iyul, 2015..
  8. Сайти расмии Агентии омори назди Президенти Ҷумҳурии Тоҷикистон: Ҷилди 3. Ҳайати миллӣ ва донистани забонҳо, шаҳрвандии аҳолии Ҷумҳурии Тоҷикистон Arxivləşdirilib 2017-01-13 at the Wayback Machine
  9. Population statistics of Eastern Europe: Ethnic composition of Ukraine 2001 Arxivləşdirilib 2012-05-26 at Archive.today
  10. "Uyğurlar: tarixi, aqibəti" (az.). www.anl.az. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyun 2023.
  11. 1 2 The World Uyghur Congress :Uyghur Langue Arxivləşdirilib 2016-08-19 at the Wayback Machine
  12. UNPO :East Turkestan Arxivləşdirilib 2020-04-11 at the Wayback Machine
  13. "The Xinjiang Incident's causes are due to Unequal Ethnic Policy, Unequal demographic Policy, and Unequal Economic Policy". 2011-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-17.
  14. "Today's Muslim Population in China". 2011-07-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-23.
  15. Taklamakan Uyghur Publishing home page : The Uyghurs’ Homeland Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine
  16. "Extensive list of all the languages of China. Chinese languages". 2011-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-18.
  17. 1 2 "Ethnic Minority Elites in China's Party-State Leadership: An Empirical Assessment" (PDF). 2021-08-30 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2011-07-18.
  18. China.org.cn : The Uygur ethnic minority Arxivləşdirilib 2022-03-18 at the Wayback Machine
  19. 1 2 Uyghur American Association (UAA) — Uyghur Human Rights Project :Disappearing Diaspora in Uzbekistan Arxivləşdirilib 2014-08-13 at the Wayback Machine…Published in 08/4/2004
  20. The Migration Review Tribunal (the MRT) and the Refugee Review Tribunal : Keywords: Uzbekistan – Uighurs – Discrimination – Forcible return to China – Separatist movements Arxivləşdirilib 2011-06-01 at the Wayback Machine
  21. Ethnologue.com :report for language code: uig Arxivləşdirilib 2009-01-16 at the Wayback Machine