[go: up one dir, main page]

Misir

Böyük hissəsi Afrikada yerləşən Qitələrarası Dövlət

Misir (ərəb. مصر‎‎ [misˤr]; Misir dialektinin tələffüzü: [masˤr]) və ya rəsmi adı Misir Ərəb Respublikası (ərəb. جمهوریّة مصر العربیّة‎‎) — əsas hissəsi Afrikada yerləşən qitələrarası ölkə. Misirin şimal-şərq hissəsi Asiya qitəsində olan Sinay yarımadasında yerləşir. Sərhədin şərq hissəsini Fələstin, İsrailQəzza zolağı ilə Misir, cənubda Sudan və qərbdə Liviya ilə əhatə edir. Şimaldan Aralıq dənizinə, şərqdən isə Akaba körfəzinəQırmızı dənizə çıxışı var. Aqaba körfəzi şimal-şərqdə Misiri İordaniyaSəudiyyə Ərəbistanından ayırır. Qahirə ölkənin paytaxtı və ən böyük şəhəri, ikinci ən böyük şəhəri olan İsgəndəriyyə isə Aralıq dənizi sahilində iri sənaye və turizm mərkəzidir. Təxminən 100 milyon əhalisi olan Misir dünyanın ən çox əhalisi olan 14-cü ölkəsidir.

Misir
ərəb. جمهوریّة مصر العربیّة‎‎
Bayraq Gerb
Bayraq Gerb
ərəb. مصر أمّ الدنيا‎‎ (Misir dünyanın anasıdır)
Himn: ərəb. بلادي، بلادي، بلادي‎ (Biladi, biladi, biladi, “Mənim ölkəm, mənim ölkəm, mənim ölkəm”)
Tarixi
 • Misir Respublikasının elanı 18 İyun 1953
Rəsmi dilləri
Paytaxt Qahirə
İdarəetmə forması Respublika
Prezident Əbdül Fəttah əs-Sisi
Baş nazir Mustafa Mədbuli
Sahəsi Dünyada 29-cu
 • Ümumi 1,010,408 km²
 • Su sahəsi (%) 0.632
Əhalisi
 • Əhali 104,635,983 nəfər (14-cü)
 • Siyahıyaalma (2017) 94,798,827 nəf.
 • Sıxlıq 103.56 nəf./km² (118-ci)
ÜDM (AQP)
 • Ümumi $1.803 trilyon dollar  (18-ci)
 • Adambaşına $17,237 dollar  (93-cü)
ÜDM (nominal)
 • Ümumi (2023) $378.110 milyard dollar  (41-ci)
 • Adambaşına $3,614 dollar  (128-ci)
İİİ (2021) 0.731 (artım; 97-ci)
Valyuta Misir funtu[d]
İnternet domeni .eg
ISO kodu EG
BOK kodu EGY
Telefon kodu +20
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d][3]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

E.ə. VI–IV minilliklərə qədər uzanan Misir tarixi ən qədim ölkə tarixlərindən biridir. Xristianlığın ilk mərkəzlərindən biri hesab olunur. Sivilizasiyanın beşiyi hesab edilən Qədim Misir yazı, kənd təsərrüfatı, şəhərləşmə, din və mərkəzi hökumətin ən erkən növlərinin yarandığı yerdir. Giza piramidaları və onun Böyük Sfinksi, eləcə də Memfis, Teben, KarnakKrallar vadisi kimi tarixi məkanlar bu irsi əks etdirir və elmi və populyar marağın mühüm mərkəzi olaraq qalır. Misirin qədim və zəngin mədəni irsi onun eyni zamanda Aralıq dənizi, Yaxın ŞərqŞimali Afrikada yerləşən unikal qitələrarası mövqeyini əks etdirən milli kimliyinin ayrılmaz hissəsidir. Misir Xristianlığın erkən və mühüm mərkəzi idi, lakin VII əsrdən etibarən İslam dini yayıldı və digər kiçik miqyaslı inanclarla birlikdə əhəmiyyətli bir xristian azlığına baxmayaraq, əsasən sünni müsəlman ölkəsi olaraq qalır.

Müasir Misir dövləti monarxiya kimi Britaniya imperiyasından ayrılaraq müstəqillik qazandığı 1922-ci ildə yaranmışdır. 1952-ci il inqilabından sonra Misir özünü respublika elan etdi və 1958-ci ildə Suriya ilə birləşərək 1961-ci ildə dağılan Birləşmiş Ərəb Respublikasını yaratdı. XX əsrin ikinci yarısı boyunca Misirdə sosial və dini qarşıdurmalar və siyasi qeyri-sabitlik hökm sürürdü, 1948, 1956, 19671973-cü illərdə İsrail ilə bir neçə silahlı münaqişə baş verdi və 1967-ci ilə qədər Qəzza zolağını fasilələrlə işğal etdi. Misir 1978-ci ildə Kemp-Devid müqaviləsini imzalayaraq Qəzza zolağından çəkildi və İsraili rəsmən tanıdı. Ölkə siyasi iğtişaşlarla, o cümlədən 2011-ci il inqilabı və onu1n nəticələrinə, terrorizmə və iqtisadi inkişafa qədər problemlərlə üzləşməkdə davam edir. Misirin hazırkı hökuməti, Əbdülfəttah əs-Sisinin başçılıq etdiyi yarı prezident respublikası bir sıra nəzarətçilər tərəfindən avtoritar hakimiyyət kimi təsvir edilmişdir.

Misirin rəsmi dini İslam, rəsmi dili ərəb dilidir. 100 milyondan çox əhalisi olan Misir Şimali Afrika, Yaxın ŞərqƏrəb dünyasında ən sıx məskunlaşılan ölkədir; Afrikada üçüncü (NigeriyaEfiopiyadan sonra) və dünyada ən çox əhalisi olan on dördüncü ölkədir. Əhalinin böyük əksəriyyəti Nil çayının sahilində, təxminən 40.000 kvadrat kilometrlik ərazidə yaşayır. Misir ərazisinin böyük hissəsini təşkil edən Böyük Səhranın iri bölgələrində əhalinin sayı azdır. Ölkənin sakinlərinin təxminən yarısı şəhər yerlərində yaşayır, əksəriyyəti Qahirənin, İsgəndəriyyənin və Nil deltasındakı digər böyük şəhərlərin sıx məskunlaşılan mərkəzlərinə yayılmışdır.

Misir Şimali Afrika, Yaxın Şərqİslam dünyasında regional güc, dünya miqyasında isə orta güc hesab edilir. İnkişaf etməkdə olan ölkədir, İnsan İnkişafı İndeksində 128-ci yerdədir. Nominal ÜDM-ə görə dünya üzrə 33-cü ən böyük, Afrika üzrə 3-cü ən böyük və AQP-ə görə dünya üzrə 20-ci ən böyük iqtisadiyyata malikdir. Misir Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, Ərəb Dövlətləri Liqası, Afrika İttifaqı,

border=none  Əsas məqalə: Misir tarixi

Qədim Misir

redaktə
border=none  Əsas məqalə: Qədim Misir
 
Derr məbədinin qalıqları, 1960-cı il

Nil ətrafı və səhra ərazilərdə petroqliflərə dair sübutlar var. E.ə. X minillikdə ovçuluq-yığıcılıqbalıqçılığı dənli bitkilərin üyüdülməsi əvəz etdi. E.ə. VIII minillikdə baş verən iqlim dəyişikliyi Misirin əkinəyararlı torpaqlarını məhv etdi və Böyük Səhra yarandı. Erkən tayfalar Nil çayına köçərək burada oturaq kənd təsərrüfatı və mərkəzləşdirilmiş cəmiyyətin inkişaf səbəb oldular.[4]

Təxminən e.ə. VI minillikdə Nil vadisində Neolit mədəniyyəti kök saldı.[5] Neolit dövründə YuxarıAşağı Misirdə bir çox predinastik mədəniyyət müstəqil şəkildə inkişaf etmişdi. Badariyan mədəniyyəti və xələfi Neqada Misir sülaləsinin müjdəçisi hesab olunur. Misir heroqliflərinə dair bizə məlum olan ən erkən nümunə e.ə. 3200-cü ilə aid olan Neqadada tapılmış saxsı qabların üzərindəki yazılardır.[6]

 
Giza piramidaları yeddi möcüzənin ən qədimi və hələ də mövcud olan tək möcüzəsidir.

Təqribən e.ə. 3150-ci ildə kral Menes tərəfindən qurulan vahid krallıq Misiri növbəti üç minillikdə idarə edəcək bir sıra sülalələrin yaranmasına şərait yaratdı. Vahid Misirin ilk iki hakim sülaləsi Qədim padşahlıq dövrü üçün zəmin yaratdı, təq. e.ə. 2700–2200-cü illərdə bir neçə ehram, xüsusən də Üçüncü sülalə Coser ehramıDördüncü sülalə Giza piramidaları tikilmişdir.

Güclü Nil daşqınları və hökumət sabitliyi Orta padşahlıq dövründə rifah yaratdı, təq. e.ə. 2040-cı il, firon III Amenemhetin hakimiyyəti dövründə bu rifah yüksək həddə çatdı. Bunun ardınca Hiksos işğalçıları gəldi. Hiksoslar e.ə. 1650-ci ildə Aşağı Misirin çox hissəsini ələ keçirdilər və Avarisdə yeni paytaxt qurdular. On səkkizinci sülalənin banisi və paytaxtı Memfisdən Tebenə köçürən I Ahmosun başçılıq etdiyi Yuxarı Misir qüvvələri onları ölkədən qovdu.[7]

 
Əhəməni ordusunun misirli əsgəri, t. e.ə. 480-ci il. I Kserksin məzar relyefi.

Təxminən e.ə. 1550–1070-ci illəri əhatə edən Yeni padşahlıq dövrü Misiri beynəlxalq güc kimi gücləndirən XVIII sülalənin hakimiyyətə gəlməsi ilə başladı. Bu dövr Hatşepsut, III Tutmos, Exnaton və həyat yoldaşı Nefertiti, TutanxamonII Ramzes də daxil olmaqla ən məşhur fironların yaşadığı dövrdür. Monoteizmin tarixən təsdiqlənmiş ilk ifadəsi bu dövrdə Atonizm olaraq ortaya çıxdı. Digər xalqlarla aparılan münasibətlər Yeni padşahlığa yeni ideyalar gətirdi. Ölkə daha sonra liviyalılar, nubiyalılarassuriyalılar tərəfindən işğal və fəth edildi, lakin yerli misirlilər sonradan onları qovdular və öz ölkərində hakimiyyətlərini bərpa etdilər.[8]

Əhəmənilər dövrü

redaktə

E.ə. 525-ci ildə II Kambizin başçılıq etdiyi güclü Əhəməni ordusu Misiri fəth etməyə başladı və nəticədə Peluziy döyüşüdə firon III Psammetix əsir götürdülər. Daha sonra II Kambiz rəsmi olaraq firon titulunu qəbul etdi, lakin Misiri canişininə tapşıraraq, Suzı evindən (müasir İran) Misiri idarə etməyə başladı. E.ə. 525–402-ci illəri əhatən edən İyirmi yeddinci sülalə, III Petubast istisna olmaqla, Əhəməni imperatorlarının firon olmaları və hakimiyyətin farsların əlində olduğu dövr kimi qiymətləndirilir. Farslara qarşı bir sıra qısa müddətli üsyan e.ə. V əsrdə baş verdi, lakin Misir heç vaxt farsları birdəfəlik devirə bilmədi.[9]

Otuzuncu sülalə Fironlar dövründə sonuncu yerli hakim sülalə idi. Eramızdan əvvəl 343-cü ildə sonuncu yerli firon, kral II Nektanebo döyüşdə məğlub olduqdan sonra yenidən farslar hakimiyyəti ələ aldı. Misirin Otuz birinci sülaləsinin hakimiyyəti uzun sürmədi, çünki farslar bir neçə on ildən sonra Makedoniyalı İskəndər tərəfindən devrildilər. İsgəndərin Makedoniya-yunan generalı I Ptolomey Ptolomeylər sülaləsinin əsasını qoydu.

Ptolomeylər və Roma hakimiyyəti

redaktə
border=none  Əsas məqalələr: Ptolomey krallığıRoma Misiri
 
Ptolemey kraliçası VII Kleopatra və oğlu XV Ptolomey, Dendera məbədi

Ptolemey krallığı şərqdə Suriyanın cənubuna, qərbdə Kirenaya və cənubda Nubiya ilə sərhədə qədər uzanan güclü ellinistik dövlət idi. İsgəndəriyyə şəhəri paytaxt və Yunan mədəniyyətinin və ticarətinin mərkəzinə çevrildi. Yerli Misir əhalisi tərəfindən tanınmaq üçün özlərini fironların davamçıları adlandırdılar. Sonrakı Ptolemeylər Misir ənənələrini mənimsəmiş, özlərini Misir üslubunda və geyimində ictimai abidələrdə təsvir etmiş və Misirin dini həyatında iştirak etmişdirlər.[10][11]

Ptolemeylər sülaləsinin sonuncu hökmdarı, Oktavian İsgəndəriyyəni ələ keçirdikdən və onun muzdlu əsgərləri qaçdıqdan sonra qucağında ölmüş (özü vurduğu bıçaq yarasından) sevgilisi Mark Antoninin dəfn edilməsindən sonra intihar edən VII Kleopatra idi. Ptolemeylər tez-tez istənməyən bir rejimin səbəb olduğu yerli misirlilərin üsyanları ilə üzləşirdilər və krallığın süqutuna və onun Roma tərəfindən işğalına səbəb olan xarici və vətəndaş müharibələrində iştirak edirdilər. Buna baxmayaraq, müsəlmanların fəthindən sonra Misirdə ellinizm mədəniyyəti inkişaf etməyə davam etdi.

Xristianlıq Misirə I əsrdə Evangelist Mark tərəfindən gətirilmişdir.[12] Diokletianın hakimiyyəti (b.e. 284–305) Misirdə çoxlu sayda Misir xristianlarının təqib edildiyi Roma dövründən Bizans dövrünə keçid ilə səciyyəvidir. Əhdi-cədid o vaxta qədər misir dilinə tərcümə edilmişdi.[13]

Orta əsrlər (VII əsr – 1517)

redaktə
 
Qahirədə yerləşən Əmr ibn As məscidi Afrikadakı ən qədim məscididir.

Bizanslılar 602–628-ci illəri əhatə edən Bizans-Sasani müharibəsinin ortasında — VII əsrin əvvəllərində Sasasi işğalından sonra ölkə üzərindəki nəzarəti bərpa etdilər, bu müddət ərzində onlar on il müddətində Sasani Misiri kimi tanınan yeni qısa müddətli əyalət qurdular. Müsəlman ərəblər Misirdə Bizans ordularını məğlub etdikdə İslamı ölkəyə gətirdilər. Bu dövrdə bir müddət misirlilərin yeni inancları ilə yerli inanclar qarışdı və bu bu günə qədər çiçəklənən müxtəlif sufi təriqətlərinin yaranmasına səbəb oldu.[12][14]

639-cu ildə Əmr ibn Asın komandanlığı altında ikinci xəlifə Ömər tərəfindən Misirə təxminən 4.000 nəfərlik ordu göndərildi. 640-cı ildə onlara əlavə 5.000 döyüşçü qoşuldu və Heliopolis döyüşündə Roma ordusu məğlub edildi. Əmr daha sonra 8 noyabr 641-ci ildə imzalanmış müqavilə ilə təslim olmuş İsgəndəriyyə istiqamətində hərəkət etdi. İsgəndəriyyə 645-ci ildə Bizans imperiyasına qaytarıldı, lakin 646-cı ildə Əmr tərəfindən geri alındı. 654-cü ildə II Konstantın göndərdiyi qoşun dəf edildi. O vaxtdan sonra Bizans romalıları ölkəni yenidən ələ keçirmək üçün ciddi səy göstərmədilər.

Ərəblər Misirin Fustat adlı paytaxtını qurdular, şəhər sonralar Səlib yürüşləri zamanı yandırıldı. Qahirə daha sonra 986-cı ildə Ərəb xilafətinin ən böyük və ən zəngin şəhəri olmaq üçün tikildi, Bağdaddan sonra ikinci və dünyanın ən böyük və ən zəngin şəhərlərindən birinə çevrildi.

Abbasilər dövrü

redaktə
 
Qahirədə Əhməd ibn Tulunun İbn Tulun məscidi

Abbasilər dövrü yeni vergilərlə yadda qaldı və Koptlar Abbasilərin hakimiyyətinin dördüncü ilində yenidən üsyan qaldırdılar. IX əsrin əvvəllərində Misiri qubernator vasitəsilə idarə etmək təcrübəsi Bağdadda yaşamağa qərar verən və Misirə naib göndərən Abudllah ibn Tahir tərəfindən bərpa edildi. 828-ci ildə başqa bir Misir üsyanı başladı və 831-ci ildə Koptlar yerli müsəlmanlarla birlikdə hökumətə qarşı çıxdılar. Abbasilərin zəiflədiyi bir dövrdə Misirdə Ağşidlər (868–905) və Tulunoğulları (935–969) dövlətləri quruldu.

Fatimilər, Əyyubilər və Məmlüklər

redaktə
 
Altıncı xəlifə Əl-Həkimin Qahirədəki Əl-Həkim məscidi

Müsəlman hökmdarları sonrakı altı əsr ərzində Misiri nəzarətləri altında saxladılar və Qahirə Fatimilər xilafətinin mərkəzi oldu. Əyyubilər sülaləsinin hakimiyyətinin sona çatması ilə türk-adıqlardan təşkil olunmuş Məmlüklər təxminən 1250-ci ildə hakimiyyəti ələ keçirdilər. Misir XIII əsrin sonlarında Qırmızı dəniz, Hindistan, Malaya və Şərqi Hindistanı birləşdirdi.[15] XIV əsrin ortalarında yayılan Qara ölüm ölkə əhalisinin təqribən 40%-nin ölümünə səbəb oldu.[16]

Yeni dövr: Osmanlı hakimiyyəti (1517–1867)

redaktə
border=none  Əsas məqalə: Misir əyaləti
 
Napoleon 21 iyul 1798-ci ildə Piramidalar döyüşündə Məmlükləri məğlub etdi.

Misir 1517-ci ildə Osmanlı türkləri tərəfindən fəth edildi və bundan sonra Osmanlı imperiyasının əyalətinə çevrildi. Müdafiə xarakterli hərbiləşdirmə ölkənin mülki cəmiyyətinə və iqtisadi institutlarına ziyan vurdu.[15] İqtisadi sistemin zəifləməsi vəba xəstəliyinin təsiri ilə birləşərək Misiri xarici işğala qarşı həssas etdi. Portuqaliyalı tacirlər onların ticarətini ələ keçirdilər.[15] 1687–1731-ci illər arasında Misir altı aclıq yaşadı.[17] 1784-cü ildəki aclıq ölkənin əhalisinin təxminən altıda birinin ölümünə səbəb oldu.[18]

Misir 1798-ci ildə Napoleon Bonapartın fransız qüvvələri tərəfindən işğal olunana qədər Məmlüklərin hakimiyyəti altında yarı muxtar olaraq qaldı. Fransızlar ingilislər tərəfindən məğlub edildikdən sonra Misirdə hakimiyyət boşluğu yarandı və Osmanlılar, Misirdə əsrlər boyu hökmranlıq edən Məmlüklər və Osmanlıların xidmətində olan Alban muzdluları arasında üçtərəfli hakimiyyət mübarizəsi başladı.

Misir xidivliyi (1867–1914)

redaktə
border=none  Əsas məqalə: Misir xidivliyi

Mehmed Əli Paşa dövründə Misir nominal olaraq Osmanlı əyaləti olaraq qaldı.

 
1882-ci ildə Anqlo-Misir müharibəsi zamanı baş vermiş Tel əl-Kəbir döyüşü

Fransızlarla ortaq şəkildə inşa edilən Süveyş kanalı 1869-cu ildə tamamlandı. Onun tikintisi Avropa bankları tərəfindən maliyyələşdirilib. Böyük məbləğlər də himayə və korrupsiyaya gedib. New taxes caused popular discontent. Yeni vergilər xalqın narazılığına səbəb oldu. 1875-ci ildə İsmayıl Misirin kanaldakı bütün səhmlərini Britaniya hökumətinə sataraq iflasın qarşısını aldı.[19]

Epidemiya xəstəlikləri (1880-ci illərdə mal-qara xəstəliyi), daşqınlar və müharibələr kimi digər hallar iqtisadi tənəzzülə səbəb oldu və Misirin xarici borcdan asılılığını daha da artırdı.[20]

Xidivlik və Avropanın müdaxiləsindən yaranan yerli narazılıq 1879-cu ildə Əhməd Ərabi ilə ilk millətçi qruplaşmaların yaranmasına səbəb oldu. Artan gərginlik və millətçi üsyanlardan sonra Birləşmiş Krallıq 1882-ci ildə Tel əl-Kəbir döyüşündə Misir ordusunu məğlub edərək ölkəni hərbi yolla işğal etdi.[21] Bundan sonra, Xidivlik nominal Osmanlı suverenliyi altında de-fakto olaraq Britaniyanın protektoratına çevrildi.[22]

1899-cu ildə İngiltərə-Misir Kondominium müqaviləsi imzalandı: müqavilədə Sudanın Misir xidivliyi və Birləşmiş Krallıq tərəfindən birgə idarə olunacağını qeyd edilmişdi. Bununa baxmayraq, Sudan üzərində faktiki nəzarət yalnız Britaniyanın əlində idi.

1906-cı ildə Denşavay hadisəsi bir çox neytral misirlini millətçi hərəkata qoşulmağa sövq etdi.

Misir sultanlığı (1914–1922)

redaktə
border=none  Əsas məqalə: Misir sultanlığı
 
Qahirədə qadın millətçilərin nümayişi, 1919-cu il

Osmanlı imperiyası 1914-cü ildə Birinci Dünya müharibəsinə qoşuldu; xidiv II Abbas müharibədə vətəni dəstəkləmək qərarına gəldi. Belə bir qərardan sonra ingilislər onu zorla hakimiyyətdən uzaqlaşdırdılar və yerinə qardaşı Hüseyn Kamil gətirdilər.[23][24]

Hüseyn Kamil Misir sultanı titulunu öz üzərinə götürərək Misirin Osmanlı imperiyasından ayrılaraq müstəqilliyini elan etdi. Müstəqillik əldə etdikdən qısa müddət sonra Misir Birləşmiş Krallığın protektoratı elan edildi.

Birinci Dünya müharibəsindən sonra Saad ZağlulVəfd Partiyası Misir millətçi hərəkatını yerli Qanunvericilik Assambleyasında çoxluğa çatdırdı. İngilislər 1919-cu il martın 8-də Zağlulu və müttəfiqlərini Maltaya sürgün etdikdə, ölkə özünün ilk müasir inqilabını həyata keçirdi. Üsyan Birləşmiş Krallıq hökumətinin 22 fevral 1922-ci ildə Misirin müstəqilliyi haqqında birtərəfli bəyannamə qəbul etməsinə səbəb oldu.[25]

Coğrafi mövqeyi

redaktə

Misir Afrika qitəsinin şimal-şərq hissəsində yerləşir. Ölkənin şimalı Aralıq dənizinin suları ilə əhatə olunur. Orada Sinay yarımadası vasitəsilə ölkənin Yaxın Şərqə çıxışı vardır. Burada Qədim zamanlarda yalnız Nil çayı hövzəsinin ətrafı Misir ölkəsi sayılırdı. Bu çayın mövcud olmasına görə orada ən qədim zamanlarda əkinçilikheyvandarlıq üçün əlverişli imkanlar yaranmışdır və bu region, Mesopotamiya ilə birlikdə, bəşəriyyətin ən qədim mədəniyyət ocaqlarından biri olmuşdur. Nil çayının və oradakı ərazilərin Aralıq dənizinə yaxınlaşan hissəsi üçbucaq şəkilli olduğuna və eyni adlı yunan hərfinə bənzədiyinə görə oraya "Delta" deyilir. ‘Delta’da yerləşən vilayətlər bu çaydan, bir çox məcralarla axdığına görə, həm də xarici basqınlardan qorunmaq üçün istifadə edirdilər.[26] Misir, üç qitəni — Asiya, AfrikaAvropanı birləşdirən yolların kəsişdiyi mərkəz, ən qədim dünya sivilizasiyası ölkələrindən biridir. Ölkə Afrikanın şimal-şərqində və Asiyanın cənub-qərbində yerləşir. Şərqdən İsrail, cənubdan Sudan, qərbdən Liviya dövlətləri ilə həmsərhəddir. Şimaldan Aralıq dənizi, şərqdən — Qırmızı dəniz əhatə edir. Ölkənin sahəsi 1.001.450 km²-dir[27]

Əhalisi

redaktə

2011-ci ildə Misir əhalisi xaricdə yaşayan 7 milyon nəfərlə birgə əhalisinin sayının 88 milyona çatıb. 1970–2010-cu illər arasında əhali sürətlə artmışdır. 1798-ci ildə Napoleon Misiri işğal edəndə burada 3 milyon nəfər əhali var idi. İşsizlik səviyyəsi yüksələrək 11, 9 faizə çatıb.[28]

Misirdə şəhər əhalisinin sayı getdikcə artmağa davam edir. Ərəb Soyuq müharibəsi dövründə əhali xaricə köç etməyə üstünlük vermişdir. Xüsusilə, 1971-ci ildə prezident Ənvər Sədatın dövründə emmiqrasiya liberallaşmış, 1973-cü il neft böhranı zamanı pik həddə çatmışdır. Hazırda 2.7 milyon misirli xaricdə yaşayır. Miqrantların təqribən 70%-i ərəb ölkələrində (Səudiyyə Ərəbistanında 923,000 nəfər, Liviyada 332,600 nəfər, İordaniyada 226,850 nəfər, Küveytdə 190,550 nəfər), qalan 30%-i isə Avropa və Şimali Amerikada (ABŞ-də 318,000 nəfər, Kanadada 110,000 nəfər, İtaliyada 90,000 nəfər) yaşayır.

Qədim Yaxın Şərqdə yaşayan əhali arasında yalnız misirlilər əvvəl harada yaşayırdılarsa, yenə də orda qalıblar. Misir əhalisi tarix boyunca dillərini 1 dəfə, dinlərini isə 2 dəfə dəyişmişdir.

Misir ərəb dünyasında ən çox müsəlman əhalisinə və dünya müsəlmanlarının 5%-nə ev sahibliyi etməklə dünyanın ən çox müsəlman əhalisinə sahibdir.

Aralıq dənizi boyunca ensiz sahil xəttinin iqlimi — subtropik, qalan ərazidə tropik səhra iqlimidir. Burada hava son dərəcə qurudur, ilboyu azbuludlu olur, çox az-az yağış yağır. Misir üçün temperaturun kəskin dəyişməsi xarakterikdir. Asuanda noyabrda hava gündüz 41 °C-dək qıza, gecə isə 3 °C-dək soyuya bilər. Yanvarda orta temperatur şimaldan cənuba 14 °C-dən 17 °C-dək, iyulda 26 °C-dən 33 °C-dək dəyişir.

 
Əbül-hövl (qorxunun atası) və arxasında Kefren Piramidi
 
Misirdə nüfus artma qrafiği — 1800də 2,5 milyon, 1900də 12,5 milyon, 2000də 68 milyon.

Dövlət quruluşu

redaktə

1953-cü ildən yarıprezident respublikasıdır. 1967-ci ildən fövqəladə vəziyyət qanunu ilə idarə olunur[29].

Pul vahidi — Misir funtudur. Funt 100 piastra bölünür. Yerli pulun aşağıdakı dəyərləri var: 100, 20, 10, 5, 1 Misir funtu banknotları; 50, 25 piastr banknotları; 20, 10, 5 xırda pulları. Valyutanın dəyişdirilməsi yerli bankların vasitəsilə həyata keçirilir. Kredit kartları iri mehmanxanaların çoxunda qəbul edilir. Bir Amerika dolları təqribən 3,5 Misir funtuna dəyişilir.

İstinadlar

redaktə
  1. 1 2 https://data.iana.org/time-zones/tzdb-2021e/africa.
  2. 2 // Constitution of Egypt (ərəb.).
  3. http://chartsbin.com/view/edr.
  4. Midant-Reynes, Béatrix. The Prehistory of Egypt: From the First Egyptians to the First Kings. Oxford: Blackwell Publishers.
  5. "The Nile Valley 6000–4000 BCE Neolithic". The British Museum. 2005. 14 February 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 August 2008.
  6. Shaw, Ian, redaktorThe Oxford History of Ancient Egypt. Oxford: Oxford University Press. 2003. səh. 69. ISBN 0-19-280458-8.
  7. "The Fall of the Egyptian Old Kingdom". BBC. 17 February 2011. 17 November 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 November 2011.
  8. "The Kushite Conquest of Egypt". Ancientsudan.org. Archived from the original on 1 February 2011. İstifadə tarixi: 25 August 2010.
  9. Shaw, Ian, redaktorThe Oxford History of Ancient Egypt. Oxford: Oxford University Press. 2003. səh. 383. ISBN 0-19-280458-8.
  10. Bowman, Alan K. Egypt after the Pharaohs 332 BC – AD 642 (2nd). Berkeley: University of California Press. 1996. 25–26. ISBN 0-520-20531-6.
  11. Stanwick, Paul Edmond. Portraits of the Ptolemies: Greek kings as Egyptian pharaohs. Austin: University of Texas Press. 2003. ISBN 0-292-77772-8.
  12. 1 2 "Egypt". Berkley Center for Religion, Peace, and World Affairs. 20 December 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 December 2011. See drop-down essay on "Islamic Conquest and the Ottoman Empire"
  13. Kamil, Jill. Coptic Egypt: History and Guide. Cairo: American University in Cairo, 1997. p. 39
  14. El-Daly, Okasha. Egyptology: The Missing Millennium. London: UCL Press. 2005. səh. 140.
  15. 1 2 3 Abu-Lughod, Janet L. The Mideast Heartland // Before European Hegemony: The World System A.D. 1250–1350. New York: Oxford University Press. 1991 [1989]. 243–244. ISBN 978-0-19-506774-3.
  16. "Egypt – Major Cities". Countrystudies.us. 17 January 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 February 2013.
  17. Donald Quataert. The Ottoman Empire, 1700–1922. Cambridge University Press. 2005. səh. 115. ISBN 978-1-139-44591-7. 13 February 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 June 2013.
  18. "Icelandic Volcano Caused Historic Famine In Egypt, Study Shows". ScienceDaily. 22 November 2006. 17 January 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 February 2013.
  19. Nejla M. Abu Izzeddin, Nasser of the Arabs, p. 2.
  20. Baten, Jörg. A History of the Global Economy. From 1500 to the Present. Cambridge University Press. 2016. 217, 224 Figure 7.6: "Height development in the Middle East and the world (male)" and 225. ISBN 978-1-107-50718-0.
  21. Anglo French motivation: Derek Hopwood, Egypt: Politics and Society 1945–1981. London, 1982, George Allen & Unwin. p. 11.
  22. De facto protectorate: Joan Wucher King, Historical Dictionary of Egypt. Metuchen, NJ; 1984; Scarecrow. p. 17.
  23. Jankowski, James. Egypt, A Short History. səh. 111.
  24. "Treaty of Lausanne – World War I Document Archive". wwi.lib.byu.edu. 13 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 January 2020.
  25. Jankowski, James. Egypt, A Short History. səh. 112.
  26. Aydın Əlizadə. Məqalələri Qədim Misirin qısa tarixi icmalı Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine
  27. "Arxivlənmiş surət". 2009-03-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-08-29.
  28. "MİSİRİN ƏHALİSİ 88 MİLYONA ÇATDI". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-07.
  29. "MÜBARƏK İSTEFA VERDİ. İLKİN REAKSİYALAR". 2011-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-02-12.

Xarici keçidlər

redaktə

Həmçinin bax

redaktə