[go: up one dir, main page]

Meritokratiya — bilik və bacarıqlara əsaslanaraq həyata keçirilən bir idarə üsulu. Bu idarə üsulunda hakimiyyət şəxsi özəllikləri olan şəxslər arasında bərabər bölüşdürülür, ayrı-seçkilik yoxdur. Xüsusən cəmiyyətin idarə edilməsində istifadə olunan bu idarə üsulunda əsas məqsəd daha savadlı və bacarıqlı şəxslərin seçilməsidir.

Dövlət idarəetmə formaları
redaktə

Etimologiyası

redaktə

Meritokratiya ifadəsi ilk dəfə britaniyalı sosioloq Maykl Yanq tərəfindən 1950-ci illərdə özünün “Meritokratiyanın Yüksəlişi” (ing. The Rise of Meritocracy) əsərində istifadə olunmuşdur.[1][2] Bu söz latınca meritum ilə yunanca kratein (yun. κρατεῖν) sözlərinin birləşməsindən əmələ gəlmişdir. Meritokratiya dilimizə cəmiyyətdə dəyərlilərin, seçkinlərin güclü və nüfuslu olmasını müdafiə edən bir siyasi baxış kimi tərcümə olunur.

Alimlərin hesablamalarına görə ilkin inzibati meritokratiya nümunələri qədim Çinə gedib çıxır. Bu anlayış qədim Çində təxminən e.ə. VI əsrdə formalaşmağa başlayıb və həmin zaman görkəmli çinli filosof Konfutsi tərəfindən müdafiə edilmişdir. Qin və Han sülalələri öz hakimiyyətlərini qoruyub saxlamaq, ölkə ərazisində yaymaq üçün meritokratiya sistemini inkişaf etdirmişlər.

XVII əsr: Avropaya yayılması

redaktə

Meritokratiya məvhumu XVII əsrdə Çindən Britaniyanın nəzarəti altında olan Hindistana, daha sonra isə AvropayaABŞ-yə yayılmışdır. Konfutsiçilər tərəfindən göndərilmiş mətnin tərcüməsi - meritokratiya anlayışı Qərbə çatmış və sonralar bundan Avropada hökm sürən qədim rejimə qarşı alternativ vasitə kimi istifadə olunmuşdur.

Müasir meritokratik dövlətlər

redaktə

Sinqapur

redaktə

Meritokratiya Sinqapurda daxili ictimai siyasətin formalaşmasında əsas prinsip kimi anlaşılır.

Ekvador

redaktə

Ekvadorda isə Sinqapur hökumətinin texnixi məsləhəti ilə Ekvador Əmək Nazirliyinə bağlı olan Ekvador Meritokratiya İnstitutu fəaliyyət göstərir.

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. Paul Kamolnick (2005). "The just meritocracy: IQ, class mobility, and American social policy". Greenwood Publishing Group. ss. s. 87.
  2. Boris Ford (1992). "The Cambridge cultural history of Britain". Cambridge University Press. ss. s. 34.